Samsung GALAXY Tab 3 seriyasından 7 düymlük yeni planşet

Samsung Electronics şirkəti Samsung GALAXY Tab 3 seriyasından zərif dizayn, çoxsaylı funksiyalar və geniş çeşiddə multimedia proqramları ilə təchiz edilmiş yeni 7, 8 və 10.1  düymlük planşetləri təqdim etdi.


Samsung Electronics şirkətinin Qafqaz üzrə Direktoru cənab Sangpil Çan tədbirdə çıxış edərək bildirib ki, Samsung şirkəti planşetlərini təkmilləşdirməyə davam edir, onları daha yüngül və funksional  imkanlarını artırır. Təkmilləşdirilmiş 7, 8 və 10.1 düymlük planşetlər bir sıra üstünlükləri ilə flaqman mobil cihazlar seriyasının təkamülündə vacib məqam olacaqdır. Onun çıxışından sonra Samsung Electronics şirkətinin Məhsullar üzrə Marketinq meneceri İlkin Qasımov yeni Galaxy Tab 3 planşetlərin texniki göstəriciləri və üstünlükləri barədə məlumat verib. Planşetlər əsas və frontal kameralarla təchiz edilmişdir ki, bunlarla çəkilən şəkillər və videoçarxlar yüksək dəqiqliyi ilə heyrətləndirir. Bu, tez-tez videozənglər edən istifadəçilər üçün xüsusən vacibdir. Samsung GALAXY Tab 3 mobil ƏS-nin ən son versiyası olan Android 4.2 (Jelly Bean) ilə işləyir. Story Album və Group Play xidmətləri şəkillər, sənədlər və multimedia faylları ilə cəld və asan işləməyə, digər istifadəçilərlə bu sənədlərin mübadiləsinə imkan verir.

Tədbirin sonunda Samsung Electronics şirkətinin Azərbaycan Respublikasındakı rəsmi distribyutoru olan İntegral MMC şirkətinin Satış üzrə Direkoru Şahin Sadıxov Samsung Galaxy Tab 3 Azercell ilə birgə olan aksiya barədə məlumat verib. O, bildirib ki, 15.08.2013-cü il tarixindən Azercell abunəçiləri üçün Samsung Galaxy Tab 3 cihazlarına kampaniya keçiriləcək.  Kampaniyaya qoşulmaq üçün abunəçi  öz nomrəsindən istifadə edə bilər və yaxud yeni nömrə ilə Galaxy Tab 3 cihazını əldə edə bilər.  Abunəçi  Galaxy Tab 3 cihazı aldıqda,  ona 3 ay ərzində hər ay pulsuz 4 GB həcmli  Mobil İnternet paketindən istifadə etmək imkanı verilir, 4-cü aydan etibarən isə abunəçi 9 AZN məbləğində abunə haqqı ödəyir. Kampaniyaya Azercell-in rəsmi diler mağazalarından və AzExlərdən qoşulmaq mümkün olacaq.

 

0 şərh