Körpələrin immunitetin qaldıraq

İmmunitet orqanizmin yad amillərə, infeksiya törədicilərinə qarşı dözümlülüyü, müdafiəsidir. Bu dözümlülük uşaq və yaşlılarda zəif olur. Bunu belə izah etmək olar: Uşaqlarda immun sistemin formalaşmağa başlaması təxminən 2 ayda başlasa da, 8-14 yaşlarda başa çatır. Yəni uşaqlarda immun sistemin zəifliyi – onun formalaşmaqda olması, tam yetkin olmaması ilə izah olunur. Yaşlı insanlarda isə digər toxumalar kimi immun sistemi də qocalır.
Uşaqlarda immun sistemi zəiflədən amillər aşağıdakılardır:
Ana südünün verilməməsi və ya qısa müddətdə verilməsi; Məlumdur ki, ana südündə yüksək miqdarda immun cisimciklər, İgA, İgM və s. mövcuddur. Ana südü ilə qidalanma bütün bu qoruyucuların süd vasitəsilə körpəyə keçib onu qorumağa səbəb olur. Həm də optimal temperaturda olduğundan zülal maddələr parçalanmadan orqanizmə daxil olur, asan sorulur, asan həzm olunur.
Körğələrdə immun sistemi
Əlavə qidalanmaya tez və ya gec başlama: Uşaq orqanizminə daxil olan qidaların – yağ, zülal və karbohidratların düzgün nisbətdə olması uşağın bədəninin düzgün qurulmasına səbəb olur.
Ananın qidalanması, xəstəlikləri və zərərli vərdişləri: Siqaret çəkmək, alkoqol qəbulu uşağın həm sinir sisteminin formalaşmasına, həm də tənəffüs sisteminə, xüsusilə allergik xəstəliklərə səbəb olur.
Uşağın dərisinə qulluğun yetərli olmaması: İlk günlərdə uşağın dərisində bişməcələr tez-tez rast gəlinir ki, buna da səbəb uşağın bezinin gec dəyişdirilməsidir, yumaq deyil, silinməsi, çox isti bükülməsidir.
Nisbətən böyük uşaqlarda düzgün qidalanmama və ağız baxımının düzgün olmaması: Həddindən çox qəbul olunan şirniyyat diş çürüməsinə səbəb olur. Çürük dişlər isə infeksiya mənbəyi olduğundan boğaz, mədə-bağırsaq, ürək-damar və sidik yolu infeksiyalarına yol açaraq immun sistemi zəiflədir.
Qidaların rejimsiz qəbulu, məktəb yaşlı uşaqların həddindən çox yüklənməsi, yorulması yuxu rejiminin düzgün olmaması da immuniteti zəiflədir.
Ailənin böyük olması, erkən yaşda kollektivə – bağçaya getmək, ailədaxili münaqişələr, uzunmüddətli stresslər də immunitetin zəifləməsinə səbəb olur.
Xəstəliklər zamanı lazımsız və ya yetərsiz dərman qəbulu: İnsan xəstələndiyi zaman müdafiə reaksiyası olaraq, bədən temperaturu yüksəlir. 1 yaşa qədər uşaqlarda 38C, 1 yaşdan yuxarı uşaqlarda 38,5 dərəcə temperatur müşahidə olunan zaman temperaturu salmağa çalışmaq lazım deyil. Çünki bir çox törədicilər yüksək temperaturda məhv olurlar.
İrinli infeksiyalar zamanı antibiotik dozasının normadan az, təyin olunmuş müddətdən qısa verilməsi də infeksiyanın tam sağalmamasına, mikrob daşıyıcılığına və təkrari infeksiyalara səbəb olaraq immuniteti zəiflədir.
Uşağın immunitetinin zəifləməsi əlamətləri:
  • 1 ildə 5 dəfədən çox yuxarı tənəffüs sistemi xəstəlikləri ilə xəstələnmə;
  • 1 ildə 3 dəfədən çox antibiotik zərurəti;
Xəstəliklərin düzgün müalicə fonunda uzun sürməsi və ya ağırlaşmalı keçməsi.
Uşağın immunitetinin möhkəmləndirilməsi yolları:
Ana bətnində olan müddətdə ananın düzgün qidalanması, xəstəliklərdən və radiasiyadan qorunması;
Ana südü ilə normal qidalanma müddəti (minimum 1 il,optimal 2 il);
Uşağın düzgün baxımı: qidalanma, gigiyena, yuxu və hava rejimi.
Xəstəliklər zamanı düzgün müdaxilə. Vaxtında və düzgün vaksinasiya. Hazırda ölkəmizdə dövlət proqramı ilə 11 xəstəliyə qarşı peyvənd aparılmaqdadır ki, bu da uşaq yaşlarında rast gələ biləcək və ölüm faizi yüksək olan xəstəlikləri profilaktika etmək üçündür. Bizim klininkada – Grand Hospitalda su çiçəyi, pnevmoniya, hepatit A, rotavirus, qrip, sarı qızdırma kimi xəstəliklərin peyvəndi də mövcuddur.


Müəllif: Dr. Afet İbrahimli
Mənbə: drafetibrahimli.az
 

0 şərh