Makroiqtisadi tarazlığın təhlili

Çatışmazlıq nəzəriyyəsinin əsasını qoyan məşhur Macar iqti­sad­çısı Y.Kornainin fikrincə cəmiyyətdə «tərəddütetmə halları baş ver­dikdə – onu normal vəziyyətə qaytara bilən tənzimləmə mexanizmi ol­duq­da, iqtisadi sistemin normal vəziyyəti haqqında danışmaq olar»1. La­kin normal vəziyyət tələblə təklif arasında daim mövcud olan uy­ğunluq demək deyildir.
Beləliklə, tarazlıq normal vəziyyətin xüsusi, «ideal» halı demək­dir. Bunun üçün iqtisadi parametrlər arasında onların hər birinə xas olan qarşılıqlı əlaqə və asılılıq, tarazlı­ğın bərpa olunmasının spesifik üsulları səciyyəvidir. Həm də qismən tarazlıq ayrı-ayrı bazar­larda tə­ləblə təklif arasındakı tarazlığı ifadə etdiyi halda, ümumi tarazlıq bütün bazarların əlaqəli və uzlaşdırılmış şəkildə fəaliyyət göstərmələrini əks etdirir.
Məlum olduğu kimi, ümumi iqtisadi tarazlıq anla­yışı L.Valras tərəfindən irəli sürülmüşdür. Onun fikrincə "ümumi iqtisadi tarazlıq dedikdə xidmətlər bazarında məhsuldar xidmətlərə, məhsul bazar­ların­da isə gündəlik tələbat məh-sullarına olan səmərəli tələb və təklifin ta­raz­laş­dığı, satış qiymətlərinin istehsal xərclərinə bərabər olduğu vəziy­yət nəzərdə tutulur">.
Ümumi tarazlıq sahəsində ən yeni tədqiqatlar L. Valrasın müd­dəalarına bir sıra əlavələr etməyə imkan verir. Bunlardan aşağıdakılar diqqəti daha çox cəlb edir:
1) Tarazlıq sabit deyildir, o daim pozulur və buna görə də «Tarazlıq, qeyri-tarazlıq» deməkdir, tezisi tamamilə doğ­rudur. Buradan da aşağıdakı nəticələri çıxarmaq olar: a) Tarazlığı mü­cər­rəd ideal model kimi nəzərdən keçirmək lazımdır. Başqa sözlə, tə­səvvür etmək ki, tarazlıq heç vaxt olmayıb və ola da bilməz. Lakin bu­na baxmayaraq tədqi-qata tarazlığın araşdırılmasından başlamaq lazım­dır; b) Ta-razlıq optimal qeyri-tarazlıqdır. Bu, o deməkdir ki, o, qiy-mət­lərin dəyərdən, nəticələrin xərclərdən kənar­laş­masını ifa-də et­məklə, onun fəaliyyət göstərməsi və inkişaf etməsində müsbət rol oy­nayır;
2) Qeyri-tarazlıq olan tarazlıq iqtisadi vahidləri həm özlərinin, həm də bü­tövlükdə cəmiyyətin mənafelərinin əksinə fəaliyyət göstər­məyə məcbur etməklə, mənfi, dağıdıcı rol oynayır.
Beləliklə, ümumi iqtisadi tarazlıq ölkə iqtisadiyya­tının taraz­laşdırılması, bütün sahələrdə və bazarlarda onun normal inkişafını tə­min edən qarşılıqlı əlaqə və uzlaşdırılmış sistem deməkdir.
Tələb və təklif öz-özünə deyil, bir-birilə qarşılıqlı əla-qə və təsir şəraitində formalaşır. Qısa zaman kəsiyində (is-tehsalın həcmi sabit ol­maq­la) tələb, iqtisadiyyata, necə deyərlər, «təzyiq edir». Uzunmüddətli dövrdə isə tələb təklif-lə bərabərləşir, bazar, azad rəqabət şəraitində bir sıra ilkin şərtlərin, daxili qanunauyğunluqların təsiri ilə tarazlığı təmin etməyə "çalışır".
Inhisar və bazar rəqabəti şəraitində (buna qeyri-mükəmməl rəqabət də deyilir) bazar tarazlığı problemini C.Robinson və E.Çem­berlin təhlil etmişlər. Onların fikrin-cə, inhisar şəraitində qiymətlər orta və son xərclərdən yüksək müəyyən edilir.

Iqtisadi sistemdə tarazlıq olmadıqda bu, bir sıra mənfi hal­lara gətirib çıxarır. Bunlar öz əksini artım sürətinin azalmasında, isteh­laka meylin artmasında, istehsalın səmə-rəliliyinin aşağı düşməsində və s. tapır.
Aydın məsələdir ki, bazar, təcrübədə meydana çıxan bütün problemləri həll etməyə qadir deyildir, onun vəzifələri və imkanları məhduddur. Müəyyə maneələr meydana çıxdıqda və dəyişikliklər baş verdikdə, məsələn, xammal­ların və ya yanacağın qiymətləri kəskin su­rətdə bahalan­dıq­da, texnologiyalarda əhəmiyyətli tərəqqi, habelə siyasi böh-ran olduqda, bazar iqtisadiyyatı yeni tarazlıq şəraitinə döv­lətin fəal iştirakı ilə uyğunlaşır. Yeni tarazlığa uyğunlaşma-nın xarakteri isə kon­kret şəraitdən, iqtisadi nizamlayıcıların səmərəliliyindən, döv­lətin iqti­sa­di siyasətindən və s. asılıdır.

Ümumi iqtisadi tarazlığın ən mühüm anlayışların­dan biri də iqtisadi vahidlər, əhali və dövlət tərəfindən nə­zərdə tutulan (və ya plan­laşdırılan) xərclərlə istehsal olunan milli məhsul arasındakı qarşılıqlı əlaqədir. Bu zaman «xərclər» maddəsində şəxsi istehlak, investisiya və döv­lət xərcləri xüsusi qruplara ayrılır. Bunlardan hər hansı biri artı­rıl­dıq­da ümumi xərclər də artmış olur.
Hər bir iqtisadi vahidin əldə etdiyi gəlir isə həmişə onun şəxsi istehlakına bərabər olmur. Gəlirlər az olduqda əvvəlki dövrlərdən qa­lan «yığım»dan şəxsi istehlak üçün istifadə oluna bilər və olunur. Gə­lirlər artdıqda isə iqtisadi vahidlərdə istər şəxsi istehlak, istərsə də «yı­ğım» üçün ayrı-lan vəsaiti artırmaq imkanı yaranır.
Bununla əlaqədar olaraq, məsələn, əldə edilən əlavə gəlirin hər 500 manatına görə əlavə «yığım» və əlavə istehlak üçün ayrılan vəsaitin təhlili xüsusi maraq doğurur. Bunu aşağıdakı kimi ifadə etmək olar:

Burada: MPS–«yığım»a son meylliliyi, MPC–istehla-ka son meylliliyi, DS–yığımın əlavə artımını, DC–şəxsi istehlakın artımını, DD – şəxsi gəlirlərin əlavə artımını göstərir.
 

0 şərh