26. FES pul nəzarətinin maliyyə alətləri

THE FED’S TOOLS OF MONETARY CONTROL
Məlum olduğu kimi, FES öhdəliklərindən biri iqtisadiyyatda dövriyyədə olan pul kəmiyyəti üzərində nəzarəti həyata keçirməkdir. Indi, pul təklifinə qismən bank ehtiyatının təsirini bildikdən sonra FES-in öz funksiyalarının öhdəsindən necə gəldiyini başa düşmək asan olacaq.
Qismən bank ehtiyatı sistemin kredit institutlarına yeni pullar yarat­mağa imkan verdiyi üçün FES-in pul təklifinə nəzarəti bilavasitə ola bilməz.
FES pul təklifini dəyişmək istədikdə o, nəzərə almalıdır ki, bank sisteminin davranışı nəzərə alınmaqla, onun qərarı nəticədə nəyə transformasiya olunur.
FES-in monetar nəzarətini həyata keçirmək üçün adətən maliyyə alətinin 3 növü istifadə olunur: açıq bazarda əməliyyatlar, məcburi ehtiyat normalarının müəyyən edilməsi və uçot dərəcələri. Onların hər birini ayrılıqda nəzərdən keçirək.

Açıq bazarda əməliyyatlar
Open-Market Operations
FES-in açıq bazarda əməliyyatları dövlət istiqrazlarının alış və satışından ibarətdir. Pul təklifini artırmaq üçün MB öz agentlərinə əhalidə olan istiqrazları almaq haqqında göstəriş verir. Əldə edilən istiqrazlara görə FES-ə ödənilən vəsaitlər tədavüldə olan pul kəmiyyətini artırır. Onların bir hissəsi nəğd formada qalır, digər hissəsi isə bank əmanətlərinə daxil olur. Bu halda nəğd formada dövr edən hər bir dollar pul təklifini də  düz 1 dollar artırır. Bank depozitində yerləşdirilmiş hər bir dollar pul təklifini daha çox dərəcədə artırır. Çünki o, ehtiyatların çoxalmasına və beləliklə də, bank sistemi ilə yaradılan pul kəmiyyətinin artımına gətirib çıxarır.
FES təklifin azaldılmasını lazım hesab edirsə o, dövlət istiqrazlarını onları nəğd pulla və bank əmanətlərindəki vəsaitlər hesabına ödəyən əhaliyə satır.
Bu proses tədavüldə olan pul kəmiyyətini bilavasitə aşağı salır. Bun­dan əlavə əhali pulları öz hesablarından çıxardığı üçün bank ehtiyatlarının ölçüsü azalır və banklar kreditlərin həcmini məhdudlaşdırır ki, bu da bilavasitə yeni pulların yaradılması prosesinə təsir göstərir.
Açıq bazarda əməliyyatların aparılması xüsusi çətinliklər yaratmır. Faktiki olaraq dövlət istiqrazlarının alqı-satqı əməliyyatları bir çox cəhətdən insanlara məxsus olan qiymətli kağızlarla aparılan əməliyyatlara oxşayır (Aydındır ki, fərdi şəxs istiqrazları satanda və ya alanda, pullar sadəcə olaraq bir əldən o birinə keçir, lakin onların tədavüldə olan ümumi kəmiyyəti dəyişməz qalır).
Bununla yanaşı FES açıq bazarda əməliyyatları pul təklifini istənilən gün və qüvvədə olan qanunvericiliyi dəyişmədən çox və ya az ölçüdə dəyişilməsi üçün istifadə edir. Buna görə maliyyə siyasətinin bu aləti MB tərəfindən daha çox istifadə edilir.

