Mikelancelo

Mikelancelo (1475-1564) İntibah dövrünün dahi xadimlərindən biri olmuşdur. İstedalı heykəltaraş olan Mikelancelo həm də rəsam, memar, şair və mühəndis idi. Anatomiyanı yaxşı bildiyindən, o, insan bədəninin çox dəqiqliklə təsvir edirdi. Mikelancelonun təsvir etdiyi insanlar böyük gücə, yenilməz iradəyə malik olan mərd, məğrur insanlar idi. Bu cəhətdən onun «David» heykəli daha diqqətəlayiqdir. Böyüklüyünə görə müasirləri onu «Nəhəng» adlandırmışdılar. Florensiyanın mərkəzi meydanında ucaldılan «David» heykəli o vaxtdan başlayaaq bu şəhərin himayədarı hesab olunur.

Oxşar məqalələr

 

0 şərh