28. Xalis ixracın və xalis xarici investisiyaların bərabərliyi

THE EQUALITY OF NET EXPORTS AND NET FOREIGN INVESTMENT
Biz öyrəndik ki, açıq iqtisadiyyatın yerdə qalan dünya ilə qarşılıqlı fəaliyyəti iki üsulla – əmtəə və xidmətlərin dünya bazarı və dünya maliyyə bazarları ilə baş verir. Xalis ixrac və xalis xarici investisiya bu bazarlarda qeyri-sabitlik tədbirlərini ifadə edir. Xalis ixrac və idxal arasında fərqi xalis xarici investisiya isə – iqtisadiyyatın rezidentlərinin aldıqları xarici aktivlərin dəyəri və xaricilərin aldıqları iqtisadiyyatın daxili aktivlərinin dəyəri arasın­dakı uyğunsuzluğu ölçür.Mühüm, lakin bu göstəricilərin ilk baxışda aydın olmayan nəticəsi ondan ibarətdir ki, bütövlükdə iqtisadiyyat üçün xalis xarici investisiya (NFI) həmişə xalis ixraca (NX) bərabər olur.(net foreign investment
(NFI) always equals net exports (NX)

NFI = NX
Bu tənliyin ədalətliliyi iqtisadiyyatda hər bir sövdələşmənin onun sağ və sol hissəsinə eyni dərəcədə təsir etməsilə müəyyən olunur, yəni bizim tənlik bərabərdir.
Bərabərliyin ədalətliliyinə inanmaq üçün misala baxaq. Hesab edək ki, Amerikanın Boeinq təyyarəqayırma korporasiyası yapon təyyarə korpo­rasiya­sına bir neçə təyyarə satır və ondan iyenlə müəyyən məbləğ pul alır. Ona diq­qət yetirin ki, hər iki hadisə eyni vaxtda baş verir. ABŞ xaricə öz məhsulunun (təyyarə) bir hissəsini satmışdı, daha doğrusu, ölkənin xalis ixrac göstəricisi art­mışdı. Bununla ABŞ xarici aktiv (yapon iyeni) alır, bu xalis xarici investisiyalar göstəricisini yüksəldir.
Lakin Boeinq çox ehtimal ki, müqavilənin yerinə yetirilməsi nəticə­sin­də əldə etdiyi iyeni saxlamayacaqdır, yapon valyutası ilə hər bir növbəti söv­­­­dələşmə xalis ixrac və xalis xarici investisiyaların bərabərliyini saxlayar. Mə­­sələn, Boeinq iyeni qarşılıqlı fondda dollara dəyişir, qarşılıqlı fonda məi­şət elektronikasının böyük istehsalçısı olan Yaponiyanın Sony kom­pa­ni­ya­sı­nın səhmlərini almaq üçün yapon valyutası lazımdır. Bu halda xalis ixrac (təy­yarələrin satışı) qarşılıqlı fondun (Sony səhmlərini alan) xalis xarici in­ves­tisiyalarına bərabərdir, deməli, həm NX, həm NFI eyni bir kəmiyyətlə artır.
Hadisələrin inkişafının başqa bir variantında Boeinq iyeni «Toshiba» kom­pyuteri almaq arzusunda olan kompaniyada dollara də­yişir. Kompyu­terlərin amerikanın idxalının dəyəri amerikanın təyya­rələrinin ixracının dəyəri­nə tamamilə uyğun olacaq. BoeinqToshiba tərəfindən həyata keçirilən satış nə Amerikanın xalis ixracına, nə də ABŞ-ın xalis xarici investisiyalarının kəmiyyətinə təsir göstərməyəcək. Ona görə də NX və NFI mənası bu söv­dələşməyə qədərki kimi qalacaqdır.
Xalis ixracın və xalis xarici investisiyaların bərabərliyi hər bir bey­nəl­xalq sövdələşmənin bu və ya digər növ mübadilə olmasından irəli gəlir. Mal gön­dərən ölkə alan ölkəyə əmtəə və xidmət satdıqda öz növbəsində özü­nün aktivlərinin bir hissəsini satın aldığına görə ödəyir, onların dəyəri alınan əmtəə və xidmətlərin dəyərinə bərabərdir. Nəticədə bir ölkə tərə­findən (NX) satılan əmtəə və xidmətlərin dəyəri onun alınan aktiv­lərinin (NFI) dəyərinə bərabər olmalıdır. Ona görə də əmtəə və xidmətlərin beynəlxalq axını və kapitalların beynəlxalq axını, bədii desək, bir medalın iki tərəfidir.

