Çərçivənin arxasındakı məktub

Həyat yoldaşımı 1998 ilin payızında itirdim.Yeddi illik evliliyimizin iki ilini xərçəng xəstəliyinin müayinəsi üçün xəstəxanada keçirmişdik.

Həyat yoldaşım, hər evlilik ildönümümüzdə ikimizin fotoşəkilini çərçivəyə qoyar, "Bunlar bizim həyatımızın kölgələri" deyərdi.. Öldüyündə, yeddi dənə şəkilimiz vardı.
97in bir gecəsində onu aldatdım. Halbuki ona davamlı onu nə qədər çox sevdiyimi və sonsuza qədər sadiq qalacağımı söyləyərdim. Ölmədən iki həftə əvvəl yenə eyni şeyi təkrarladım.
Qəribə bir gülümsəməklə baxdı mənə və yalnız: "Bilirəm" dedi.
İzmirə qar yağdığı gün, yəni bir ay əvvəl, evdəydim. Fotoşəkillərimizə baxırdım yenə... Hər çərçivənin altında bir hərf olduğunu ilk dəfə o gün fərq etdim. - A. - R. - X. - A. - S. - I. - N. Qalanı üçün illəri çatmamışdı.
Amma zənn edirəm "Arxasına bax" yazmağa niyyətlənmişdi. Dərhal çərçivələrin arxasına baxdım. Heç bir şey yox idi. Sonra bir şey dürtdü məni, hamısını tək-tək sökdüm.
İnana bilirsinizmi, hər birinin arxasından bir məktub çıxdı! Keçirdiyimiz hər il üçün sevgi dolu sözlər yazmışdı.
1997dəki şəkilimizin içindən çıxan zərf isə qapqara idi. Və içindən bu sözlər çıxdı:
"14 Mart 1997/Gözlerin mənə başqa birinə toxunmuş kimi baxdı/ Söyləməyinə ehtiyac yoxdur, bilirəm..."
20..dəyik. Onu itirəli 4, aldadalı 5 il olur. İçim ağrıyır  indi. Çünki qadınlar bilir, hiss edir...

Səni sevirəm deyənin sevgisindən şübhə et, çünki; eşq səssiz, sevgi dilsizdir...

 

1 şərh

MASON
əllərinə sağlıq, çox təsirlidi