Salavat çevirmənin savabı

İbadət əhli (çox ibadət edən birisi) bir zat, röyasında Hz . Peyğəmbəri görmək niyyəti ilə yatır.
Röyasında Hz. Peyğəmbər Əfəndimizi görür. Ancaq Rəsuli Əkrəm Əfəndimiz ona iltifat buyurmur.İbadət əhli olan zat :
- Ya Rəsulallah, məndən incikmisiniz, bir səhvim , ya günahmı işləmişəm, niyə üzümə baxmaq istəmirsiniz?
Əfəndimiz (s.a.s):
- İncik deyiləm - buyurdu.
O zat:
- Məni tanımadınızmı? - deyə soruşdu.
Əfəndimiz (s. a. s):
-Səni tanımadım _ söylədi.
Adam:
-Mən fılankəsəm, mömin adamam, ibadət əhliyəm - deyə davam etdi.

Peyğəmbər Əfəndimiz ( s.a.s):
- Səni tanımadım - deyə təkrar etdi.
- Mən islam alimlərindən eşitdim ki, Hz. Peyğəmbər Əfəndimiz valideynlər övladlarını tanıyan kimi, ümmətini tanıyar _ deyə zat israr etdi.

Peyğəmbər Əfəndimiz (s.a.s):
- Üləmaların söylədiyi doğrudur. Lakin Mən mənə daha çox salavat çevirən bəndələrimi səsindən tanıyaram -- deyə buyurdu.
"Allahummə salli alə muhammədin və ala ali muhamməd"

 

 

6 şərh

ferid1001

əllərinizə sağlıq, çox gözəldi, təşəkkürlər

ayxansevda
sizin də gözlərinizə sağlıq. sağ olun ki, oxudunuz. Allah amanında
bahar
Bunu mən də eşitmişdim.Və dəfələrlə sınamışam ki,dara düşəndə salavat çevirəndə işlər yaxşılığa doğru dəyişir.
ayxansevda
Düzdü. Hətta nəyisə itirəndə, salavat çevirən kimi tapıram — Sözünüzə qüvvət.
bahar
Ən paxıl insan o insandır ki,Peyğəmbər Əfəndimiz(s.a.s)in adı çəkildiyi zaman salavat çevirmir.
ayxansevda
daha doğrusu ən xəsis insan odur ki, Peyğəmbər Əfəndimiz (s.a.s) adı çəkildiyi zaman salavat çevirmir. bu hədis belədir.