İkiüzlü insanlar

     

 

      Bəzi insanlar vardır sənə yaxşı görünərlər. Üzünə gülsən də yaxşı bir insan olduğunu heç olmasa bu məsafədən sənə bir zərəri olmayacağını səni tanımadığı üçün də sənin haqqında pis şeylər düşünə bilməyəcəyini zənn edərsən. Hətta bu qədər şeyi zənn etməzsən belə, çünki düşünməzsən. Yalnız sənə güləndə gülərsən, sənə salam verəndə cavab verərsən, o qədər. Amma əslində sənin haqqında sandığın qədər də boş olmadığını lazımsız sözlər eşidərsən və ya haradansa öyrənərsən. 

     Onda başlarsan başın içində düşünməyə, sorğulamağa. Gülərsən lağ edirmiş kimi" «Necə insanlar var»-deyə. 
     Səni daha tanımır, oturub danışmamısınız heç vaxt, amma arxandan nələr söyləyə biləcək potensiala sahib olduğunu bilmərsiniz. Onlar nə qədər yazıqdırlar ki, arxandan söylədiklərini qarşına keçib söyləyə bilməzlər. Səni görəndə gülməsələr, salam verməsələr və soyuq davransalar, üzünə gülüb arxandan danışmaqdan daha qürurlu bir şey etmiş olarlar. Amma həyatın hər mərhələsində çıxar belələri. Bəlkə özün dəyərini anlamağın üçün bəlkə gərəksiz insanları tanımağın bəzən lazımlı olduğunu anlamağın üçün. Amma onlar heç bunu bilmirlər. Aldatdığını sandığı insanların əslində o qədər axmaq olmadıqlarını. Tək axmağın özləri olduğunu.

     Bəzən sizin də kimdən xoşunuz gəlməz, onda siz necə davranırsınız? Bunu ona deyirsiniz, özünüzdən uzaqlaşdırırsınız, yoxsa bildirmirsiniz?

     Bəs kiminsə sizə qarşı ikiüzlü olduğunu necə hiss edirsiniz?

     İkiüzlü insanlarda sizcə bu xasiyyətdir, yoxsa yalnız bir neçə insana qarşı duyulan neqativ hissdir?

     Neçə dəfə ikiüzlü insanlarla qarşılaşmıznız?

 

      joy.az

 

10 şərh

Talibzade
Mövzu üçün minnətdaram.Demək olar ki. hər gün belə insanlarla qarşılaşıram. Düzün desəm mən həyatda çox soyuqqanlı insan olduğum üçün belə insanlara və ya belə vəziyyətlərə bir o qədər də önəm vermirəm. Bəlkə də bu çox qəribə xasiyyətdir amma mən belə şeyləri çox əhəmiyyətsiz sayıram. Çünki elə əhəmiyyətsiz insanlara fikir vermək belə düzgün deyil. Əyər bir insan cəsarətsizcəsiznə digər bir insanın ardından danışırdsa ona fikir verərək və ya nifrət edərək onun səviyyəsinə enmiş olarıq. Çünki nifrət özü belə bir hissdir. Bucür insanlara qarşı isə hətda nifrət hissi belə keçirməyə dəyməz. Məncə onlar heç buna da laiq deyillər.
  İkiüzlülük həm də psixoloji bir problemdir. Hər hansısa bir insanın mənəvi cəhətdən hansısa çatışmamazlığı və ya zəifliyi onunu cəsarətsizliyə və ikiüzlülüyə gətirib çıxarır. Mövzuda deyildiyi kimi belə insanlara sadecə zəifdirlər. 
Ramil
Şərhə görə minnətdaram, demək olar ki, mövzunu tam əhatə edir.
Talibzade
Siz də çox sağolun ki, belə mövzulara toxunuruz. 
Talibzade
Bilirsiz məncə özünüz də bu mövzuya fikirlərinizi bildirsəz maraqlı olar.
Ramil
Sizin də nəşr və m/b-larınızı görmək və yararlanmaq bizlərə xoş olar.
Talibzade
Təşəkkür edirəm. İnşallah mən də ən qısa zamanda məqalələr yazaram.
Ramil

Demək olar ki, hamımız ikiüzlü insanlarla hər gün qarşılaşırıq. Riyakarlıq adlanan bu məhfum bəzən insanın zahirin də də özünü biruzə verir. Mən çalışıram ki, bunu onun üzünə deyim. Onun arxasınca danışmağın özü də riyakarlığa söykənən qeybətdir. 

Quran ayələrində və məsumların kəlamlarında ən çox məzəmmət olunan əməllərdən və xislətlərdən biri də riyakarlıqdır. Riyakarlıq, insanın əməl və ibadətləri Allah-təala yanında deyil, insanlar yanında hörmət və izzət qazanmaq üçün etməsidir. Bu haqda Quranda çoxlu ayələr nazil olunmuş və məsumlarımızdan çoxlu hədislər nəql edilmişdir. Bu insan ayə və hədislərdə riyakar, ikiüzlü və müşrik kimi tanıtdırılır.

Bilmirəm nə dərəcədə əhatəli şərh yazdım, ona da siz qiymət verin.

Talibzade
Şərhinizi yazaraq fikirlərinizi bildirdiyiniz üçün çox sağolun. Yazdığınız fikirlərin hər birin də böyük həqiqətlər var. Sizin də fikirlərinizi oxumaq lap yerinə düşdü. Minnətdaram.
Ramil
Təşəkkür edirəm!