Dərinin qaşınması və onun səbəbləri
Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır.
Bu səbəbdən əgər sizi «səbəbsiz» qaşınma narahat edirsə, mütləq həkimə müraciət edin. İlk növbədə terapevtin müayinəsindən keçin. Müayinədən sonra həkim əlavə müayinələri və analizləri təyin edə bilər və ya xəstəni digər mütəxəssislərə (dermatoloq, endokrinoloq, allerqoloq və s.) göndərə bilər.
Beləliklə, qaşınmaya səbəb olan xəstəliklər və pozulmalar:
— Allergiya dəri qaşınmasının əsas səbəblərdən biridir. Həkimlərin müşahidələrinə görə, Yer kürəsində yaşayan insanların əksəriyyətində bu və ya digər formasında allergiya var. Bu zaman allergik reaksiyasına səbəb olan amil (bu heyvanların tükü, yün, yuyucu vasitələr, hər hansı qida və s. ola bilər) təyin olunmalı və allergiyadan əziyyət çəkən insan bu maddə ilə təmasda olmamalıdır (əgər bu mümkündürsə).
Ardı →