Körpələr üçün yemək resepti - Balıq küftəcikləri

Ərzaqlar:
  • 100 qr. balıq filesi (treska),
  • 1 tikə çörək, 2/3 stəkan su,
  • 1 yumurtanın sarısı, 1/2 ç.q. kərə yağ.
 Balıq küftəcikləri

Hazırlanması:

Balıq filesi soyuq suda isladılmış çörəklə birlikdə 2 dəfə ətçəkən maşınından keçirib, yumurta sarısını və kərə yağı əlavə edin. Qiymə (farş) yaxşı qarışdırılır və xırda küftəciklər formasına salınır. Küftəciklər qaba yığılır, üzərinə su əlavə olunur və vam odda divarları qalın olan bağlı qabda bişirilir.

Mənbə: saglamolun.az

Oxşar məqalələr

 

0 şərh