Həyat da bir məktəbdir!

Aylar öncə bir film ("Xarabalıqdan çıxmış milyonçu", “Slumdog Millionaire”, “Миллионер из трущоб”) izlədim. Hansı ki, bu film 2009-cu ildə mükafatlara da layiq görüldü. Mən də izlədim və istədim ki, öz təəssüratlarımı bölüşəm. Filmdən çıxartdığım nəticə: həyat da bir məktəbdir, elə deyilmi?! Həm də böyük məktəb!

Film mənə çox təsir etmişdi.Məncə filmi hər biriniz izləmiş olarsınız, amma, filmi izləməyənlər üçün bildirim ki, film kasıb, töküntü bir yerdən olan oğlandan, o oğlanın yaşamında başına gələnlərdən və bütün bunların onun milyonlara sahib olmasından bəhs edir. Ən əsası da sonda sevdiyi qıza qovuşur.
Qısacası oğlanın sevdiyi qız həmişə milyonçu verlişini izləyirmiş və elə olur ki, müxtəlif səbəblərdən dolayı onlar bir-birindən ayrı düşürlər. Oğlan da düşünür ki, əgər o bu verlişə çıxarsa qız onu görər və onların qovuşmaq şansı olar. Oğlan çox çətin həyat şərtləri ilə böyümüş, oxumamış biridir və onun milyonçu verlişinə düşüb, bütün suallara doğru cavab verib, pulları qazanması hamını heyrətə salır və verliş aparıcısı düşünür ki, burda nəsə yolunda deyil, guya oğlan bu suallara hec cürə cavab verə bilməz, deməli burda hiylə var. Bundan sonra aparıcı onu həbsə verir ki, bu oğlanı danışdırıb, nə hiylə törətdiyini bilsinlər. Oğlan da öz növbəsində bu suallara necə cavab verdiyini danışır. O hər sualda öz həyatının bir məqamını xatırlayır. O dərsi, savadı kitablardan, məktəblərdən yox, həyatdan alıb və beləcə, o, suallara da cavab verib.

Bilirsinizmi, filmdə mənə təsir edən nə oldu? Bizlər tez-tez təhsildən, bilikdən, savaddan, dünya görüşünüdən çox dəm vururuq. Amma, bəzən bəi şeylər bizə bir “stop” deyir. “Dur da ətrafa yaxşıca boylan” deyir. Hər şey əksinə necə də başqadır.

Bir dəfə bir bloqda təhsil, kitab oxumaq haqqında bir yazı var idi və bu yazının ətrafında çox müzakirələr, mübahisələr olunmuşdu və mən də o vaxt belə bir şərh yazmışdım ki, bəzi insanlar ancaq düşünürlər ki, bir iş görüm, çörək pulu qazanım, balalarım ac qalmasın...və təsəvvür edin belə fikirlərlə gününü keçirən bir insanın həvəsi hardandır ki, kitablarla maraqlansın, oxusun...Həvəs də bir yana, heç vaxt da yoxdur. Çoxları deyəcək ki, kitab oxumaq istəyən gecə də oxuyar. Ay başına dönüm, bəs bu adam bütün günün mənəvi və fiziki yorğunluğunu necə çıxardacaq!? Çətin ki, həmən an Poelo Koelyo və ya digərləri ona yuxunu əvəz edəcək qədər şirin və gərəkli ola.
Mən də, o filmə baxdıqdan sonra həmən o yazını xatırladım və bir daha öz sözlərimin üstündə durdum.

Film insanı elə bil əsl həyata qaytarır. Hətta filmdə onlar hələ uşaq ikən biri iki turisti gəzdirən vaxt digərləri maşının nəyi var idisə söküb, aparmışdılar. Bu turistlər qayıdıb bu halı görəndə, uşaq onlara belə bir söz dedi: "Hindistanı gəzmək, görmək istəyirdiniz, bu da sizə əsl Hindistan."

Bəli həyat bir rəngdən ibarət deyil, ağı da var qarası da, qırmızısı da var, yaşılı da və s. Biz isə ancaq birindən yapışır, qovrulduğumuz həyatın rəngində bişib gedirik. Danışanda da elə danışırıq ki, elə bil dünyanı biz yaratmış, hər şeyin doğrusunu biz bilirik. Mütləq oxumaq, oxumaq, oxumaq.. Bəli bu mütləqdir, vacibdir, amma, məncə oxumayanları, daha doğrusu da oxuya bilməyənləri, həyatda yaşaya bilmək üçün mübarizə aparanları dəhşətlə qınamaq da lazım deyil. Həyat çox başqadır. Kiminə rahat, kiminə çətin. Bir şeyi bir daha lap yaxşı başa düşdüm ki, həyat özü də məktəbdir.

Oxşar məqalələr

 

7 şərh

Əliyev
8 oskar alməş bu film, Hindisantda baş veren həyat tərzini əks etdirir.Milyonçu verlişinə qatılan Camal 1 milyon məbləği udur.
Oyun boyu verilən suallara düzgün cavab verən Camal sən demə bu sualların cavablarını yaşamış olur.
bloqçu
Elə filmin marağı da mənası da bundadır. O həmin sualların hər birinin cavabını həyatdan öyənmiş olur.
Dior
Məndə baxmışam o filmə.Yeganə hind filmidi ki,orda musiqi 1 dəfə filmin axırında olur.Həqiqətən maraqlı filmdi.
xiridar
O boyda film çəkib axırında yenə korladılar.
Amma çox tərifləyirlər bu filmi.
Nailə_Rzayeva
Düzü bu məqalə məni düşünməyə vadar etdi, bəzi düşüncələrimin, fikirlərimin qismən də olsa dəyişməsinə səbəb oldu. Çox zaman səhnənin ön tərəfini görməyi üstün tuturuq, amma əsas  arxa pərdədir ki, bizlər də çox zaman bunları qəbul etmək istəmirik, sadəcə zahirlə kifayətlənmək istəyirik. Amma həyat yalnız sırf bu zahirdən ibarət deyil…
Cavid
Bəlkədə sevdiyim ən yaxşı kinolardan biridir, bir neçə səbəb məni belə süşünməyə vadar edir. Əvvəlcə kino çox mükəmməl çəkilib, çox real tesvir olunub, aktyorlar da dəqiq seçilib, bloqçu da gözəl bloq yazıb, bir sözlə hər şey super alınıb, kinoya 5-6 dəfə baxmışam, ilk dəfə bir xarici müəllimim ilə bir yedə baxirdi, dostum da orda idi, kinionun sonu da ənənəvi olaraq rəqslə bitir)