Bədən tərbiyəsi və İdman haqqında fikirlər

  • İdman insanları həm fiziki, həm də mənəvi cəhətdən yüksəldən bir vasitədir. –Heydər Əiyev
  • Məşq hər şeydə insanların ən yaxşı müəllimidir. -Evripid
  • İdmanda uğur çalşmaqdan əlavə istəməklə olur.- Məhəmməd Əli
  • İdman sağlam yaşayan insanların cəmiyyətidir.
  • Sağlam bədəndə sağlam ruh olar.- Atalar sözü
  • İnsanlar qocaldıqları üçün idmanı dayandırmırlar, Əslində idman etmədikləri üçün qocalırlar..- Dr. Kennet Kuper
  • Gimnastika, fiziki məşqlər, gəzintilər sağlamlığı, dolğun və şən həyatı qorumaq istəyən hər kəsin gündəlik həyatında əsas yer tutmalıdır.- Hippokrat

    Bədən tərbiyəsi və İdman haqqında fikirlər idman haqqinda

  • İdman təkcə sağlam bədənin ən vacib açarı deyil. O, həm də dinamik və yaradıcı intellektual zəkanın  əsasını təşkil edir.
  • Əgər hər hansı bir idmanla məşğul olmaq şansınız yoxdursa, sadəcə gəzin, gəzinti ən yaxşı idman növüdür.
  • İdman bədən üçün nədirsə, oxumaq da ağıl üçün həmin şeydir. -Jozef Addison
  • İdmanı olmayan xalq tənəzzülə məhkumdur.
  • İnkişafın fiziki tərəfi zehni inkişafın əsasını təşkil edir. İdmansız sağlam, çiçəklənən və inkişaf edən bir millət qurmaq mümkün deyil. –Lunaçarski
  • Uşağın bədən tərbiyəsi hər şey üçün əsasdır. Uşağın inkişafında gigiyenanın düzgün tətbiqi olmadan, düzgün bədən tərbiyəsi və idman olmadan heç vaxt sağlam bir nəsil əldə edə bilmərik.- Lunaçarski
  • Yaddaş funksiyasını artırmağın ən vacib şərtləri, idmana ehtiyac duyan sinirlərin sağlam vəziyyətidir. -Konstantin Uşinski
  • Böyük bir çempion olmaq üçün ən yaxşı olduğuna inanmalısan. Elə olmasan belə, elə imişsən kimi davranmalısan. — Məhəmməd Əli

    Futbol haqqında deyilmiş fikirlər

  • Futbolu ağlımla deyil, ürəyimlə oynayıram. Fikirləşmirəm, hərəkət edirəm. -Tyerri Anri
  • Rəqibin hər bir çatışmazlığı sizin üstünlüyünüzə çevrilməlidir. — Yohan Kroyf
  • Qəşəng deyiləm. Bu, doğrudur. Amma sərgilədiyim oyun məni gözəl göstərir. — Ronaldinyo
  • Top sizdə olanda meydanı bacardıqca böyütmək, rəqibdə olanda isə kiçiltmək lazımdır. — Yohan Kroyf
  • Futbolda güclü qalib gəlmir. Qalib gələn güclüdür. — Frans Bekkenbauer
  • Böyük klublar aldığı kuboklarla, kiçik klublar isə böyükləri məğlub etməklə fəxr edərlər.- Mişel Platini
  • Futbolu köynəyinin arxasında yazılan ada görə oynamaq lazımdır. — Lionel Messi
  • Braziliya hokkey üzrə dünyada ən yaxşı olanda Rusiya da futbol üzrə dünya çempionu olacaq. — Pele

    İdmanın önəmi haqqında fikirlər
  • İdman gücdür. Mütəmadi olaraq idmanla məşğul olun, idman həyatınızın ayrılmaz hissəsinə çevrilməlidir. Bu sizi fiziki, mənəvi və emosional baxımdan daha da gücləndirəcək. Eyni zamanda idman bizim sağlamlığımıza və xarici görkəmimizə müsbət təsir göstərir. İdman bütün dərdlərin dərmanıdır. -Barie Davenport
  • İdman sahəsində hər birinizin fəaliyyəti, gördüyünüz işlər və əldə etdiyiniz nailiyyətlər Azərbaycan idmanının adını, şanını-şöhrətini yüksəldir. –Heydər Əiyev
  • İdmanda uğur qazanmaq üçün öncə onun önəmini və dəyərini dərk etmək, idmana sevgi ilə bağlı olmaq və ona vətənpərvərlik borcu kimi baxmaq lazımdır.  
  • İdmana əhəmiyyət verməyən xalqlar daim yeni xəstəxanalar, müalicə mərkəzləri tikməli olacaq.
  • Təhsil mentalitetləri dəyişdirmək və fərqlilikləri aşmaq üçün güclü silahdır, idman isə ilham mənbəyi, özünü üstələmək, tolerantlıq və gənclərə hörməti öyrətməkdir. Bu iki ünsür daha ədalətli və qardaş cəmiyyətin yaradılmasına töhfə verir. -Nelson Mandela
 

0 şərh