9. Xarici kvotanın təsiri

THE EFFECTS OF A TARIFF
Daha sonra Izolandiya iqtisadçıları xarici kvotanın nəticələrini (ölkəyə hər hansı bir məhsulun idxalının kəmiyyətcə məhdudlaşdırılmasını) nəzərdən keçirməyə başlayırlar. Belə ki, fərz edin ki, hökumət idxal lisenziyalarının məhdud kəmiyyətinin bölüşdürülməsi haqqında qərar qəbul edir. Hər bir lisenziya onun sahibinə Izolandiyaya xaricdən bir ton metal idxal etmək hüququ verir.
Iqtisadçılar ictimai rifahın səviyyəsini azad ticarət və idxal kvotasının tətbiqi şəraitində müqayisə etməyə cəhd göstərirlər. Şəkil 9.7-də Izolandiyanın daxili polad bazarına xarici kvotanın tətbiqinin təsiri əks olunmuşdur. Idxal kvotası daxili istehlakçılara zəruri kəmiyyətdə polad əldə etməyə imkan vermədiyi üçün onun dünya qiyməti səviyyəsində təklifi tamamilə etik deyildir. Əksinə, Izolandiyada poladın qiyməti dünya qiymətindən yüksək olanda lisenziya sahibləri onlara icazə verilən miqdarda polad idxal edirlər, ölkədə poladın təklifi isə daxili istehsalla kvotanın ümumi həcminə bərabər olur. Yəni, poladın dünya qiymətindən yüksək qiyməti ilə bağlı təklif əyrisi kvotanın ölçüsü qədər sağa doğru yerini dəyişir (Təklif əyrisinin dünya qiymətindən aşağı qiyməti ilə bağlı əyrisi dəyişmir, çünki bu halda lisenziya sahibləri üçün idxal heç bir məna kəsb etmir).
Təklif (daxili istehsal + idxal) və tələbin tarazlaşdırması üçün Izolandiyada poladın qiyməti dəyişir. Şəkildə göstərildiyi kimi, kvotanın müəyyənləşdirilməsi ona gətirib çıxarır ki, poladın qiyməti dünya qiymətindən yuxarı səviyyəyə qalxır. Poladla bağlı daxili tələbin həcmi Q1d-dən Q2d-yə qədər azalır, daxili təklifin həcmi isə Q1S-dən Q2S-ə qədər yüksəlir. Təəccüblü deyildir ki, idxal kvotasının tətbiqi polad idxalının azalmasına gətirib
THE EFFECTS OF A TARIFFçıxarır. Idxal kvotasının təsiri
Indi isə kvotaların tətbiqi ilə bağlı qazanc və itkiləri nəzərdən keçirək. Məhsulun daxili qiyməti dünya qiymətindən yuxarı olduğu üçün Izolandiya istehsalçılarının iqtisadi vəziyyəti yaxşılaşır, alıcıların vəziyyəti isə pisləşir. Bundan əlavə, poladı dünya qiyməti ilə alaraq, daha yüksək daxili qiymətə satmaq hüququ əldə edən lisenziya sahibləri qazanırlar. Qazanc və itkilərin həcmini müəyyən etmək üçün istehlakçı qazancını, istehsalçının və lisenziya sahiblərinin qazancını nəzərdən keçirək (cədvəl 9.4)
Hökumət tərəfindən kvota tətbiq edilənədək Izolandiyada poladın daxili qiyməti dünya qiymətinə bərabər idi, istehlakçı qazancı isə tələb əyrisi ilə dünya qiyməti arasında yerləşən fiqurun sahəsi – A+B+C+D+E1+E2+F-ə bərabər idi.

Istehsalçıların qazancının həcmi (G) fiqurunun sahəsi olub, təklif əyrisi ilə dünya qiyməti arasında yerləşir. Lisenziya sahiblərinin qazancı sıfra bərabər idi, çünki onun əldə edilməsinə zərurət yox idi. Isteh­lakçıların, istehsalçıların və lisenziya sahiblərinin qazanclarının ümumi məbləği A+B+C+D+E1+E2+F+G fiqurunun sahəsinə bərabər idi.

Cədvəl 9.4.
Idxal kvotasının tətbiqi nəticəsində ictimai rifahın dəyişməsi

Tarifin tətbiqindən əvvəl

Tarifin tətbiqindən sonra

Dəyişiklik

Istehlakçı qazancı

A+B+C+D+E1+E2+F

A+B

+(D+E1+E2+F)

Istehsalçı qazancı

G

C+G

C

Hökumətin gəlirləri

Yoxdur

E1+E2

+(E1+E2)

Ümumi qazanc

A+B+C+D+E1+E2+F+G

A+B+C+E1+E2+G

-(D+F)


