Körpələrdə diş təmizliyi

Mütəxəssislər uşaqların diş təmizliyinə daha çox diqqət yetirməyi tövsiyə edirlər. Onların fikrincə, körpənin dişi yumşaq tənzif, yaxud yumşaq fırça ilə təmizlənməli və yalnız adi sudan istifadə olunmalıdır. 

sud dişləriUdma ehtimalı yüksək olduğu üçün 2 yaşından kiçik uşaqlara diş pastasından istifadə etmək olmaz. Uşağın ağız ölçüsünə uyğun, yumşaq tüklü diş fırçaları istifadə edilməli, həmçinin bu fırçalar tez-tez dəyişdirilməlidir. Süd dişləri tamamlandıqdan sonra (yeri gəlmişkən deyək ki, süd dişləri təqribən 2,5-3 yaşlarından sonra tamamlanır) noxud dənəsi boyda flüoridli uşaq diş pastasından istifadə etmək lazımdır. 

Səhər yeməyindən sonra və gecə yatmazdan əvvəl dişləri iki dəqiqəlik yüngülcə fırçalamaq körpənin dişinin sağlam olması üçün kifayətdir. 6 yaşadək uşaqların dişlərini ata-analar fırçalasa da, bu işi gündə bir dəfə də uşağın özünə həvalə etmək lazımdır. Bu, hər şeydən əvvəl uşağa diş fırçalama vərdişi qazandırmaq üçün vacibdir.

Əmziyə şəkər, bal, bəkməz kimi dadlandırıcıların çəkilməsi də diş çürüklərinin əmələ gəlməsinə səbəb olur ki, bu da erkən yaşda dişlərin sıradan çıxmasına səbəb olur. Əmziksiz yatmayan körpələrə gecə yalnız əmzikdə su verilməlidir. Bundan başqa, qaşıq və çəngəldən şərikli istifadə etmək, həmçinin əmzik, ya da əmzik başlığını ağızla təmizləmək də səhv addımdır. Çünki bu vaxt körpə tüpürcək vasitəsilə nəinki diş, eyni zamanda digər xəstəliklərə də yoluxa bilər. 

Həmçinin bax:
Süd dişlərinə qulluq
 

0 şərh