2. Maillik və elastiklik

Maillik və elastiklik (SLOPE)
Emmaya aid vermək istədiyiniz suallardan biri «kitabın qiymətinin onun alı­cılıq vərdişinə necə təsir edir» sualı ola bilər. Şəkil 2p.5-dəki tələb əyrisinə nəzər sa­lın. Əgər əyri dik yuxarı qalxmış olarsa, qiymətlərin qalx­ması, yaxud aşağı düş­məsi Emmanın aldığı əmtəələrin kəmiyyətini əhə­miy­yətli şəkildə dəyiş­mə­yəcək. Əgər qarşımızdakı əyri maillidirsə, qiy­mət­lərdəki çox da böyük olmayan dəyişiklik qızların aldıqları kitabın əhə­miyyətli dərəcədə artmasına, yaxud azalmasına gətirib çıxarır. «Dəyişən başqasının dəyişməsinə necə təsir göstərir?» sualına cavab vermək bizə maillik anlayışından istifadə etməyə imkan verir.
CALCULATING THE SLOPE OF A LINE
Tələb əyrisinin mailliyini tapmaq üçün koordinat X və Y-in bir nöqtədən (6 dollardan 21 roman) digərinə (8 dollardan 13 roman) dəyişilərkən bu dəyişilmənin əhəmiyyətini hesablamaq zəruridir. Xəttin mailliliyi - koordinat Y(-2)-in dəyişmə əhəmiyyətinin koordinat X(+8), -1/4-ə bərabər dəyişmə əhəmiyyətinə nisbətidir.

Xəttin mailliyi koordinat nöqtəsinin şaquli dəyişməsinin, xəttə yanaşı hərəkətə müvafiq koordinatın üfüqi dəyişməsinə nisbətidir. Riyazi simvolla bu tərif aşağıdakı kimi ifadə olunur:


Burada yunan hərfi (delta) dəyişənin dəyişmə həddini göstərir. Maili yuxarı xətt çox böyük olmayan müsbət rəqəmlərlə ifadə olunan meylliliklə xarakterizə olunur. Yuxarı olan xətt böyük müsbət rəqəmlə, aşağı istiqamətlənmiş xətt isə mənfi rəqəmlə ifadə olunur. Üfüqi xətdə maillik sıfra bərabərdir, ona görə ki, bu halda dəyişənin Y oxu üzrə koordinatı dəyişmir; şaquli xəttin mailliyi sonsuzluğa bərabərdir, çünki, Y xətti üzrə dəyişənin rolu X oxu üzrə dəyişənin rolundan asılı olmayaraq istənilən ola bilər.
Emmanın romana olan tələb əyrisi hansı mailliyə malikdir? Əyri aşağı istiqamətləndiyi üçün onun mailliyi mənfidir. Mailliyin kəmiyyət rolunu hesablamaq üçün xəttin üzərində iki nöqtə seçməliyik. Əgər qızların gəliri ildə 30 min dollar təşkil edərsə,  Emma qiyməti 6 dollardan 21 roman, yaxud qiyməti 8 dollardan 13 roman ala bilər. Bizi bu iki nöqtə arasındakı fərq maraqlandırır, ona görə də bizim hesablamamız aşağıdakı kimi olacaqdır:

Bizim hesablamamız üçün məlumatlar şəkil 2p.5-də əyani olaraq göstərilmişdir. Başqa nöqtələrdən istifadə etməklə, müstəqil olaraq tələb əyrisinin mailliyini hesablamağa cəhd edin. Siz dəqiq olaraq – 1/4  nəti­cəsini almış olacaqsınız. Bizim əyrinin xarakterik cəhəti onun daim maili olmasıdır. Bu, mailliyi dəyişilə bilən digər əyrilərə aid deyildir.
Emmanın kitaba olan tələb əyrisinin mailliyi bizə qiymətlərin də­yiş­məsilə onun aldığı kitabların kəmiyyətinin necə dəyişməsini göstərir. Əy­rinin az meylli olması (sayı sıfra bərabərdir) o deməkdir ki, tələb nisbətən mailidir; bu halda, əmtəələrin qiymətlərinin dəyişməsinə cavab olaraq, əlavə alınmış miqdar kifayət qədər əhəmiyyətlidir. Əyrinin daha çox əhəmiyyəti (say, sıfırdan əhəmiyyətli dərəcədə az yaxud çoxdur) – yuxarı meylli əyrinin əlamətidir; bu halda, qiymətlərin dəyişməsinə cavab olaraq, alınmış əlavə əmtəələrin miqdarı çox deyildir.
Lakin Emmanın əmtəələrin qiymətlərinin dəyişməsinə cavabını ölçmə üsulu kimi, hesablanma metodu özünün təkmilliyi ilə fərqlənmir. Problem ondan ibarətdir ki, əyrinin mailliyi X və Y oxu üzrə dəyişənlərin dəyişmə vahidindən asılıdır. Əgər biz romanların qiymətlərini dollarla deyil, sentlə ölçmüş olsaydıq, bizim ilkin hesablamalarımıza müvafiq olaraq, tələb əyrisinin mailliyi 1/4 yox, - 200/8, yaxud – 25 təşkil edərdi. Lakin hesablamanın düzgün olmasını heç kim şübhə altına almır. Nəticələrdəki məlum fərq, sadəcə, bir mühüm şeydən xəbər verir ki, qiymət bir neçə sent dəyişərkən, Emmanın romana tələbi həmin miqdarda dollarla dəyişmədən daha az hiss olunur. Əgər biz Emmanın dollarla ifadə olunan kitab qiymətləri ilə romana olan tələb əyrisi mailliyini Don K-ın ispan pesosunda ifadə olunmuş tələb əyrisi mailliyi yaxud Devid K-nin funt sterlinqlə ifadə olunmuş tələb əyrisi mailliyi ilə müqayisə etsək, xəcalət çəkərik. Bu səbəbdən, iqtisadçılar çox vaxt bir dəyişə­nin başqa dəyişənə nisbətən həssaslığını əyrinin mailliyilə deyil, elastiklik­lə ölçür. Bu zaman kəmiyyət dəyişiklikliyindən deyil, dəyişənin dəyişməsindən faizlə istifadə olunur. Qiymətlərin 8 dollardan 6 dollara düşməsi, onun 25% azalması, yəni qiymətlərin eynilə 800 sentdən 600-ə düşməsi deməkdir. Elastiklik anlayışının istifadə olunması dəyişənlərin ölçü vahidi haqqında nara­hatçılığa əsas vermir. Çünki faizlə ifadə olunan dəyişilmə bütün hallarda eyni olur. Elastiklik haqqında suala biz daha ətraflı 5-ci fəsildə baxacağıq.

 

0 şərh