AQONİYA-bədənin son müqaviməti - 3-cü hissə

Bir qədər əvvələ...Keçmişlə gələcək transı

İllər boy öz bəylik irsini və ulu babasından qalma, bir kisə dolusu qızıl pulu hamıdan gizlədən, rəhmətlik Cəmil dayı SSSR dağıldıqdan sonra artıq KKB təhdidindən və potensial təqibindən yaxa qurtardığını sanıb, ölkənin azad bazar iqtisadiyyatına, kapitalizmə, böyük vədlər verən "xalq hakimiyyətinə" qovuşduğunu düşünüb bu mülkü üzə çıxartmağı və qanuni dədə-baba ehtiyatı ilə firəvan həyata başlamağı qərara aldı. Bu qızılın nəsillərinə uğur gətirmədiyini bilsə belə. Lakin sonrakı hadisələr ölkədə yaranmış gərginlik, lənətə qalmış müharibə, müharibədə həlak olmuş istəyli oğlu Bilal, müharibənin ictimai həyata dağıdıcı təsirləri və digər "üzdənıraqlıqlar" onu fikrindən çəkindirdi. Onsuz da, qızılın varlığı haqqında məlumatı olanların heç biri artıq dünyada yox idi. Əlbəttə ki, ondan başqa.

Digər iki oğluna gəldikdə, kiçik oğlu evləndi və dostlarının təkidi ilə 4 aylıq hamilə xanımı ilə xaricə getdi və qısa bir müddətə hər ikisi üçün vətəndaşlıq əldə edə bildi. Bir çox cəhətlərinə görə atasında oxşasa da, qəlbində ata sevgisini "eqo" və "təkəbbür" komensasiya edirdi. Nitşenin lənətə qalmış fəlsəfəsini özünə həyat yolu seçmiş bu Zaratustr insan münasibətlərinə sırf formal bir şey kimi baxırdı.

