Рейтинг
+143.37

Böyük insanlar,şəxsiyyətlər

140 üzv, 251 topik

Bəşəriyyəti öz zəkası ilə heyrətləndirən 10 gənc dahi

Motsart
Klassik musiqinin dahilərindən biri. 35 illik ömrünə 626 əsər sığdırmışdır. 15 yaşından operaları ilə hər kəsin qəlbində taxt qurmuşdur.

Artur Rembo
37 il yaşayıb. Qısa həyatı kasıblıqla keçib. Cəmi 3 il şeir yazıb. 20 yaşından sonra səyahətlərə çıxıb. Dünya bu 3 illik yaradıcılığına görə ona hər zaman minnətdardır.

Evaris Qalua
Müasir cəbrin və qrup nəzəriyyəsinin banisidir. Özü də bu kəşfi gənc yaşlarında edib. Qaluanın qrup nəzəriyyəsi müasir kvant mexanikasında, kristalloqrafiyada və təbiətşünaslıqda öz tətbiqlərini tapmışdır. Son yüzillikdə riyaziyyatın bütün sahələrində Qaluanın ideyaları bu və ya digər şəkildə tətbiqini tapmışdır. 20 yaşında dueldə öldürülüb.
Davamı →

Lütfi Zadə ― Dünyaya milyardlar qazandıran azərbaycanlı

 Dünyanın Lütfi Zadə kimi tanıdığı məşhur şəxsiyyət 4 fevral 1921-ci ildə Bakıda Rəhim Ələsgərzadə və yəhudi əsilli pediatr Fania Korimanın ailəsində dünyaya gəlmişdir.

 Atası Rəhim Ələsgərzadə Cənubi Azərbaycanın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. Onun valideynləri ziyalı insanlar olduğundan övladlarının sərbəst böyüməsinə mane olmur, onun həyat yolunun özü seçməli olduğuna inanırdılar. Bu səbəbdən də I Dünya Müharibəsi illərində Ərdəbildən Bakıya üz tutan Ələsgərzadələr nəslinin davamçısı olan Rəhim burda kommersiya ilə məşğul olmaq qərarına gəlmişdir.

İranda qohumları və dostları vasitəsilə külli miqdarda kibrit alan Rəhim onu Bakıya gətirib burda satışını təşkil etməklə özünə mükəmməl biznes yaradıb. Biznes fəaliyyəti ilə yanaşı indiki Bakı Dövlət Universitetində şərqşünaslıq ixtisası üzrə təhsil alıb və İranda həftəlik qəzetlərin Bakı nümayəndəsi kimi də çalışıb.

Bakıda 16 saylı məktəbin şagirdi olub. Elə uşaqlıqdan bütün gününü kitablarla keçirirmiş. Evlərindəki böyük kitabxana onun ən sevimli yeri olub. Ailənin yaxın insanları bütün gününü kitab oxumaqla keçirən bu istedadlı oğlanın böyük gələcəyi olacağına inanırmış. 9 yaşı olanda ailəsi ilə birlikdə Bakını tərk etmək məcburiyyətində qalıb. Ailəsinin təkrar İrana qayıtmasına səbəb 1932-ci ildə SSRİ-nin tətbiq etdiyi yeni qaydalar olub. 


Ardı →

Xoşbəxt olmağı öyrədən Karneqinin bədbəxt taleyi

Deyl Karneqi 24 noyabr 1888-ci il Missurinin ştatında fermer Ceyms Uilyam Karneqi və Amanda Elizabet Haribsonun ailəsində doğulub. Atasının qazancı az idi — ailə bəzən çörək və suya keçinməyə məcbur olurdu. Karneqi cütlüyünü sevindirən tək şey kiçik oğulları Deyl idi. Oğlan bir yerdə qərar tuta bilməyən və ünsiyyətcil uşaq idi. O nəinki sinif yoldaşlarıyla, hətta müəllimləri ilə də hər cür mövzuda müzakirə aparmaqdan çəkinmirdi. Onlar da öz növbələrində Deyli böyük gələcəyin gözlədiyinə inanırdılar.

Amma məktəbi bitirən bu ünsiyyətcil oğlan uzun müddət cəmiyyətdə mövqe qazana bilmir. Əvvəlcə kuryer işləyir, sonra aktyor olur və yalnız bundan sonra natiqlik dərsləri vermək qərarına gəlir. Amma əvvəl kollec bitirmək lazım idi.

