Рейтинг
+59.68

Körpəyə qulluq və analıq

37 üzv, 284 topik

Uşaq üçün sırğa necə olmalıdır?

Bəzən soyuq və küləkli havalarda səhlənkar yanaşdığımız qulağımız, əslində orqanizmimizdə baş verənlərin güzgüsüdür. Qulaq – orqanlarımızın “diaqnostika mərkəzi” və sağlamlığımızın göstəricisidir. Çünki, qulaq seyvanında vaxtaşırı əmələ gələn dəyişikliklər orqanizmimizdə baş verənlərdən xəbər verir.
Qulaq seyvanında insanın bütün orqanları ilə birbaşa əlaqəli olan bioloji aktiv nöqtələr yerləşir ki, bu nöqtələr vasitəsilə də orqanların işinə birbaşa təsir göstərmək mümkündür.

Davamı →

Südəmər uşaqların menyusuna əlavə qidaların daxil edilməsi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ekspertləri tövsiyə edirlər ki, həm təbii (ana südü ilə), həm də süni qida (süni süd qarışıqları) qəbul edən uşaqların rasionuna əlavə qidaları (sıyıqlar, şirə, püre və s.) 6 aydan başlayaraq daxil etmək olar.
Çünki bu dövrədək körpə orqanizmi yeni qidanı həzm etməyə hazır olmur. 5-6 ayına qədər əlavə qidaları qəbul etməyə başlayan uşaqlarda allergiyalara və mədə-bağırsaq pozulmalarına daha tez-tez hallarda təsadüf edilir.

Davamı →

Ana südünü artıran vasitələr

Həqiqi möminlər üçün Cənnətdə hazırlanmış bir çox gözəlliklər və ləziz təamlar arasında “misilsiz xurmalar”-ın da adı çəkilir (“Rəhman” surəsi, 68).
Bundan başqa Quranda xurmanın doğuşa kömək funksiyası barədə xatırladılır: “Doğuş sancısı onu bir xurma ağacının gövdəsinə söykənməyə məcbur etdi. (Məryəm uşaq anadan olandan sonra atası bilinmədiyi üçün cahil insanların dedi-qodusuna səbəb olacağından əndişəyə düşüb) dedi: “Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım və ya tamamilə unudulub getmiş olaydım!”

Davamı →

Qanazlığı olan uşaqlar üçün qidalar

Qanazlığı uşaqlarda ən ciddi sağlamlıq problemlərindən biridir. Əksər uşaqlar qan azlığından əziyyət çəkir.
Bəs valideynlər uşaqda rast gəlinən qan azlığının aradan qaldırılması üçün nələrə diqqət etməlidir? Əsasən hansı yaş aralığında uşaqlarda qan azlığı daha çox müşahidə edilir? Mövzu ilə bağlı pediatr Aytən İsmayılzadənin fikirlərini diqqətinizə çatdırır.
Davamı →

Ailəyə yeni körpə gəlir

Cütlüklərin iki nəfərlik ailə həyatına yeni bir körpənin gəlişi xəbəri ana və ata olacaq bütün şəxslərdə qarışıq hisslər doğuran bir durumdur. Bu planlı və ya plansız olsa da, belədir.
Körpə sahibi olacaq cütlüklərin ən böyük qayğısı nədir?
Cütlüklərin iki nəfərlik ailə həyatına yeni bir körpənin gəlişi xəbəri ana və ata olacaq bütün şəxslərdə qarışıq hislər doğuran bir durumdur. Bu planlı və ya plansız olsa da, belədir. Xoşbəxtlik, həyəcan və qayğı, bəlkə də, bu duyğuların arasında ən çox büruzə verilən hisslərdir. Bu xəbəri eşidən andan başlayaraq insanın beynində dolaşan sual isə “Yaxşı valideyn ola biləcəyikmi?” olur.
Davamı →

Zəif uşaqları qədimdə niyə duzla ovxalayırdılar

Körpələri və uşaqları yayda duzlu gölə, duzlu dəniz suyuna salmaq, çimdirmək, dəniz havası, qumunun uşaq orqanizminə nə qədər faydalı olması barədə yəqin ki, bilirsiz.
Məhz dəniz duzu, suyu, havası uşaq immunitetini möhkəmləndirir.
Eləcə də dənizə gedə bilməyənlər duz dağı, mağarası, xüsusi kurortlarda duz otaqlarında nəfəsalma terapiyası keçə bilər.
Davamı →

Tanınmış pediatrdan məsləhətlər

Uşağın immun sistemi ilk illərdə çox fəal şəkildə formalaşır. Ətraf mühitin, qidalanmanın və s. amillərin burada çox böyük rolu var.
Tanınmış ukraynalı pediatr Yevgeniy Komarovskiy bildirir ki, uşaq təmiz şəraitdə yaşamalıdır. Lakin həddindən artıq təmizlik, sterillik uşağın immunitetinin formalaşmasına çox ciddi ziyan vurur.
Davamı →

Hansı anaların uşaqlarında daun sindromu riski daha yüksəkdir?

Daun sindromu, 21-ci xromosomun əlavə bir nüsxəsinin olması nəticəsində yaranan ən çox yayılmış xromosom anormallığıdır. Daun sindromu bədəndəki struktur və funksional dəyişikliklərlə xarakterizə olunur və ruhi pozğunluqlar, fiziki inkişaf və üz görünüşü fərqləri ilə nəticələnir.
Dünyada 800 doğumdan 1-i olan Daun sindromlu olur. Çünki Daun sindromu ilk növbədə hamilə qalma yaşıyla əlaqəlidir. Çox erkən yaşlarda hamiləlik Daun sindromu riskini artırır və gecikmiş hamiləlik yaşı Daun sindromu ilə birbaşa əlaqəli bir amildir.

Davamı →

Burun, boğazında bakteriya olan uşaqlarda astma yarana bilər

Astma və onun ağırlığı burun və boğazın mikroflorası ilə sıx bağlıdır və bundan çox asılıdır.
Vaşinqton Universitetinin alimləri sübut edib ki, yuxarı tənəffüs yollarında olan bakteriyaların miqdarı və təsirinin uşaqlarda bronxial astmanın dərəcəsini təyin edir. Yeni elmi araşdırmada 5-12 yaş arası 214 nəfər bronxial astmalı uşaq müşahidə olunub. Uşaqların burun selikli qişasından yaxma analizi götürülüb.
Davamı →

Uşaqların yay travmaları

Yay aylarında valideynlər öz uşaqlarına qarşı çox diqqətli olmalıdırlar. Uşaqlar tez-tez yıxılır və nəticədə dərinin tamlığı pozulur – dəri sıyrılır, yara əmələ gəlir. Dəri orqanizmin qoruyucu təbəqəsidir. Bu təbəqənin tamlığı pozulduqda müxtəlif təhlükəli mikroblar orqanizmə asanlıqla daxil olurlar ki, bu nəticədə müxtəlif və bəzən çox ağır xəstəliklərə səbəb ola bilər.
Davamı →