Daşın hekayəsi...

Gənc bir rejisor, yeni Yaquarında rahatca sərpilib, bir az da sürətlicə, bir məhəllədən keçirdi. Park etdilmiş avtomobillərin arasından yola atılan bir uşaq ola bilər düşüncəsiylə diqqətini daha çox yol kənarına vermişdi. Bir şeyin yola atıldığını görüncə dərhal əyləci basdı, amma dayanana qədər keçən məsafədə yola uşaq atılmadı. Bunun yerinə, yeni avtomobilinin yan qapısına böyükcə bir daş çarpdı. Adam bir az daha sürətlə əyləcə yükləndi və daşın atıldığı boşluğa doğru geri-geri getdi.
Əsəbiləşmiş olan gənc adam avtomobilindən atıldı və daşı atan uşağı qapdığı kimi yaxında park edilmiş olan bir avtomobilin gövdəsinə sıxışdırdı. Bunu edərkən də qışqırırdı : Sən nə etdiyini hesab edirsən avara? Bu etdiyin nə deməkdir? O gördüyün yeni və bahalı bir avtomobildir, atdığın o daşın məhv etdiyi yeri düzəltdirmək üçün çoxlu pul ödəmək məcburiyyətində qalacağam. Niyə etdin bunu ?
"Kiçik uşaq kədərli və günahkar bir rəftar içində idi. "Lütfən, əmi, lütfən qızmayın. Mən çox təəssüf edirəm amma başqa nə edə bilərdim, bilmədim. Daşı atdım çünki işarə etməmə baxmayaraq digər avtomobillər dayanmadı. Uşaq, gözlərindən süzülən yaşları əlinin tərsiylə silərək park edilmiş bir maşının arxasına işarə etdi. "böyük qardaşım oradadır. Yoxuşdan aşağı diyirləndi və təkərli arabasından düşdü, mən onu qaldıra bilmirəm."
Uşağın indi hıçqırıqlardan çiyinləri titrəyirdi və çaşıb qalmış adamdan soruşdu : "Onu qaldırıb təkərli arabasına oturtmama kömək edə bilərsinizmi? Deyəsən böyük qardaşım yaralandı və mənim üçün çox ağırdır.
Nə deyəcəyini bilə bilməz halda, gənc rejisor boğazındakı düyündən udqunaraq xilas olmağa çalışdı. Yerdə yatan şikəst uşağı qaldırıb təkərli arabasına oturtdu, cibindən təmiz və ütülü dəsmalını çıxardıb, müxtəlif yerlərində meydana gəlmiş qanayan yara və sıyrıqları diqqətlicə silməyə çalışdı.
Bir şeylər söyləyə bilməyəcək qədər duyğulanmış olan gənc adam, böyük qardaşının təkərli arabasını itələyərək yavaş yavaş uzaqlaşan uşağın ardından baxa qaldı. Yaquar markalı avtomobilinə geri dönüşü yavaş-yavaş oldu və yol ona çox uzun gəldi.
Avtomobilin yan qapısında daşın buraxdığı iz çox dərin və dəqiq görülə bilən şəkildəydi, amma adam oranı heç bir zaman təmir etdirmədi. Oradakı izi, bu mesajı heç unutmamaq üçün saxladı :
Heç bir zaman həyatın içindən, səni dayandırmaq və diqqətini çəkmək üçün bəzilərinin daş atmasına məcbur qalacağı qədər sürətli keçmə.
Yaradıcı ruhumuza pıçıldayar və ürəyimizlə danışar. Bəzən, onu dinləmək üçün vaxtımız olmursa, bizə daş atmaq məcburiyyətində qalar.
Pıçıltını dinlə... və ya daşı gözlə. Seçim sənindir!

Oxşar məqalələr

 

0 şərh