Oğlanları Uorrensberq pedaqoji kollecinə daxil olsun deyə valideynləri bütün pullarını xərclədilər. Kolleclər o vaxtlar tələbələri yataqxana ilə təmin etmirdi, hətta ən ucuz otaq tutmaq belə Karneqi ailəsi üçün böyük pul idi. Buna görə Deyl fermada valideynlərilə yaşamağa məcbur olur. O, hər gün xoruz banından əvvəl durur, pəyəni təmizləyir, bəzən səhər yeməyi yeməyə vaxt tapmadan atla altı mil çaparaq dərsə getməli olurdu.

Bu hələ dərdin yarısı idi. Kollecdə, əlbəttə, yoxsul tələbələr də oxuyurdular, amma onların sayı heç on nəfər də deyildi. Bütün qalan tələbələr təmin edilmiş ailələrdən çıxmışdılar. Onlar çox gözəl binalarda özlərinə mənzil tutur, dəbdə olan paltarlar geyinib sinifdə lovğalanırdılar. Deyl isə fermada da, evdə də, məktəbdə də eyni geyimdə olurdu-böyük qardaşının köhnə paltarlarında-onun sadəcə geyiniləsi başqa paltarı yox idi. Məlumdur ki, sinif yoldaşları kasıb, yaraşıqsız, yöndəmsiz və özünə tamamilə inamsız olan, kompleksli Karneqini bəxtsiz cavan hesab edirdilər.


Ardı →

Doğuşdan Kuba vətəndaşı – Çe!

Che GuevaraOna “Çe” təxəllüsü Kuba partizanları tərəfinnən verildi. Çe argentinalıların xarakterik çağırış formasıdı, “hey”, “dost” mənası daşıyır. Beləcə Ernesto, Ernesto Çe Gevara oldu. Qısa zamanda dünyaya səs salan inqilabçı, siyasətçi kimi şöhrət qazandı.

Çe Gevara 14 iyun 1928- ci ildə ispan və irland əsilli ailənin beş uşağının ən böyüyü olaraq Argentinanın Rosario şəhərində dünyaya gəlib. Gevara uşaqlığından astmadan əziyyət çəksə də, mükəmməl bir atlet olur. Yetkinlik dövründə şeirə, xüsusilə də Pablo Nerudanın şeirlərinə maraq saldı. Gevara həyatı boyu Latın Amerikasında məşhur olan şeir yazma sənətinə meyl göstəirr. Bir çox mövzularla maraqlanan həvəsli oxucu olur Yetkinliyinin son dövrlərində fotoqrafiyaya maraq saldı və vaxtının əhəmiyyətli qismini insanları, getdiyi yerləri və arxeoloji bölgələri fotolentə çəkməklə keçirirdi.

Gevara tibb təhsili almaq üçün 1948-ci ildə Buenos-Ayres Universitetinə daxil olur. Fasilələrlə davam edən təhsil həyatını 1953-cü ilin martında bitirərək, həmin il iyunun 12-də diplomunu alır. Gevara tələbəlik dövründə Latın Amerikasına uzunmüddətli səfərə çıxır. 1951-ci ildə köhnə yoldaşı, biokimyaçı Alberto Qranado illərdir planlaşdırdıqları Cənubi Amerika səyahəti üçün tibb təhsilinə bir il fasilə verməyi təklif dir. Qısa müddət sonra, “La Poderosa II” (Güclü II) adını verdikləri 500 sm³-lik 1939-cu il model Norton markalı motosikletlə Alta-Qrasiadan yola çıxırlar. Peruda Amazon çayı sahilindəki San-Pablo cüzam koloniyasında könüllü olaraq bir neçə həftə keçirməyi düşünürdülər. Gevaranın bu səfərini izah etdiyi səyahət qeydləri 2004-cü ildə Motosiklet gündəlikləri adı ilə kinoya uyğunlaşdırılıb.


Ardı →

Türk şairlərinin maraqlı əhvalatları

Can YucelCan Yücel bir yazar dostuyla Bodruma gedirmiş. Avtobus yolda qısa ehtiyac fasiləsi verir. Beş dəqiqədən sonra hamı avtobusda olur, təkcə Can Yüceldən başqa. Hamı onu axtarır. Bir az sonra əlində bir paketlə avtobusa çıxır. Konduktor soruşur:

— Can baba, hardaydın? Hamı səni axtarırdı.
— Balaca bir rakı almağa getmişdim.
— Amma beş dəqiqəlik fasilə vermişdik, bunun sırasıydı?
— Mən də qısa fasilə olduğuna görə balaca rakı aldım!