Hökumət tərəfindən idxal kvotasının və lisenziyaların bölüşdürül­məsinin  tətbiqindən sonra daxili qiymət dünya qiymətindən yüksək olur. Daxili istehsalçılar  A+B sahəsinə bərabər, istehsalçılar isə C+G sahəsinə bərabər qazanc əldə edirlər. Lisenziya sahibləri daxili və dünya qiy­mətlərinin  fərqi həcmində poladın hər idxal edilmiş tonundan qazanc əldə edirlər. Onların qazancı qiymət fərqinin idxalın həcminə olan hasilinə, yəni E1+E2  üçbucağının sahəsinə bərabərdir. Kvota ilə birlikdə ümumi qazanc A+B+C+E1+E2 +G sahəsinə bərabərdir.
Idxal kvotasının tətbiqinin ictimai rifaha təsirini  göstərmək üçün biz istehlakçın qazancının dəyişməsini (müsbət) və lisenziya sahiblərinin qazancının dəyişməsini (müsbət) toplayırıq.
Bazarda ümumi qazanc D+F sahəsi qədər azalır ki, bu da kvotanın tətbiqi nəticəsində geri qayıtmayan itkiləri əks etdirir.
Yəqin ki,apardığımız təhlil sizə tanış göründü. Əgər siz idxal kvotasının bazara təsirinin təhlilini (şəkil 9.7) gömrük tarifinin (şəkil 9.6) təhlili ilə müqayisə etsəniz, görərsiniz ki, onlar əslində, eynidirlər. Həm tariflərin, həm də idxal kvotaların tətbiqi məhsulun bazar qiymətinin yüksəlməsinə, daxili istehsalçıların rifahının aşağı düşməsinə və ölkə istehsalçılarının rifahının artmasına gətirib çıxarır. Nəticədə, cəmiyyət bütövlükdə geri qayıtmayan itkilərə məruz qalır.
Beynəlxalq ticarətin məhdudlaşdırılmasının bu iki tipi arasında yeganə bir fərq vardır: gömrük tarifinin tətbiqi hökümətin gəlirlərinin artmasına səbəb olur (E fiqurunun sahəsi,şəkil 9.6), bu zaman idxal kvotaları lisenziya sahibləri üçün qazanc yaradırlar (E1+E2  sahəsi, şəkil 9.7).
Tarif və kvotaların oxşarlığı daha da çoxala bilər. Fərz edək ki, hökümət lisenziya sahiblərindən idxal olunmuş poladla ticarətə icazə üçün haqq almaqla onların mənfəətini əllərindən almaq istəyir. Belə ki, hökümətin əldə etmək istədiyi bu mənfəətin həcmi Izolandiyada poladın qiyməti lisenziya sahibinin idxalının həcminin dünya qiymətinin hasilinə olan kəmiyyəti arasındakı fərqə bərabərdir. Bu halda idxal üçün lisenziya haqqı gömrük tarifinə analoji olaraq fəaliyyət göstərir:hər iki halda, istehlakçıların qazancı, istehsalçıların qazancı və hökümətə daxilolmalar eynidir.
Həqiqətən də, idxal kvotalarının köməyi ilə beynalxalq ticarəti məh­dudlaşdıran ölkələr yalnız xüsusi hallarda idxalçıların əldə etdikləri mənfəəti tamamilə onların əlindən ala bilirlər. Məsələn, bir vaxtlar ABŞ hökuməti Yaponiyaya təsir göstərdi ki, onlar öz avtomobillərinin Ame­rikaya ixracını «könüllü» şəkildə məhdudlaşdırsınlar.
Yaponiya höküməti ölkənin lisenziyadan tam həcmdə istifadə olun­ma­sından qazanc əldə edən şirkətlərinə ixrac hüququ vermişdi. Ame­ri­kanın rifahı baxımından idxal kvotasının bu növü xaricdə istehsal olunan avtomobillərə gömrük tarifindən  daha pisdir. Həm tarif, həm də  xarici kvota məhsulun qiymətinin artmasına və geri qayıtmayan itkilərə səbəb olur, ticarəti məhdudlaşdırır. Lakin hər halda, tarifin tətbiqi yapon avtomobil şirkətlərinə deyil, Amerika hökümətinə əlavə qazanc gətirə bilər.
Bizim təhlildən çıxış etsək, belə bir fikir yaranır ki, idxal kvotaları və tariflər eyni geri qayıtmayan itkilərə gətirib çıxarır. Bundan əlavə, kvotalar tətbiq edilərkən, onlar arta da bilərlər (idxal lisenziyalarının bölüşdürül­məsindən asılı olaraq).
Fərz edək ki, izolandlılar başa düşürdülər ki, lisenziyanı yalnız mənfəətinin bir hissəsini hökümətin siyasətini müdafiə etməyə yönəldənlər alırlar. Bu halda lisenziyanın qiyməti höküməti müdafiə etməyin dəyərinə bərabərdir. Əldə edilən daxilolmalar cəmiyyətin rifahına deyil, daha çox hökümətin siyasətinə haqq qazandırmaq üçün istifadə edilir. Bu növ kvotaların geri qayıtmayan itkiləri təkcə ifrat istehsalla bağlı itkilərdən (D sahəsi) və kifayət səviyyədə olmayan istehlakdan (F sahəsi) deyil, həm də lisenziya sahiblərinin hökümətin müdafiəsi üçün istifadə etdikləri əlavə hissədən ( E1+ E2  sahəsi) ibarətdir.

 

0 şərh