Müəllimlərdən maraqlı söhbətlər

Burada bizim universitet müəllimlərinin söylədikləri düşündürücü, bəlkə lətifə xarakterli bir-iki hekayəsini söyləyəcəyəm:

1) Bunu tarix müəllimimiz özünü öldürüb lövhəyə çıxan, lakin yaxşı danışmadan 9 bal istəyən qrup nümayəndəsinin hərəkətlərinə qarşı söyləmişdir:
 
Bir gün şeytan Əmir Teymurun yanına gəlir məsləhət vermək üçün. Şeytan Əmir Teymurun qulağına nəsə pıçıldayır, Əmir Teymur deyir ki, "bunu 15 yaşımda etmişəm". Sonra şeytan Əmir Teymurun qulağına II dəfə nəsə pıçıldayır, bu dəfə Əmir Teymur: "bunu da 30 yaşımda etmişəm". Şeytan III dəfə Əmir Teymurun qulağına pıçıldayır. Bu dəfə də Əmir Teymur hazırcavablılığı ilə: "bunu da indi edirəm". Şeytan axırda bezir. Bu dəfə Əmir Teymur məsləhət vermək istəyir və şeytanın qulağına nəsə pıçıldayır. Bu dəfə şeytan diksinib tez qırağa atılır və deyir: "Ə, sənin heç ALLAHın yoxdur?!"...

2) Bunu da tarix müəllimimiz uşaqların "Bizə niyə aşağı bal yazırsınız?" sualına cavab olaraq bildirmişdi:
Bir türk Almaniyaya tibb təhsili almağa gedir. Tələbə oxuduğu müddətdə müəllimlərə dərs danışdıqdan sonra sorğu-sualsız "əla" qiymət alırdı, lakin yerli alman tələbələri ondan fərqli olaraq, sual-cavab edilir, sonda "kafi" qiymət alırlar. Bir gün böylə bir tələbələrdən biri bunun səbəbini soruşur. Müəllim deyir: "Xarici tələbələr oxuyub qurtardıqdan sonra öz ölkələrinə qayıdacaqlar, biz siz - yerli alman tələbələrini ona görə belə sıxırıq ki, gələcəkdə bizi cərrah masasında öldürməyəsiniz".

3) Bunu isə diskret riyaziyyatdan mühazirə müəllimimiz mühazirəni yazmayanlara irad olaraq bildirmişdi:
4 tənbəl bir evdə yatırlar. Ev yanmağa başlayır. Birinci tənbəl yuxudan oyanır, sakitcə evdən çıxır, ikinci oyanır, ayaqüstü mürgüləyə-mürgüləyə evdən çıxır. Üçüncü gözlərini zülmlə açır və yerdə sürünə-sürünə evdən çıxır. Çıxarkən IV tənbələ də çıxmasını söyləyir. Sonuncu tənbəl evin yandığını hiss edir, lakin gözünü açmadan: "Çöldə bir-iki nəfər varsa, gəlsin, məni çıxartsın". Bu fikirdən sonra "Şah tənbəli" ifadəsi işlədilir.

 

3 şərh

Gülnar
)) Maraqlıdı..Amma müəllimlərinizin bu məsəlləri hansı şəraitdə, hansı məsələyə nişan vurmaq üçün dediyini də yaza bilsəydiz lap yaxşı olardı..Çünki bu əhvalatlar yerinə düşən düşəndə lap duzlu olur.
MrMuSamir
Qeyd etdim… Bildirdiyinizə görə təşəkkürlər!
Gülnar
Əla bu başqa məsələ, indi daha maraqlı oldu)