***

Can Yücelin 70 illik yubileyi keçirilirmiş. Aparıcı sözü yubilyara verəndə zarafatla onu belə təqdim edir:

— Qarşınızda, türkcəylə oynayan şair!
Söz başlayan şair belə deyir:
— Səhvin var, türkcə mənimlə oynayır.
Ardı →

İlk azərbaycanlı kosmonavt | Musa Manarov

Musa Manarov1961-ci il aprelin on ikisi dünya tarixinə kosmosun fəthi günü kimi daxil olub. Həmin gün ilk insan kosmosa uçub. Kosmonavt (astronavt) Yuri Qaqarin Yer kürəsi ətrafında dövr edən ilk insan olub. Qaqarinin idarə etdiyi «Vostok-1» kosmik gəmisi Yerin ətrafında saatda 27 min kilometr sürətlə dövr edib. Bu tarixi uçuş cəmi 108 dəqiqə davam etmişdi. Uçuşun ən zirvə nöqtəsi Yerdən 327 kilometr yüksəklikdə olub. Bu uçuşda onun şifrli ləqəbi «Kedr» olub. Bu şifrənin hazırlanması isə azərbaycanlı general Kərim Kərimova həvalə olunub.

Bu yazıda Yuri Qaqarin haqqında geniş yazmaq fikrim yoxdur. Sadəcə kosmosa çıxan ilk kosmonavtın uçuşunu şifrləşdirən mütəxəssisin azərbaycanlı olması diqqətimizi çəkdi və Kərim Kərimovdan başqa hansı azərbaycanlının kosmonavtika ilə məşğul olmasını araşdırmaq qərarına gəldik.

Bu sahədə ən tanınmış şəxs, ilk azərbaycanlı kosmonavt Musa Manarovdur.

365 gün kosmosda
Kosmosda tam olaraq 365 gün keçirən Musa Manarov 22 mart 1951-ci ildə Bakı şəhərində anadan olub. SSRİ Hava Qüvvələrində mayor rütbəsinə qədər yüksəlib. 1974-cü ildə Moskva Aviasiya İnstitutunu bitirib. Futbol, basketbol və xokkeylə maraqlanıb. Tələbələr arasında güclü və peşəkar boksçu kimi tanınıb.


Ardı →

Mahatma Qandi

Mahatma QandiHind xalqı tərəfindən  “Mahatma” (Böyük Ruh) olaraq yad edilən Qandi 1869-cu ildə dünyaya gəlib. Pasifistsiyasətçi və mütəfəkkir Qandi ingilis müstəmləkəçiliyinə qarşı Hind Milli Hərəkatının 1919-1948-ci illər arasındakı ən mühüm lideri idi.

1869-cu ildə Porbandarda Vaşiya kastasına mənsub ailədə, tacir bir atanın oğlu olaraq həyata gözlərini açan Mohandos Karamçand Mahatma Qandi 12 yaşında evləndirildi. İctimai quruluşun qadağalarına baxmayaraq, İngiltərədə təhsil aldı. 1888-1891-ci illərdə Londonda hüquq ixtisasını bitirdikdən sonra, iki il Bombey və Rakot şəhərlərində vəkil olaraq çalışdı.

1893-1914-cü illər arasında Cənubi Afrikada vəkilliklə məşğul oldu. “Transvaal British-Indian” dərnəyini və “Opinon” qəzetini qurdu. Qandi burada irqçi Aparteid rejiminin irq ayrı-seçkiliyi siyasətinə məruz qalan hindli immiqrant işçilərin hüuqlarının müdafiəçisinə çevrildi. Onları bir yerə yığaraq silahsız, qansız bir qələbə qazandı və “Hind Müstəqillik Qanunu”nu da burada imzaladı.

Qandinin Cənubi Afrikada olduğu illərdə meydana gətirdiyi ideologiyasının əsasını, zülmə qarşı mübarizə, vətəndaş itaətsizliyi, Asiya millətçiliyi, Hinduizm cərəyanının dini mistik elementləri, dinlərə hörmət və s. təşkil edirdi.