Məcburi ehtiyat normalarının müəyyən edilməsi
Reserve Requirements
MB ehtiyatlarını kredit institutlarının onlarda olan əmanətləri yaratmalı olan minimum ölçüsünü tənzimləyən məcburi ehtiyatlar normasını müəyyən etməklə pul təklifinə təsir göstərə bilir. Məcburi ehtiyatlar norması bank sistemini öz ehtiyatlarının hər bir dollarından yaratdığı pul kəmiyyətini müəyyən edir. Onun artması göstərir ki, banklar kreditləri əmanətçilərin vəsaitindən verməyi məhdudlaşdırılmalıdır, bunun nəticə­sində isə ehtiyat norması artır, pul multiplikatoru azalır, pul təklifi isə aşağı düşür. Əksinə, məcburi ehtiyatlar normasının azalması ehtiyat normasının aşağı düşməsinə, pul multiplikatorlarının qiymətinin çoxal­masına və pul təklifinin artmasına səbəb olur.
MB məcburi ehtiyat normasının dəyişdirilməsinə nadir hallarda əl atır, belə ki, bu metoddan tez-tez istifadə etmək bank sisteminin və­ziy­yətinə neqativ təsir göstərir. Məsələn, FES məcburi ehtiyat nor­ma­sını artırdıqda, bəzi banklar onlara əmanətlərin kəmiyyəti azalmadıqda belə bu tələbi dərhal yerinə yetirə bilmir. Nəticədə banklar kreditləşməni onların ehtiyatları tələb olunan səviyyəyə çatmayanadək ixtisar etməli olur.

Uçot dərəcələri
The Discount Rate
MB-nin üçüncü maliyyə aləti-uçot dərəcələri FES-in kredit banklarına verdiyi faiz dərəcəsidir. Həddən artıq çox kredit verildiyi və ya bank əmanətçiləri kütləvi qaydada öz hesablarındakı vəsaitləri çıxarmağa baş­ladığı hallarda bank FES-dən onun ehtiyatları qoyulan tələblərə müva­fiq gəlmədikdə borc pul götürür. MB belə ssudanı verirsə bank sistemi ehtiyatları bütövlükdə əvvəlkindən çox olur ki, bu da ona pul təklifini artırmağa imkan verir.
FES uçot dərəcəsini dəyişməklə pul təklifində düzəlişlər etmək imkanı var. O  nə qədər yüksək olarsa banklar ehtiyatları artırmaq  üçün FES-dən ssudanı həvəssiz götürür. Beləliklə, uçot dərəcəsinin yüksəlməsi bank sistemi ehtiyatlarınıı aşağı salır. Bu isə öz növbəsində, pul təklifinin azalmasına gətirib çıxarır. Əksinə, uçot dərəcəsi  aşağı düşdükdə banklar FES-dən mənmuniyyətlə borc pul götürür ki, bu da ehtiyatların artımına və tədavüldə pul kəmiyyətinin artmasına gətirib çıxarır.
MB uçot dərəcəsindən nəinki pul təklifinin tənzimlənməsi, həm də müvəqqəti çətinlik keçirən maliyyə müəssisələrinə yardım göstərmək üçün istifadə edir.
Məsələn, 1984-cü ildə Continental  Illions National Bankı tərəfin­dən qaytarılması böyük şübhə doğuran bir neçə krediti verildiyi haqqında şayiələr yayıldıqda bankın əmanətçiləri ondan öz pullarını fəal surətdə geri götürməyə başladılar. Kontinental Illinoisi xilas etmək tədbirlərindən biri kimi FES  kreditor verən kimi çıxış edəcək banka 5 milyard dollardan çox borc verdi. Eyni ilə 19/X-1987-ci il birja böhranı zamanı Uoll Stritdən olan bir çox broker firmaları satılan səhimlərin artmış həcmi şəklində pul vəsaitlərinin xeyli çatışmazlığını keçirdi. Ertəsi gün, broker alveri başlamazdan əvvəl FES sədri Alen Qrinspen elan etdi ki, o ölkənin iqtisadi və maliyyə sistemini dəstəkləmək üçün lazım olan vasitələrin mənbəyi kimi xidmət etməyə hazırdır. Bir çox iqtisadçılar hesab edirlər ki, A.Qrinspenin birja böhranı zamanı hərəkətləri  fond bazarına əsl ciddi zərbələrdən qaçmağa imkan verdi.

 

0 şərh