6. Qiymət minimumu-price ceiling

Qiymətin aşağı həddinin bazarın fəaliyyətinə təsiri

HOW PRICE FLOORS AFFECT MARKET OUTCOMES
Qiymətlər üzərində başqa növ nəzarətin təsirini nəzərdən keçirmək üçün gəlin, dondurma bazarına qayıdaq. Təsəvvür edin ki, dövlət Milli Don­durma Istehsalçıları Təşkilatını inandıra bildi və qiymətin aşağı həddinin təyin olun­masına qərar verdi. Əgər qiymətin yuxarı həddi rəsmən maksimal qiymətdirsə, ən aşağı həddi formal olaraq minimum qiymətdir.
Hökümət dondurma üçün ən aşağı qiyməti təyin edən zaman 2 nəticə ola bilər: əgər 1 pay dondurma üçün bu 2$ (ancaq tarazlı qiymət 3$) olarsa, biz bunun nəticəsini şəkil 6.4-də (a) qrafikində görə bilərik. Tarazlı qiymətin aşağı həddi əlaqəsizdir və bazar qüvvələri təbii ki, iqtisadiyyatı tarazlığa doğru apa­rır. Bu halda, aşağı qiymət həddi bazardakı vəziyyətə heç bir təsir göstərmir.

Şəkil 6.4-dəki (b) qrafiki 1 pay dondurmanın 4$ olduğu qiymətin aşağı həddini göstərir.Tarazlı qiymət 3$ olduğu üçün aşağı qiymət bazarın məhdud­laşdırıcı qiymətinə çevrilir. Tələb və təklif qüvvələri qiyməti tarazlığa doğru aparır, amma o, aşağı hədlə toqquşur. Bu halda, bazar qiyməti qiymətin aşağı həddinə bərabərdir. Bu qiymət ilə təklif olunan dondurmanın həcmi (120pay) tələb olunan dondurmanın (80pay) həc­mindən artıqdır. Dondurma satmaq istəyən istehsalçılar bu qiymətə onu satmaq imkanına malik deyillər. Beləliklə, aşağı qiymətin  təyin olunması təklif olunan malın bolluğuna səbəb olur.
Biz qeyd etmişdik ki, qiymətin yuxarı həddinin təyini və qıtlığın yaran­ması malın arzuolunmaz bölünmə  mexanizminin yaranmasına səbəb olur. Bazar qiymətinin aşağı həddi mövcud olduğu halda, bəzi təda­rükçülər istehsal etdikləri malı satmaq imkanına malik olmurlar. Yalnız alıcıların irqi və ailə ənənələrini əsas tutan satıcılar irəli gedə bilirlər. Azad bazarda isə əksinə, bölgü mexanizminin əsas elementi qiymətdir, isteh­salçılar isə tarazlı qiymətə əsaslanaraq, istehsal etdikləri hər şeyi satırlar.

Praktikum-Minimal əmək haqqı

CASE STUDY-THE MINIMUM WAGE
Qiymətin aşağı həddinin əsas nümunəsi minimal əmək haqqının təyin olunmasıdır. Ilk öncə ABŞ  Konqresi fəhlələrə müəyyən yaşayış həddini təmin etmək məqsədilə ədalətli əmək standartları haqqında 1938-ci il Aktını qəbul etməklə, minimal saathesabı tarifi müəyyən etdi. 1999-cu ildə Federal qa­nuna əsasən, minimal əmək haqqının 1 saatı 5.15$-dır. ABŞ-ın bəzi ştat­larında daha yuxarı əmək haqqının həddini təyin edən qanunlar fəaliyyət göstərir.
Minimal əmək haqqının tarifinin təsirini nəzərdən keçirmək üçün biz əmək bazarının (birjasının) (şəkil 6.5-dəki (a) qrafiki) təhlilini nəzərdən keçir­məliyik. Bu bazar da digərləri kimi tələb və təklifin təsirinə məruz qalır. Fəh­lələr əmək, firmalar isə əməyə tələbi təklif edirlər. Azad rəqabətli bazarda əmək haqqının miqdarının dəyişməsi əməyin tələbi ilə təklifi arasındakı tarazlığa gətirib çıxarır.
Şəkil 6.5-də (b) qrafikində minimal əmək haqqının təyin olunduğu əmək bazarı göstərilir, bu tarazlaşdırıcı həddən yuxarıdır. Təklif olunan əməyin həcmi ona olan tələbi ötüb keçir, bu da işsizliyə səbəb olur. Beləliklə, minimal əmək haqqının təyini məşğul olan əhalinin əmək haqqını artırır, ancaq iş tapa bilməyənlərin gəlirini azaldır.
a) Sərbəst əmək bazarı
sərbəst əmək bazarı