Ardı →

Emmanuel Svedenborq

Emanuel SwedenborgEmmanuel Svedenborq (1688-1772) Stokholmda anadan olmuşdur. O, təbiət elmləri üzrə yazdığı külli miqdarda məqalələr sayəsində məşhur idi. Anatomiya, fiziologiya, psixologiya sahəsində yazdığı əsərlərlə öz müasirləri arasında nüfuz qazanmışdır. Ömrünün sonlarında o, mənəvi böhran keçirmiş, axirət dünyasının müqəddəs varlıqları ilə əlaqəyə girməsindən danışmışdır.

Onun son əsəri ölümdən sonrakı həyat barədə canlı təsvirlər verir. Onun şəxsi təcrübəsinin təsvirinin müasir kiliniki ölüm halı keçirmişlərin sübutları ilə üst-üstə düşməsi daha bir qəribə mümunədir. Svedenborq qan dövranı və nəfəs alma dayandıqda özünün hansı hissləri keçirdiyini təsvir edir: “İnsan ölmür o, sadəcə öz fiziki örtüyündən azad olur. Bu örtük ona yalnız fiziki aləmdə lazım idi… İnsan öldükdə yalnız bir haldan başqa bir hala keçir”.

Svedenborq təsdiq edir ki, o, ölümün ilk mərhələlərindən keçmiş və özünü bədəndən xaricdə hiss etmişdir: “Mən tamamiylə hissiyat qabiliyyətimi itirmişdim, yəni demək olar ki, ölü vəziyyətində idim. Amma daxili həyatım, şüurum toxunulmaz qalırdı. Belə ki başıma gələnləri yadımda saxladım. Şüurumun məni tərk etməsini, yəni ruhumun bədəndən çıxmasını isə xüsusilə, yaddaşıma həkk etdim.”


Ardı →

Mete xan

Eramızdan əvvəl üçüncü yüzilliyin ortalarında imperator ailəsində anadan olan Mete xanda uşaqlıqdan bir savaş ruhu vardı. O, at çapmağı, ox atmağı, qılınc oynatmağı sevirdi. Ona görə də Mete xanı xüsusi hərbi təlim keçənlərə tapşırmışdılar. Bu da onun hərbi bilikləri daha mükəmməl öyrənməsi ilə nəticələndi. Tezliklə məlum oldu ki, at oynatmaqda, ox atmaqda, qılınc çalmaqda ona bərabər olan yoxdur. O dövrdə Hun imperiyasında hamı hun xalqının yeni bir qəhrəman oğlu Mete xanın qeyri-adi şücaətindən danışırdı. Imperator Teomanın (Tuman- Duman) varisi kimi tanınan Mete xanın şöhrəti artdıqca, onu sevməyənlərin də yuxusu ərşə çəkilirdi.
Xüsusilə, Teomanın arvadı — Mete xanın ögey anası öz oğlunu gələcəkdə imperator görmək istəyirdi. Ona görə də o, şirin dilini işə salaraq, ərini Mete xanın gələcəkdə taxt-tacı üçün təhlükə yarada biləcəyinə inandırdı.
Davamı →

Stiv Cobs

«Hətta cənnətə düşmək istəyən insanlar belə, bundan ötrü ölmək istəmirlər».

«Təxminən bir il əvvəl, diaqnozlar mənim xərçəng xəstəsi olduğumu üzə çıxardı. Saat 7:30-da mən skan olunmuş şəkilləri aldım və o, aydın şəkildə mədəaltı vəzdə şiş olduğunu göstərirdi. Mən hətta mədəaltı vəzinin nə olduğunu bilmirdim. Həkimlər mənə dedi ki, bu, demək olar ki, xərçəngin sağalmaz bir növüdür. Mənim ömrümə üç-altı ay arası vaxt qalıb. Həkimim mənə məsləhət gördü ki, evə gedib işlərimi qaydaya salım, bu isə həkimlərin dili ilə desək, ölümə hazırlaşmaq anlamına gəlir. Bu o deməkdir ki, sən qarşıdakı 10 il ərzində öz övladlarına demək və vermək istədiyini yaxın iki-üç ay ərzində deməli və etməlisən. Bu o deməkdir ki, ailənin bu hadisəni mümkün qədər asan qəbul edə bilməsi üçün, hər şeyin yolunda getməsinə əmin olmalısan. Bu o deməkdir ki, vidalaşmalısan.


Ardı →