24. Borc vəsaitləri bazarı

THE MARKET FOR LOANABLE FUNDS
Mühüm maliyyə idarələri və onların makroiqtisadiyyatdakı rolu ilə tanış olduqdan sonra biz maliyyə bazarları modelinin qurulmasına keçə bilərik. Bu modelin yaradılmasında məqsəd əmanətlərə və investisiyalara yönəl­dilən vəsaitlərin hərəkətinin tənzimlənməsində maliyyə bazarlarının rolu­nun izah olunmasından və dövlət siyasətinin müxtəlif tiplərinin əmanət və investisiya proseslərinə təsirinin analizindən ibarətdir.
Real vəziyyətin sadələşdirilməsi üçün fərz edək ki, iqtisadiyyatda yalnız bir maliyyə bazarı - borc vəsaitləri (fondları) bazarı mövcuddur.  Əmanətlərə yönələn bütün vəsaitlər buraya daxil olur və bütün borc alanlar investisiyalar üçün burada ssuda alırlar. Bu bazarda əmanətlər və borclar üzrə vahid faiz dərəcəsi mövcuddur.
Əlbəttə, yalnız bir maliyyə bazarı haqqında fərziyyə əvvəlcədən düzgün deyil, ona görə ki, real iqtisadiyyatda müxtəlif maliyyə idarələri fəaliyyət göstərirlər. Lakin iqtisadi modelin qurulması sənəti onun izahı üçün reallığın sadələşdirilməsindən ibarətdir. (fəsil 2) Məhz bu  məqsədə nail olmaq üçün biz bu addımı atırıq.

Borc fondları bazarında tələb və təklif
Digər bazarlar kimi borc vəsaitləri bazarı da tələb və təkliflə tənzimlənir. Borc fondaları bazarının fəaliyyətini başa düşmək üçün ilk növbədə tələb və təklifin mənbələrini nəzərdən keçirək.
Borc vəsaitlərini artıq maliyyə resurslarına malik olan və onları müəyyən şərtlər daxilində pula ehtiyacı olanlara borc verməyə hazır olan insanlar təklif edirlər. Ya hər hansı bir kompaniyanın istiqrazlarının  alışında olduğu kimi birbaşa olaraq, ya da misal üçün bankda hesabın açılışı zamanı olduğu kimi vasitəçilər vasitəsilə, bank isə öz növbəsində əmanətçi müştərilərin akkumulyasiya edilmiş ödəmələrindən ssuda verir. Hər iki halda yığımlar borc vəsaitləri bazarına resursların təklifi mənbəyi kimi çıxış edirlər.

Borc fondlarına tələb investisiyalar üçün lazımi ssudalara ehtiyacı olan ev təsərrüfatları və firmalar tərəfindən yaradılır. Tələb ailələrin yeni mənzilin alınması üçün ipoteka kreditlərinə təlabatlarından və firmaların yeni avadanlıq­arın alınması və istehsalat binalarının tikilişi üçün ssudaların alınmasında maraqlı olmaları ilə müəyyən olunur. Hər iki halda inves­tisiyalar borc vəsaitlərinə tələbin mənbəyidir.
Faiz dərəcəsi ya kreditdən istifadəyə görə haqqı, ya da borc verənin gəlirini əks etdirir. Yüksək faiz dərəcəsi borcların bahalaşmasına gətirib çıxarır, bu da öz növbəsində borc vəsaitlərinə tələbin həcminin azalmasına gətirib çıxarır. Eyni zamanda yüksək faiz dərəcəsi əmanətləri daha cazibədar edir, bu da onların təklifini artırır. Başqa sözlə desək tələb əyrisi mənfi meyllidir (azalandır), təklif əyrisi isə müsbət meyllidir (artandır).
Şəkil 24.1.-də borc fondlarına olan tələb və təklifi tarazlaşdıran faiz dərəcəsi göstərilmişdir. Bizim misalda o, 5%-ə bərabərdir, borc fondlarının həcmi  isə 1 200 mlrd. $ təşkil edir. Əyər faiz dərəcəsi tarazlıq səviyyəsindən aşağı olsaydı borc vəsaitlərinə tələbin həcmi təklifin ölçülərini aşardı, bunun nəticəsində də təklifin genişləndirilməsi üçün faiz dərəcəsini yüksəltmək tələb olunardı. Əksinə faiz dərəcəsi tarazlıq səviyyəsindən yuxarı olsaydı tələbin həcmi təklifin ölçülərindən az olardı, buna görə də borc alanları cəlb etmək üçün onun faiz dərəcəsini  aşağı salmaq lazım olardı.
Yada salaq ki, iqtisadçılar real və nominal faiz dərəcəsini ayırırlar. Nominal faiz dərəcəsi dedikdə borcdan istifadənin dəyəri yaxud əmanətlərin gəlirliliyi göstəricisi başa düşülür, real faiz dərəcəsi isə nominal faiz dərəcəsində inflyasiya faizi çıxıldıqdan sonra nominal faiz dərəcəsinə bərabərdir. Inflyasiya pulların ucuzlaşmasına gətirib çıxardığı üçün real faiz dərəcəsi əmanətlərdən gəliri və borcların dəyərini daha dəqiq əks etdirir və deməli məhz o, şəkil 24.1-də borc vəsaitlərinə  olan tələb və təklifin tarazlığını müəyyən edir. Daha sonra bu fəsildə faiz dərəcəsi dedikdə biz onun real qiymətini başa düşəcəyik.

 

0 şərh