İki çörək əskik

Bir gün iki adam, Rəbiyə-tül Adeviyyeni ziyarətə gəldilər. İkisi də açdı. Yeməyi halaldır deyə içlərindən yemək yemək keçdi. O anda qapıya biri gələrək, Allah rızası üçün bir şeylər istədi. Rəbiyə həzrətləri evdəki iki çörəyini buna verdi. Gələn sevinərək getdi. Bir saatdan sonra bir adam qucağında bir yığın çörəklə gəldi. Rəbiyə həzrətləri çörəkləri saydı. On səkkiz çörək vardı. Dedi ki:
-Çörəklər gərək iyirmi olmalı idi.
Çörəyi gətirən, ikisini saxlamışdı. Çıxarıb iki çörəyi də verdi. Oradakılar heyrətlə soruşdular.
-Bu nə sirdir? Biz sənin çörəyini yeməyə gəlmişdik. Önümüzə qoyacağın çörəkləri qapıya gələnə verdin. Ardından çörək gəldi. Əskik olduğunu söylədin.
Cavabında belə buyurdu:
-Siz ikiniz gələndə qarınınızın aç olduğunu anladım. Önünüzə qoyacağım o iki çörəyi qapıya gələnə verdim. Allahu təaladan bu çörəklərin qonaqların qarınını doyura bilməyəcəyini, bunun üçün bir yerinə on verməsini istədim. Çünki Allahu təala Qur'an-ı kərimdə (En'am surəsi 160 ayəsində) birə on verəcəyini bildirir. Mən Onun bu vədinə güvəndim. İki çörək yerinə iyirmi çörək gələcəyini bildiyim üçün də çörəklərin əksik olduğunu söylədim.

 

0 şərh