Hər şey bir dəfəyə olmur

Bir gün molla mömünlərə müraciət etmək üçün məscidə gəlir. Ancaq orda bir cavan mehtərdən başqa heç kimin olmadığın görür. Molla fikirləşir ki, burda nəsə danışmalıyam, ya yox? Bunu mehtərdən soruşmaq qərarına gəlir:
— Burda səndən başqa heç kim yoxdur. Səncə nəsə danışmalıyam ya yox?
Mehtər cavab verdi:
— Cənab, mnə sadə adamam və belə şeylərdən başım çıxmır. Ancaq mən tövləyə gəlib görəndə ki, atların hamısı qaçıb, biri qalıb, ona yem verəcəm.

Mollanın bu sözlər xoşuna gəlir və moizə oxumağa başlayır. İki saat davam edən söhbətdən sonra o özündə rahatlıq hiss etdi və moizəsinin nə dərəcədə yaxşı olduğunu təstiq edən sözlər eşitmək istədi. Bunun üçün yenə mehtərdən soruşdu:
— Moizəm xoşuna gəldi?
Mehtər cavab verdi:
— Dedim axı, mən sadə adamam və bütün bunlardan elə də başım çıxmır. Mən tövləyə gəlib görsəm ki, atların hamısı qaçıb biri qalıb, onsuz da ona yem verəcəm. Ancaq bütün atlar üçün nəzərdə tutulan yemin hamısını verməyəcəm.
 

1 şərh

badblood_95
duz deyir biz herden bir neferin ustune o qeder shey yukluyuruk amma fikirleshmirik ki bunu nece dartacaq