Özünə həyat modeli olaraq "azğın kapitalist demokrat" simasını seçmişdi. Bununla belə, rüşvətə və "hörmətə" bu kodeksə sığmayan bir şey kimi baxırdı. Görünür xaricdə öz ayaqlarını yerə dərin basdırmışdı...gedəndən bəri ailəsinə yalnız bir-iki dəfə zəng vurdu ki, bunlardan birində sağ-salamat çatdığını xəbər vermişdi. Sonradan o, dəyişdiyi ünvan haqqında heç bir məlumat vermədi, əlaqə saxlamaq üçün telefon nömrəsi belə vermədi. Əvvəlki nömrəyə zəng vuranda da, bir İngilis xanımı dəstəyi qaldırırdı. Ata məcbur qalıb yalnız oğlunun ad və soyadını və inigiliscə bildiyi az sözlərdən birini - "Hello" deyirdi.
- Hello...Mmm...Əşi...Ağanatiq Mamedov...pliz.
- Beg your pardon...
- Pliz ...Ağanatiq
Bu bir neçə dəfə təkrarlanırdı. Xətdəki siqnalın zəifliyi bir yana, Cəmil dayının səsi o qədər kobud çıxırdı ki, ingilis dilli qadın heç dediklərinə varmadan, aqressiv tonda
- Look, i dont understand you. İf you have something to say, then learn to speak proper English, you old punk!
Cəmil kişinin üzü qızardı. Həyatında o nadir hallarda belə vəziyyətə düşərdi. Qadının sözləri başa düşülməsə də, sözünün ümumi xoşagəlməz məğzi aydın idi. Bu heç də alicənab kontekstdə deyildi. Cəmil dayı məcbur olub, tanışlarından birinin oğlu, Azərbaycan Universitetinin tərcüməçi ixtisası üzrə 2-ci kurs tələbəsi Anarı köməyə çağırmalı oldu. - Balamsan, bu ağzıgöyçey, məni boğaza yığıb...- Cəmil dayı gülümsəyərək sözünü düzəltməli oldu- sözün düzi mən onu boğaza yığmışam. Bir kəlma başa sala bilmirəm ki, oğlumu çağır telefona. Sabah səhər gəl...sabah bazar günüdü, yəqin ki, dərsün yoxdu.- səhər bizə gələrsən, bi dənə o arvada yenə zəng eliyey.
- Cəmil dayı, xanımın səsi cavan idi.- Anar dediyi bir kəlmənin nə qədər axmaq səsləndiyini və yersiz olduğunu hiss edib peşman oldu. Qızarıb...sabah saat 12-də gələrəm- deyə sağollaşıb aradan çıxdı.
Təyin olunduğu kimi sabahı gün, görüş yeri Cəmil dayıgil idi. Həmin nömrəni yığdılar. Cəmil dayı dəstəyi Anara verdi. Artıq ona nəyin soruşulacağın başa salmışdılar. Xəttin əks tərəfində 40-45 yaşlı qadın idi.
- Good day, mem. Excuse me for disturbing you but we need to speak to Aganatik Mamedov. His father phone several days before,...but unfortunately he has no language skills, so you must have misunderstood him/
[Salam xanım. Sizi narahat etdiyimə görə üzr istəyirəm, ancaq bizə Ağanatiq Məmmədov lazımdır.Onun atası bir neçə gün bundan əvvəl Sizə zəng vurub.Ancaq o, təəsüf ki, İngilis dilini bilmir. Və deyəsən Siz onu düzgün başa düşməmisiniz]
- Oh, yeap.Look i'm so sorry if I said something wrong. Thus I thought he was one of the phone-stalkers, you know...But when it comes to the name you mentioned, I don't know such. It hasn't been even a year that I moved here. I bought this house from company so, don't know the previous owners or renters.
- Just a minute. I must translate your words...- Cəmil dayı, xanım deyir ki, evi bir il yoxdur alıb.Özü də maklerdən alıb. Evin əvvəlki yiyəsini tanımır.
Cəmil dayı bir qədər fikrləşib gedib dedi: - Balamsan, gör həmin maklerin nömrəsi var onda.
- Excuse me, Ms, his father is asking if you happen to have company telephone number or e-mail, you know...[Bağışlayın xanım...onun atası soruşur ki, sizdə təsadüfən həmin şirkətin telefon nömrəsi və ya elektron poçt adresi yoxdur ki?]
- Look dead, I really wanna help this man, but unfortunately I teared and did away the broker's visit card. I don't like keeping bulk of junk in my house...my mistake. I'm so sorry...You say, he is the one who is supposed to be the ex-owner of this house? [ Bax əzizim, mən həqiqətən bu kişiyə kömək etmək istərdim. Ancaq, çox təəssüf mən həmin dəllalın vizit kartını cırıb tullamışam. Mən evdə lazımsız kağız-kuğuz yığını saxlamağı xoşlamıram, bu mənim mənfi cəhətimdir. Deyirsiz ki, o evin keçmiş sahibi sayılır]
- Yes mam. [Bəli xanım]
- You'd better leave your telephone number and the name of 'hero', just in case, if I happen to find out something. Now tell me the name and number and don't forget the external code, code of your country...[Yaxşısı siz telefon nömrəsini və həmin qəhramanın adını mənə deyin, bəlkə nəisə öyrənə bildim. Zəhmət olmasa onun adını və öz nömrənizi söyləyin və xarici kodu- ölkənizin kodunu unutmayın]
