The Fruit Is Ripe - Греческая смоковница (1977) +18

Əvvəlcə yalnızlıq var idi və o axtarışda idi. Monoton həyat tərzindən çıxış yolu axtarırdı. O, radikal qərarlar alır və hamıdan fərqlənir. O, heç nədən utanmır. Təbii olan hər şeyi normal qəbul edir. O, nə istədiyini bilir. Onun istəkləri qadın cinsinin kişi cinsindən istəklərini tərənnüm edir: mehribanlıq, anlaşılmaq, sevgi, inam. Gənc alman tələbə qız tətilə valideynlərinin də yaşadığı Yunanıstana gəlir. Tətil qurtarır amma qız qərara gəlir ki, dünyanı özü müstəqil öyrənməlidir və ona görə də Münhenə olan biletini hava limanında sevgili cütə verir və tətilə davam edir. O ölkəni gəzir və müxtəlif insanlarla qarşılaşır. “Çətin” vəziyyətlərə düşür amma ağlıyla onlardan dərhal can qurtarır. Eyni zamanda təəssüratlarını diktafona yazır. Amerikalı gənc müxbirə aşiq olur, mübahisə edib ayrılır və sonra da xoşbəxt sonluq: qızmar günəş altında barışıq. O, kəskin təəssüratlar axtarışındadır. O, artıq azaddır. O, komplekssizdir və çoxlu təcrübələr aparır. Filmi maraqlı, baxımlı edən nədir? Xəfif erotikanın müşayəti altında əla musiqi, insanı heyran edən peysajda melodrama. Baş rolda olan aktiras — Betty Vergèsi bəyəndim. Açıq-saçıq epizodlar olduqca çoxdur (amma təmiz erotikadır, pornoqrafiya deyil). Nəticə etibarıyla 70-ci illərin erotik klassikası hesab edilən amma Emanuel tipli filmlərdən fərqlənən bu filmi bəyəndim və 10 ballıq sistemlə 6.5 verirəm. başqa yazılar üçün: niftiyevibrahim.blogspot.com  
 

0 şərh