2. Səbəb və nəticə

Səbəb və nəticə (CAUSE AND EFFECT)
Iqtisadçılar çox vaxt müxtəlif iqtisadi hadisələri aydınlaşdırmaq üçün qra­fikə müraciət edirlər. Başqa sözlə, onlar bundan bir hadisənin başqasına təsi­rini nümayiş etdirmək üçün istifadə edirlər. Tələb əyrisi tipli qrafiki nəzər­dən keçirərkən, bizdə səbəb və nəticəyə aid şübhə yaranmır. Necə ki, biz qiyməti dəyişirik, qalan bütün dəyişənləri isə sabit hesab edirik və bilirik ki, roman­ların qiymətində dəyişiklik Emmanın aldığı kitabların dəyişməsinə səbəb olur. Lakin yadda saxlamaq lazımdır ki, bizim tələb əyrisi fərziyyə misalları məlumatları əsasında qurulmuşdur. Real həqiqətlə rastlaşdığımız zaman bir dəyişənin başqasına təsirini müəyyən etmək o qədər də asan olmur.
Birinci problem ondan ibarətdir ki, bir dəyişənin digərinə təsir dairəsinə nüfuz edən müxtəlif amillər sabit deyillər. Biz fərz edə bilərik ki, hər hansı dəyişənin dəyişməsi digərinin dəyişməsini müəyyən edir. Əslində, burada üçüncünün nə­zər­dən qaçırılması dəyişəni qrafikdə əks etdirilməmişdir. Biz qarşılıqlı təsirini təhlil edəcəyimiz iki dəyişəni, hətta düzgün müəyyən etmiş olsaq da, ikinci problemlə – əks səbəb – nəticə (səbəb əlaqəsi) asılılığı ilə qarşılaşa bilərik. Baş­qa sözlə, biz qərara gələ bilərik ki, V-nin dəyişmə səbəbi A-dır, həqiqətdə isə V A-nın dəyişməsini müəyyən edir. Enmə üzrə dəyişənlərin və əks səbəb-əlaqə asılılığının mövcudolma imkanı bizdən tələb edir ki, səbəblər və nəticələr haqqında fikir söyləyərkən, qrafiklərdən ehtiyatla istifadə edilmiş olsun.
Nəzərdən qaçırılmış dəyişənlər.(Omitted Variables) Gəlin, sonrakı misala baxaq. Ölkə əhalisinin xərçəng xəstəliyi ilə əlaqədar ölüm səviyyəsinin yüksəkliyindən təşvişə düşən dövlət ictimaiyyətin ciddi tələbinə cavab olaraq, «Böyük Qardaşın Statistika  Xidməti» kompaniyasına hərtərəfli tədqiqat aparmağı tapşırır. «Böyük Qardaş»-ın əməkdaşları iki dəyişən arasındakı bilavasitə asılılığı aşkar edir: ailədə siqaret çəkənlərin sayı və onun üzvlərindən kiminsə xərçənglə xəstələnmə ehtimalı (şəkil 2p.6).
Dövlətin alınmış nəticəyə cavabı necə olmalıdır? «Böyük Qardaş» siqaret satışına əlavə vergi qoyulmasını və «Böyük Qardaş» xəbərdarlıq edir – siqaret çəkmək sizin sağlamlağınıza zərərdir» yazısının yayılmasının tələb olunmasını təklif edir.
Lakin düşüncəli tədqiqatçıda sual yaranır: «Birindən başqa, bütün dəyişənlər sabit olaraq qəbul edilmişdirmi?». Axı mənfi cavab alındıqda, əldə olunan nəticəni gerçəklik kimi qəbul etmək olmaz.
Nəzərdən qaçırılmış dəyişənin qrafiki

Şəkil 2p.6. Nəzərdən qaçırılmış dəyişənin qrafiki

Əyrinin yuxarı istiqamətlənməsi göstərir ki, ailədə siqaret çəkənlərin sayı nə qədər çox olarsa, xərçənglə xəstələnənlərin ehtimalı bir o qədər çox olar. Lakin biz bundan elə nəticə çıxarmamalıyıq ki, xərçəngin səbəbi siqaret çəkməkdir. Ona görə ki, tədqiqatçılar çəkilmiş siqaretlərin miqdarını  hesaba almırlar.