- Azerbaijan
- Oh, never heard of one. Never mind, you go on. [Bu ölkənin adını birinci dəfədir ki eşidirəm, siz fikr verməyin, davam edin]
- It's post-Soviet state. Whatever. His name is Aganatik...A G A N A T I K...last name Mamedov...damn...i don't know it's exact conversion, the number is plus 99412 -54-XX-XX [Bu post-sovet ölkəsidir. Nə isə... Onun adı Ağanatiqdir (hərf bə hərf söyləyir), soyadı isə Mamedovdur...ingiliscə yazılışını dəqiq bilmirəm...Telefon nömrəsi isə + 99412-54-XX-XX...Bizə vaxt ayırdığınız üçün minnətdaram]
- Oh, not at all. İ guess its good to lend your hand to one stumbled up. I'll contact you as soon as I happen to find something [dəyməz. Hesab edirəm ki, yıxılana əl uzatmaq yaxşı şeydir. Bir şey tapa bilsəm sizə xəbər verərəm.]
Birdən xəttin o biri tərəfindən dəhşətli bir uğultu gəldi, ardıycan xətdən Azərbaycan dilində gedən dialoq eşidildi. Anar dəhşətə gəlmişdi, bu səslər necə də Pikə xanımın səsinə bənzəyirdi. - "Oğlum, anannan belə danışma...Səni doğulannan Şah Abbasın nəvəsi kimi böyütmüşəm, nə lazım olub...hamsını..."- kişi səsi isə əlbəttə bu Orxanın səsi idi. Belə kobud və xışıltılı səs ancaq onda ola bilərdi - "Yenə başdama, ağzuvı bağla, kaftar...". Dava dalaş davam etməkdə idi, Cəmil dayı Anarın simasından başa düşürdü ki, nəsə baş verib.Anar is elə həmin an əlində çay otağa daxil olan Pikə xanımı görəndə ürəyi ağzına gəldi...-Bu nədir belə- deyə özünə səsləndi.-Yəqin başqalarıdır, səhvən xəttə düşüblər. Axı belə hallar olur...Ay axmaq, əlbəttə ki, belədir.- Lakin elə bil hadisələr onun düşüncəsi ilə oynayırdı. Elə bu fikrə yeni gəlmişdi ki, birdən uğultu səsi tam kəsildi, artıq dialoq da eşidilmirdi...Tam səsizlik olduğundan Anar yenidən dəstəyi qulağına dirədi. - Alo...fıs..fıs- deyə telefona üfürməyə başladı. Yeni səslər gəlməyə başladı. Anarı getdikcə vahimə bürüyürdü. Uzaqdan çox çətinlikə eşidilən ney səsi gəlirdi. Və kimsə tez-tez həyacanla "Mıt-mıt-mıt-mıt-mıt-mıt" deyə dayanmadan səs çıxarırdı. Bəlkə də bu heç deyim deyildi, adi səs idi. Cəmil dayı dözməyib:
- Balamsan, axı nolub orda. Qoca kişiyəm, ürəyimi üzmə.
Anar heç yaşlı dayının sözlərinə fikir verməyib, mat-mətəl durmuşdu. Qulaqları səsdə idi. Yenidən tam sükut yarandı. Artıq bu kişi səsiydi külək səsinin müşayiəti ilə nəsə pıçıldayırdı...Və birdən qışqıra-qışqıra...Xeyr hönkürə-hönkürə
- Beş yüz əlli beş. Beş yüz əlli beş... Və xəsəfəl qamər. - dedi. Bütün səslər kəsildi və qarşı tərəfdən dəstəyin yerinə qoyulduğu siqnalı eşidildi. " Dut-dut-dut"
Anar özünü nəyi var itirmişdi. Səsi xırıldayaraq.- Adboy verdilər, nömrəni təzdən yığım...Redialı basım təzdən yığsın. Xəttin digər ucundan, yenə qadın səsi eşidildi. Lakin bu artıq həmin qadın deyildi.
- The number you are calling is not identified. [Aradığınız nömrə müəyyən edilməyib- deyə avtomat-operator durmadan təkrar edirdi]
Anar həmən nömrəni təkrarən bir neçə dəfə yığsa da, eyni hal təkrarlanırdı. Kişinin dəhşətli sözləri isə hələdə durmadan onun beynində səslənməkdə idi. "Beş yüz əlli beş...qamər...qamər". Anar məsələnin mistik hissəsindən başqa qalan hər şeyi onlara danışdı. Telefon xəttinə digər nömrənin daxil olduğunu və hal-hazırda həmin nömrəyə zəng çatmadığını bildirdi. Cəmil dayı özü də yoxladıqdan sonra onsuz da ayaq yoluna qaçmağa çalışan uşaq kimi görünən Anarı Pikə xanımın "Abala...Bir çayı iç də!" deyə təkidlərinə baxmayaraq evə buraxdı.
555...555. Axı bu nə demək idi. Bəlkə mənim ölməyimə beş yüz əlli beş gün qalıb.-bircə bu fikr onun tüklərini ürpətdi- Hə...Filmlərdə belə şeylər olur.Ay Allah, mən nə danışıram nə film...beş yüz əlli beş gün. Axı bu heç 2 il də deyil. Anar evə girib işdən nahara gəlmiş atasına salam belə vermədən otağına getdi və yuxuya getməyə çalışdı. - "Sabah hər şeyi yenidən götür qoy edərəm" - deyə özünü gümrahlandırdı...Bir neçə dəqiqədən sonra yuxuya getdi... Anar hardan bilə bilərdi ki, onun üçün artıq "SABAH" olmayacaq.
Bir neçə vaxtdan sonra Cəmil dayı da dünyasını dəyişdi...Lakin sirli qızıl söhbətinin müqəddəratı hələ də həll olmadı

 

0 şərh