Reallıq

Maraqlıdır,
insan 10 milyonu sədəqə verməli olsa, bu miqdarı çox hesab edər,
amma 10 milyon ilə mağazadan bir şey almağa getsə, almağa bir şey tapa bilməz...

Maraqlıdır,
insan 10 dəqiqə zikr etməli olsa, bu zamanı çox hesab edər, amma bir film və ya matç olsa bir saat yarım zaman onun üçün dərhal keçib gedər...

Maraqlıdır,
bir futbol matçının uzanması insanın xoşuna gələr, amma Cümə namazında xütbənin bir neçə dəqiqə uzanması heç xoşuna gəlməz…

Maraqlıdır,
insan dedi-qoduya dərhal inanar və qəbul edər, amma qəti doğru olduğunu bildiyi bir şeyi inad edərək dərhal qəbul etməz...

Maraqlıdır,
insan məsciddə bir saat ibadət edərək vaxt keçirməli olsa, onun üçün vaxt keçmək bilməz, amma televiziyaya baxarkən zaman onun üçün tez keçər...

Maraqlıdır,
insan namaz qılanda, ibadət əsnasında dünyəvi mövzuları düşünməyi, sevər amma normal halda Islamı düşünməkdən qaçınar...

Maraqlıdır,
insana bir surəni və ya surənin mənasını oxumaq çətin gəlir, amma bir romanı oxumaq onun üçün asandır...

Maraqlıdır,
insan konsertdə ilk sıralarda olmaq üçün səy edər, amma məsciddə ilk sıralarda olmaq üçün səy sərf etməz. Əksinə namazın sonunda dərhal çıxıb gedim deyə son sıralarda olmaq istəyər.

Maraqlıdır,
bir ayə ya da hədis əzbərləmək insana çətindir, amma musiqi siyahısı top 10-da olan mahnıların hamısını əzbərdən bilər.

Maraqlıdır,
insan gündəliyində bir dini iclas üçün vaxt tapa bilməz, amma dünya işləri üçün çox vaxt tapar.

Maraqlıdır,
insan Islami mövzuları dinləməyi və izah etməyi çətin hesab edər, amma dedi-qoduları dinləməyi və izah etməyi çox sevər.

Maraqlıdır,
insan CƏNNƏTə getməyi istəyir, amma heç bir şey etmədən...

Maraqlıdır,
insan hər gün bəzilərinin ölüm xəbərini alar, amma yenə də özünün də bir gün öləcəyini düşünməz...

Maraqlıdır,
insan hər gün bir gün çürüyəcək bədənini daha formada saxlamaq üçün yediklərinə diqqət yetirər, dərisinə qulluq etdirər, amma əsla çürüməyən ruhu və qurtuluşu üçün heç diqqət yetirməz...

Maraqlı,
insan hər gün bəzi şeyləri ətrafına göndərər, amma bunun kimi düşündürücü məktubları paylaşmaz...

 
P.S: Rəbbimiz bizləri nəfsimizə uydurmasın və nəfsimizi tərbiyə edənlərdən etsin

 

1 şərh

pascal
Maraqlıdır… :(