Səməd Vurğun

Səməd Vurğun Dürrə adlı bir qızı sevirmiş. Amma qız həmin vaxt daha məhşur olan bir polkovnikə ərə gedir. Vaxt ötür Səməd Azərbaycanın sevimlisinə çevrilir. Xalq onun həm şeirlərini, həm də özünü çox sevir. Bir gün tanınmışların çoxluq təşkil etdiyi bir məclisdə onlar rastlaşırlar. (Dürrə xanım özü də tanınmış biri olub və deputat idi). İçəriyə əvvəlcə Dürrə xanımla polkovnik, arxadan isə S.Vurğun girir. Səmədi görən bütün məclis əhli hörmətlə ayağa durur, yuxarı başda yer göstərir, uzun müddət hamının diqqəti S.Vurğunda olur. Dürrə xanımın ərinə isə fikir verən olmur. Sakitcə bir tərəfdə oturur. Bu Dürrə xanıma təsir edir, fürsət tapan kimi Səmədə yaxınlaşıb deyir: — Sən mənə olan sevgindən belə gözəl şeirlər yazmısan. Çox da öyünmə, mən olmasaydım sən də bu qədər məşhur olmazdın. Səni mən şair eləmişəm. S.Vurğun da cavabında deyir: — Şair eləyə bilənsənsə, yanındakını da elə.
 

8 şərh

imtogrul
Mən bu şairi heç sevmədim…
istorik_c
Ceyranı ovlayıb sonra ona şeir qoşan şairi necə başa düşmək olar.Əxlaqsızlıqla məşğul olan birini göylərə qaldırıb Qacarı yerə çırpanı necə sevmək olar???? 
imtogrul
Təkcə bu deyil, gərək insan xalqa xidmət etməyi bacarsın. Bu insan sadəcə sovet rejiminə xidmət edib. Bir şairin şerini oxuyub faydalana bilmirsənsə deməli o şair boşuna yazıb
pascal
Gəlin, keçmişimizi, tanınmış şəxsiyyətlərimizi bu qədər qaralamayaq. Onsuz indi bu hal dəbdədir. 
imtogrul
Keçmişimiz yuxarıda adı çəkilən şairlə qiymətləndirilməməlidi. Mən dəb üçün yazmadım, bu cür düşündüyüm üçün yazdım
pascal
imtoğrul, mən «bu hal dəbdədir» deməklə sizin şərhinizi nəzərdə tutmadım. Bu yaxınlarda başqa saytların birində tanınmış bir jurnalistin Cəlil Məmmədquluzadə haqqında da neqativ fikirlərin görmüşdüm. Ona görə yazdım.
Əlbəttə, hər kəs öz fikrin, rəyin deməkdə sərbəstdir. Siz öz fikrinizi dediyiniz kimi, mən də öz fikrimi demişəm. Mənim fikrimə görə də Səməd Vurgun, ən azından, xalqa öz şeirlərilə təmiz Azərbaycan dilini təbliğ edənlərdən biri olub. 
imtogrul
Təbii ki, haqlısız, amma mən jurnalist deyiləm və bu şairlə bağlı təəssüratlarım imkan vermir ki, haqqında yaxşı sözlər yazım. Hansı ki, haqqında yaxşı sözlər yazılacaq daha böyük şəxsiyyətlərimiz var. Əlbəttə ki, istənilən məqamda bir insan haqqında fikirlərimiz fərqli ola bilər, amma bu kiminsə yanlış olduğu anlamına gəlmir
heyatin-ellerinde
Səməd ceyran ovuna gedəndə bir ceyran yaralayır. Sonra o ceyranın ana ceyran olduğunu üstəlik də balasının da yanında can verdiyini görəndə peşman olur. O vaxt məşhur ceyran şeirini yazır. Bu haqda məlumatı və daha artığını «Vurğun həyatından dəqiqələr » kitabında tapa bilərsiniz.
 Ümümiyyətlə mən şairlərimizin pislənməyinin tərəfdarı deyiləm. Hər halda nə qədər də olsa həmin dövrdə hansı vəziyyətdə olub bilmirik. Həm də müsbətləri də var. Onları görək