Iqtisadiyyatda müxtəlif peşə sahibləri üçün əmək bazarları və orada mini­mal əmək haqqının təyin olunması işçinin təcrübəsi və ixtisasından asılıdır: böyük təcrübəyə malik ixtisaslı işçilər demək olar ki, təyin olun­muş minimal əmək haqqından asılı deyillər, belə ki,onların tarazlı əmək haqqı minimumdan xeyli artıqdır. Belə işçilər üçün minimal əmək haqqı təyin olunmur. 
Ancaq minimum əmək haqqının təyin olunması yeniyetmə əməyi bazarına böyük təsir göstərir. Onların tarazlı əmək haqları aşağı həddə olur, çünki yeniyetmələr təcrübəsi olmayan aşağı ixtisaslı işçi kate­qori­ya­sına aiddirlər. Bundan başqa, yeniyetmələr bir çox hallarda müəyyən təcrübəni əldə etmək üçün aşağı əmək haqqının miqdarına razı olurlar. (Bəzi yeniyetmələr pulsuz olaraq “praktikant” kimi işləməyə razı olurlar) Nəticədə, yeniyetmələr üçün əmək haqqının minimal miqdarı başqa işçi­lərdən fərqli olaraq təyin olunur.
“Minimum əmək haqqı” haqqında olan qanunun yeniyetmələrin əmək bazarına, onun dəyişməsinin yeniyetmələrin məşğulluğuna olan təsirini iqtisadçılar müqayisə edərək təsdiq etmişlər. Tədqiqatlar göstərir ki, minimal əmək haqqının 10% artması yeniyetmələrin məşğulluğunu 1-3% azaldır. Nə­zərə alın ki, minimal əmək haqqının 10% artması yeniyetmələrin əmək haq­qı­nın çox cuzi miqdarda artımına gətirib çıxarır ki, bu da minimal əmək haq­qından bir qədər artıq maaş alan yeniyetmələrə aid deyil. Minimal əmək haqqı haqqında qanunun yerinə yetirilməsinə nəzarət mükəmməl olmadığına görə, yeniyetmələrin məşğulluğunun 1-3% azalması olduqca mühüm bir məsələdir.
Minimal əmək haqqının təyin olunması nəinki əməyin tələbinin həcminə, həm də onun təklifinin həcminə təsir göstərir. Minimal əmək haqqının reqlamentləşdirilməsi yeniyetmələrin alacaqları əmək haqqının artmasına səbəb olur ki. bunun nəticəsində iş axtaran yeniyetmələrin sayı artır. Tədqiqatlar göstərdi ki, minimal əmək haqqının səviyyəsinin artması işləyən gənclərin strukturunda dəyişikliyə aparır: bəzi şagirdlər tədrisi atır, işsizlər sırasına qatılaraq, iş axtarmağa başlayırlar.
Minimal əmək haqqının təyin olunmasında yaranan problemlər siyasi diskussiyaların populyar mövzusudur. Bu qanunun tərəfdarları bu siyasətə əhalinin kasıb təbəqəsinin nümayəndələrinin gəlirlərinin artmasının bir üsulu kimi baxırlar. Onlar qeyd edirlər ki, onların aldığı minimal əmək haqqı onlara ancaq yetir.Məsələn, 1999-cu ildə ABŞ-da minimal əmək haqqı 1 saat  üçün 5.15$ olduğundan, həftədə 40 saat işləyən 2 adamın aldığı illik əmək haqqı 21424$-dır. Bu da orta səviyyəli amerikalı ailənin gəlirinin yarıdan azını təşkil edir. Minimal əmək haqqının təyin olunmasını tələb edənlər bu siyasətin, işsizlik də əlavə olunmaqla, mənfi cəhətlərinin olması ilə razılaşırlar. Lakin onların təsirinin cüzi olduğunu  etiraf edirlər. Onlar əmindirlər ki, minimal əmək haqqının yüksək olması əhalinin kasıb təbəqəsinin yaşayış səviyyəsinin artmasına imkan yaradır.
Minimal əmək haqqının əleyhdarları iddia edirlər ki, onun təyini kasıbçılıq ilə mübarizədə heç də yaxşı üsul deyil. Onlar  qeyd edirlər ki, yüksək minimal əmək haqqı işsizliyə aparır, yeniyetmələri tədrisi atmağa məcbur edir və ixtisası olmayan işçiyə lazım olan təcrübəni qazanmağa imkan yaratmır. “Əmək minimumunun” əleyhdarları deyirlər ki, minimum əmək haqqı alan işçilərin heç də hamısı “yoxsulluq” səviyyəsindən qalxmaq istəyən ailə başçıları deyillər. Minimal əmək haqqı alan bir çox işçilər – yeniyetmələr, orta sinfə mənsub olanlar, cib xərci qazanmaq istəyənlərdir.

 

0 şərh