Yığım, investisiya və onların əmtəələrin və kapitalların beynəl­xalq axını ilə əlaqəsi
SAVING, INVESTMENT AND THEIR RELATIONSHIP TO THE INTERNATIONAL FLOWS

Əvvəlki fəsildən bizə məlumdur ki, yığım və investisiya – istənilən ölkə­­nin uzunmüddətli iqtisadi artımının əsasıdır. Gəlin bu kəmiyyətlərin əmtəə­lərin və kapitalların beynəlxalq axını ilə necə əlaqədar olduğuna baxaq. Əm­təələr və kapitalların beynəlxalq axını xalis ixrac və xalis xarici inves­tisi­yaların həcmilə ölçülür. Bunun üçün biz mürəkkəb olmayan riyazi hesablamadan istifadə edəcəyik.
Bildiyiniz kimi, xalis ixrac anlayışı bizim kitabda ilk dəfə ümum­daxili məh­sulun (ÜMM) tərkibilə tanış olanda meydana çıxdı. Ümum­daxili məhsul (Y) dörd elementdən: istehlak (C), investisiya (I), dövlət sifarişi (G) və xa­­lis ixrac (NX) əmələ gəlir. Riyazi formada bunu aşağıdakı kimi ifadə etmək olar(consumption (C),
investment (I ), government purchases (G), and net exports (NX):
Y = C + I + G + NX
Iqtisadiyyatın ümumi xərcləri özündə istehlak, investisiya, dövlət sifarişi və xalis ixrac xərclərinin məbləğini ifadə edir. Hər bir dollar məsrəfi öz əksini dörd sadalanmış elementlərdən birində tapdığından, verilmiş ifa­də bərabərlikdir, ona daxil olan dəyişənlərin istənilən qiymətlərində doğrudur.
Yada salaq ki, milli yığım dövlət sifarişini və istehlak xərclərini çıxdıq­dan sonra qalan məbləğdir. Milli yığım (S) Y–C–G bərabərdir. Əgər biz ilkin bərabərliyi bu asılılığı nəzərə alaraq yenidən qurmasaq, onda aşağıdakını alırıq:
Y–C–G = I + NX
S = I + NX
Xalis ixrac (Nx) xalis xarici investisiyaya bərabər olduğundan yazmaq olar ki,
S = I + NFI,
Yığım = Daxili investisiya + xalis xarici investisiya
Bərabərlik göstərir ki, milli yığım daxili və xalis xarici inves­tisi­yaların məbləğinə bərabərdir. Başqa sözlə, ABŞ vətəndaşı öz gəlirinin bir hissəsini yığıma yönəldəndə, onlar ölkə daxilində yığımı maliyyələşdirmək üçün və eləcə də xaricdən kapital almaq üçün istifadə oluna bilər.
Bu ifadə bizə artıq tanışdır. Biz maliyyə sisteminin rolunu öyrə­nən­də, o vaxt ona qapalı iqtisadiyyat halı üçün baxmışdıq. Qapalı iqtisa­diyyatda xalis xarici investisiya olmur (NFI=0), ona görə də yığım investisiyaya bərabərdir (S=I). Açıq iqtisadiyyatda yığımın istifadəsinin iki üsulu vardır: daxili və xalis xarici investisiyalar üçün.
Əvvəlki halda olduğu kimi, maliyyə sistemində dəyişiklik bəra­bər­liyin həm sağ, həm də sol hissələrində eyni dərəcədə əks olunur. Fərz edək ki, Smi­tlar ailəsi öz gəlirlərinin bir hissəsini «qara günə» yığmaq qəra­rına gə­lirlər. Bu qərar milli yığımı, yəni bərabərliyin sol hissəsini artırır. Əgər Smit­lər öz vəsaitini qarşılıqlı fonda yerləşdirirsə, onlar qismən Oqayoda ye­ni zavod tikən General Motors korporasiyasının səhm­lərinin alınmasına, qis­­mən isə – Osakada istehsalın geniş­lən­diril­məsinə inve­stisiya qoyan To­yo­ta kompa­niyasının səhmlərinin alınmasına istifadə oluna bilər. Qarşılıqlı fond almaq bərabərliyin sağ hissəsindəki də­yi­şiklikdə əks olunur. Amerikan he­sabdarlığı baxımından General Motorsun yeni zavodun tikintisinə çəkdiyi xərc­lər daxili investisiyaya, amerikan vətən­daşının Toyotanın səhmlərini al­ma­sı isə – xalis xarici investisiyaya aiddir. Beləliklə, amerikan iqti­sa­diy­ya­tı­nın bütün yığımı ya daxili, ya da xalis xarici investisiyaların bir hissəsi olur.

 

0 şərh