2. Qrafiklərin qurulması

Qrafiklərin qurulması: qısa xülasə
Iqtisadçıların öyrəndiyi bir çox dəyişənlər rəqəmlərlə ifadə oluna bilər: ba­na­nın qiyməti, satılmış bananların tonla miqdarı, bananın yetişdirilməsi xər­cləri və s. Bu iqtisadi dəyişənlər çox vaxt qarşılıqlı asılılıqda olurlar. Banan­la­rın qiyməti yüksəldikdə, istehlakçılar onların alınmasını məhdudlaşdırırlar. Bu növ qarşılıqlı əlaqənin əks etdirilməsi üsullarından biri qrafiklərin qurulma­sıdır.
Qrafiklərin qurulması iki məqsəd daşıyır. Birincisi, iqtisadi nəzəriy­yənin iş­lən­məsi prosesində əksər ideyalar az başa düşülür və onları yalnız sözlər vasi­təsilə təsvir edirlər, o zaman qrafiklər ideyaların vizual əksetmə üsulunu nə­zər­də tutur. Ikincisi, iqtisadi məlumatların təhlili prosesində qrafiklər bu dəyi­­şən­lərin həqiqi asılılığının müəyyən edilməsi üsulunu təmin edir. Qrafiklər bi­zim nəzəriyyəni işləməyimizi, yaxud faktiki məlu­mat­ların təhlilini aparmağımızı aydınlaşdırmaq işində «ağacın arxasından meşəyə» baxmaq kimi kömək edir.
Fikir ən müxtəlif sözlərlə deyilə bildiyi kimi, riyazi asılılıqlar müxtəlif üsullarla qrafik şəklində əks etdirilə bilər. Yaxşı yazıcı fikrini başa düşülən şəklə salmaq məqsədilə çözlər seçir. Bu sözlər təsviri xoşa gələn edir, səhnəni isə dramatikləşdirir. Yaxşı iqtisadçı onun məqsədinə uyğun olan qrafik seçir.
Bu əlavədə biz iqtisadçıların qrafikdən istifadə etməklə öyrəndiyi dəyişi­lən­lər arasındakı riyazi asılılıqların prinsiplərini və eyni zamanda, qrafik metod­larından istifadə zamanı baş verən bəzi fəndləri araşdırırıq.

Bir dəyişənli qrafiklər(GRAPHS OF A SINGLE VARIABLE)
Şəkil 2p.1-də üç ümumi qrafik verilmişdir. Dairəvi diaqramda (a) muzdlu işçilərin əmək haqqı, korporativ mənfəət və s. kimi ABŞ-ın milli gəlirinin mən­bə­ləri təsvir edilir. Dairəvi diaqramın hər bir hissəsi milli gəlirdə bütövlükdə hər bir mənbənin payını ifadə edir. Sütunlu diaqram (b) dörd ölkədə (MMM adambaşına düşən) orta gəliri müqayisə edir. Hər bir sütunun hündürlüyü hər bir ölkədə adambaşına düşən orta gəlirin min dollarla həcmini ifadə edir. Müvəqqəti sıra qrafiki (v) müəyyən müddət ərzində, Amerika iqtisadiyyatının biznes sektorunda əmək məhsul­dar­lı­ğının yüksəlməsini əks etdirir. Xəttin hündürlüyü illər üzrə saatda bu­raxılan məhsulu əks etdirir. Siz, şübhəsiz, qəzet və jurnallarda daim müva­fiq qrafiklərlə rastlaşırsınız.

(a) Dairəvi diaqram (Korpoativ gəlirlər (12%) mülkiyyətçi mənfəəti (8%) faiz gəlirləri (6%) renta gəlirləri (2%)) 
(b) Sütunlu qrafik Müxtəlif ölkələrdə adambaşına düşən ümumi məhsul ABŞ-ın Milli gəlirinin mənbələri
(c) Müvəqqəti zaman sırası ABŞ-ın biznes sektorunda məhsuldarlıq indeksi  1950-2000-ci illərdə

Şəkil 2p.1. Qrafiklərin görünüşləri

Dairəvi qrafik (a) tibbi xidmətlərə xərclərin bölgüsünü göstərir. Sütunlu qrafik (b) ABŞ-ın bəzi iri korporasiyalarının bazar dəyərini göstərir. Müvəqqəti zaman sırası qrafiki (v) Amerika fermerlərinin 1950-1990-cı illərdə əmək məhsuldarlığının artımını göstərir.
Mənbələr: (a) Ekonomic Report of the Prezident. 1993 (Health care Financinq Admnictration). Dannıe. 1990; (b). Business Week, 25 marta, 1966; (v) Ekonomic Report of the Prezident, 1993.

 

0 şərh