2p.6 şəklindəki qrafikdə aydınlaşdırmadan biri ondan ibarətdir ki, siqaret çəkənlərin sayı çox olan evlərdə insanlar özü tütünsevənlər tərkibinə daxildir. Xərçəngin səbəbi ailədə çəkənlərin sayı yox, siqaret çəkməkdir. Əgər siz çəkil­miş siqaretlərin sayını sabit olaraq qəbul etmə­misinizsə, şəkil 2p.6 evdə siqaret çəkənlərin sayının xərçənglə xəstələnmə səviyyəsinə həqiqi təsirini əks etdirmir.
Bu hadisə mühüm prinsipi misallarla aydınlaşdırmaqdır: siz səbəb və nəti­cələr haqqında nəticələri təsdiqləmək üçün istifadə olunan qrafik görür­sünüzsə, o zaman özünüzə belə bir sual verməlisiniz ki, nəzərdən qaçırılmış dəyişən əldə edilmiş nəticəyə təsir etmirmi?
Səbəb-nəticə asılılığının əks təsiri.(Reverse Causality) Iqtisadçılar səbəb asılılığını müəy­yən edərkən çox vaxt səhvə yol verirlər. Fərz edək ki, Amerika Anar­xistlər Asso­sia­­siyasına ABŞ-da nəticəsi 2p.7-də göstərilən cinayətkarlığın səviy­yəsini tədqiq etmək tapşırılmışdır. Qrafik iri şəhərlərdə ağır cina­yət­lərin miqdarının hər min nəfərə düşən polisin sayından asılılığını göstərir. Anarxistlər belə nəticəyə gəlirlər ki, şəhərlərdə polislərin sayının çox olması cinayətlərin artmasına gətirib çıxarır və deməli, cəmiyyət cinayətkarların cavabdehlik tədbirlərini azaltmalıdır.
Əgər biz nəzarətedici eksperimentlər keçirə bilsəydik, onda səbəb-nəticə asılılığının əks təsirinə düşməkdən kənar olardıq. Eksperiment apar­maq üçün biz müxtəlif şəhərlərdə polislərin sayını sərbəst olaraq azaltmalı, yaxud artır­ma­lı, sonra isə hüquq orqanları qüvvələrinin sayı ilə cina­yətlərin miqdarı arasın­dakı asılılığı izah etməli idik.
2p.7 şəklindəki qrafik isə yalnız həyat üçün daha təhlükəli olan  şəhərlərdə polisin çoxluğunu göstərir.
Səbəb-nəticə asılılığının əks təsirini göstərən qrafik

Şəkil 2p.7. Səbəb-nəticə asılılığının əks təsirini göstərən qrafik

Əyrinin yuxarı istiqamətlənməsi göstərir ki, şəhərdə polisin sayı artdıqca, orada yaşamaq təhlükəsi artmış olur. Lakin cinayətlərin səbəbinin polis yaxud cinayətin nisbətən yüksək olduğu şəhərlərdən daha çox qayda-qanun keşikçilərinin götürülməsinin səbəb olduğu qrafikdən aydın olmur.

Bunu onunla izah etmək olar ki, cinayətlərin səviyyəsinin yüksək olduğu şəhərlərdə bələdiyyə polislərin sayını artırır. Başqa sözlə, cinayətin miqdarının sürətlə artması əlavə polisin işə götürülməsinə səbəb olur. Qrafik isə səbəb asılılığının istiqamətini müəyyən etməyə imkan vermir.
Belə görünə bilər ki, səbəb – nəticə əlaqəsinin istiqamətinin müəyyənləş­diril­məsini birinci dəyişənin dəyişilməsilə aşkar etmək zəruridir. Əgər biz cinayətin artmasını, sonra isə polisin sayının çoxalmasını izlə­yiriksə, bir nəticəyə gəlirik. Əgər biz əvvəlcə polisin sayının, onun ardınca isə cinayətin artmasını görürüksə, onda başqa bir nəticəyə gəlirik. Bu yanaşmanın çatışmazlığı aşağıdakılardır: Insanlar çox vaxt öz davranışını mövcud şəraitin dəyişməsinə cavab verməklə deyil, onların gələ­cəkdə dəyişmə şəraitini nəzərə almaqla dəyişirlər. Cinayətlərin gələ­cəkdə artmasını gözləyən şəhər elə bu gündən polis üçün boş yerlərin miq­darını artıra bilər. Yaxud da, başqa bir əyani misal – yeni doğulanlar və uşaq çarpayıları. Çox vaxt uşaq çarpayısını uşağın doğulmasını göz­ləyərkən alırlar. Çarpayının uşaq doğulmamışdan əvvəl evə gətirilməsi o demək deyildir ki, çarpayı satışının çoxalması əhali artımına səbəb olur.
Qrafik üzrə səbəb asılılığı haqqında nəticənin doğruluğunu müəyyən edən tam və dolğun qayda mövcud deyildir. Sadəcə olaraq, unutmayın ki, xərçənglə xəstələnmənin artmasının səbəbi heç də siqaret çəkənlərin sayının çoxluğu ilə ölçülmür, (nəzərdən qaçırılmış dəyişən), evdə uşaq çarpayısının olması isə uşağın doğulmasına (səbəb – nəticə əlaqəsinin əks təsiri) səbəb ola bilməz. Yalnız onda siz mənasız iqtisadi mübahisələrdən qaçmağa nail olarsınız.

 

0 şərh