Eyfel qülləsinin tarixçəsi

Eyfel qülləsi, 1889-cu ildə Fransanın Paris şəhərində “Dünya Yarmarkası” üçün qurulmuşdu.
Eyfel qülləsinin tikintisi

Qüllə, Qustav Eyfel adlı məşhur fransız mühəndisin ideyası idi. Tikinti tamamlanan zaman dünyada ən uzun dəmir tikili halına gəldi. Eyfel, bu qülləni müasir elmin şərəfinə tikmişdi


Mühəndis, ilk öncə qüllənin dizaynı haqqında Dünya Yarmarkası Komitəsinə bildirdi. Komitə üzvləri başqa planlara da baxdıqdan sonra 1886-cı ildə Eyfelin layihəsi qəbul edildi. Onlar bunun metal sənayesinin orijinal bir şah əsəri olacağını düşünürdülər.


Bununla bərabər, bir çox insan Eyfelin planını sevmədi. Onlar, Parisin Notr Damm Kafedralı, Luvr və Versal kimi klassik binaları ilə dünyada ən məşhur şəhər olduğunu deyirdilər. Həmin adamlar, Eyfelin gülməli qülləsinin bu möhtəşəm tikililər arasında böyük bir tüstü borusuna oxşadığını deyərək Fransız hökumətinə bu barədə şikayət etdilər. Qüllənin şəhərin gözəlliyini məhv edəcəyi düşüncəsi ilə qorxuya qapıldılar.

Ancaq bu şikayətlər layihənin icrasını dayandıra bilmədi. İki il içində tikinti tamamlandı və açılışı 1889-cu il yarmarkası üçün planlaşdırıldı. Qısa bir vaxtda bu yarmarkanın ən populyar, seyr edilməli tikilisi halına gəldi.
Bu gün Eyfel qülləsi dünyanın ən məşhur tikililəri və Parisə gələn turistlər üçün ən görməli yerlər sırasındadır.


Tərcümə etdi: Cambulat Əliyev

 

Oxşar məqalələr

 

4 şərh

Xrizoberil

Hər səfərində Eyfel Qülləsindən nifrət etdiyini söyləyən yazıçı Guy de Maupassantdan, niyə günorta yeməklərini qüllədəki restoranda yediyi soruşulduğunda "çünki bura Parisdə qüllənin görünmədiyi tək yerdir" cavabını vermişdir

ayxansevda
bunu mən də eşitmişəm. hansısa qəzetdə oxumuşdum. amma o yazıçının adı Gi de Mopassandır.
Xrizoberil

mən tərcümə etməmişəm adı olduğu kimi qeyd etmişdim.

ayxansevda

mən bildim ki, elədir. Ancaq ilk əvvəl oxuduqda dedim bu kimdi. buna görə Azərbaycanca yazmaq lazım idi. heç olmasa mötərizədə fransızca yazardınız, məs: Gi de Mopassan( Guy de Maupassant)