Tülkü və pişik

Tülkü ilə pişik söhbət edirlərmiş. Tülkü dayanmadan necə hiyləgər və çox bilmiş olmasını deyərək özünü tərifləyərdi. Dediyinə görə düşmanları onu məhv edə bilməzlər, çünki hər zaman onlardan xilas olmaq üçün çoxlu oyun və hiylələr bilir.Pişik bir azda utanaraq: "Mən elə çox oyun bilmirəm.Düşmanlarımın əlindən də xilas olmaq üçün ancaq bir yol bilirəm- o da qaçmaqdır".
Tülkü: Pişik qardaş, mən hər təhlükə qarşısında başımın çarəsinə baxa bilərəm, amma sənin halına üzülürəm. Qorxuram düşmanların bir gün səni ələ keçirə bilsinlər- dedi.
1 qədər sonra bir sürü çoban itlərinin bağırışmaları eşidildi.İtlər  onlara tərəf gəlirdi. Pişik dərhal yanlarındakı ağacın budaqlarına tullanaraq en üstdə yarpaqların arasında gizləndi. Tülkü isə: " görəsən o hiyləni işlətsəm yaxşıdır, yoxsa bunumu?- deyə düşünməyə başladı. Çünki o qədər hiylə bilirdi ki, hansını işlədəcəyinə qərar verə bilmirdi. Elə birini işlətmək istəyirdi ki, itlər tülkünü əhatə edib işini bitirdilər. Bütün bunları yuxarıdan seyr edən pişik: Yaxşı ki, çox hiylə bilmədiyini deyib şükr etdi.
 

0 şərh