Islamda qadının rolu

BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM!!!
«Məryəm öz zəmanəsinin qadınlarının xanımı idi,amma qızım Fatimə bütün dövrlərdə yaşamış dünya qadınlarının xanımıdır!» (Xatəmul-ənbiya Həzrət Məhəmməd (s)).
Tarix boyu qadınlar məşəqqətli həyat yaşamışlar.Cismani cəhətdən güclü cinsin-kişilərin müqabilində zəif olduqlarından,tarix boyu zülmkarlar və zora arxalananlar qadınların insani şəxsiyyətini alçaltmış və bu yolda bir sıra cinayətlərə yol vermişlər. Xüsusəndə Ərəbistan mühitində və özü də cahiliyyət zamanında-baxmayaraq ki,o zaman bütün dünya cahillik girdabında çabalayırdı,-qadının şəxsiyyəti daha çox ayaqlar altına alınmış,əşya kimi alınıb satılmış,kişilərin miras mallarından onlar üçün heç bir hüquq tanınmamışdır.Qız uşağının dünyaya gəlməsi çox pis qarşılanmış və bildiyimiz kimi,hətta diri-diri torpağa basdırılmışdır. Təəccüblüsü odur ki,bu zəmində kainatın təbii qanunlarını belə göz ardı etmiş və deyirmişlər: «Qız uşaqları bizim övladlarımız deyildir,yalnız oğlan uşaqları övladlarımızdır.» Aşağıdakı şeir parçası həmin təfəkkür tərzi üzərində köklənmiş bir dövrün yadigarıdır:
Oğlanlarımız,oğlanlarımızın oğullarıdır,
Qızlarımızın oğullarısa yad kişilərin övladlarıdır!
İnsani və ilahi dəyərləri qorumaq üçün meydana addım atmış İslam dini bu cahilyanə təfəkkür tərzi ilə mübarizəyə başladı.Qadınların xeyrinə və onların müxtəlif məsələlərdə kişilərlə bərabərhüquqlu olduğunu nümayiş etdirən qanunlar çıxarmaqla,itirilmiş şəxsiyyətini yenidən nəsihət və mədəni-maarif qazandırdı.Bir hədisdə deyilir:Cəfər ibn Əbu Talibin həyat yoldaşı Əsma binti Umeys əri ilə birlikdə Həbəşdən qayıdırdı. Peyğəmbərin (s) xanımlarının görüşünə gedib onlardan soruşdu: «Quran ayələrinin içərisində qadınlar barəsində ayə varmı?»
Xanımlar bu barədə xəbərsiz olduqlarını bildirdilər.
Əsma,Peyğəmbərin (s) yanına gəlib dedi:
-Ey Allahın Elçisi, qadın cinsi zəlillik və ziyana məhkumdurmu?! (Bəlkə də Əsma xanım bu sualı verməkdə haqlı idi.Çünki uzun illər vəhy məkanından uzaqda qalmış və cahiliyyət cəmiyyətinə hakim olan qanunların qalıqlarının hələdə qaldığını güman edirdi.)
Rəsulallah (s) buyurdu:
-Niyə?!
-Ona görə ki,kişilərdəki kimi İslam və Quranda qadınların dəyəri barəsində heç nə yoxdur!
Hicrətin 5-ci ili İslam günəşinin şəfəq saçmasından 18 il ötməsinə və qadın şəxsiyyətini özünə qaytarmaq yolunda Quran və hədislərdə kifayət qədər nümunələrin olmasına baxmayaraq,keçmişdə nazil olanları bir daha təsdiq etmək üçün "Əhzab" surəsinin 35-ci ayəsi nazil oldu.Bu ayə qadınların kişilərlə bərabərhüquqlu və ən üstün mövqeyə sahib olduqlarını göstərən dəyərlərin carçısı idi.
On hissədə xülasələşdirilən dəyərlər aşağıdakılardır.
1.Həqiqətən müsəlman kişilər və müsəlman qadınlar;
2.İmanlı kişilər və imanlı qadınlar;
3.Allahın hökmünə itaət edən kişilər və Allahın hökmünə itaət edən qadınlar;
4.Doğru danışan kişilər və doğru danışan qadınlar;
5.Səbr edən kişilər və səbr edən qadınlar;
6.Təvazökar kişilər və təvazökar qadınlar;
7.Xeyriyyəçi kişilər və xeyriyyəçi qadınlar;
8.Oruc tutan kişilər və oruc tutan qadınlar;
9.İffətli kişilər və iffətli qadınlar;
10.Allahı çox yad edən kişilər və Allahı çox yad edən qadınlar.
Allah onlar üçün bağışlanma və böyük mükafat hazırlamışdır!
Bu tərtiblə İslam bu zəmində sonuncu sözünü bəyan etdi:kişilər və qadınlar Allaha yön alan yolda və insani dəyərlər istiqamətində çiyin-çiyinə addımlayır və bu yolda eyni şərtlərdən faydalanırlar.Bəziləri təəccüb edir ki, İslam, uşağına əmizdirdiyi südün müqabilində kişidən muzd almaq haqqını qadına necə vermişdir?!
"Əgər sizə görə (uşağa) süd verirlərsə, onun muzdunu ödəyin!"-(Quran ayəsi)
Hansı qadın sevimli körpəsinə əmizdirdiyi südün müqabilində-xüsüsən də, kişi ilə bir yerdə yaşadığı halda-muzd tələb edir?!
Unutmamalıyıq ki, İslamın bu göstərişləri qadının bir insan olduğunu və bütün insani haqlardan yararlana bildiyini xatırlatmaqla yanaşı, öz malında ixtiyar sahibi olduğunu və kişinin, onun razılığı olmadan qadının göz ardı edə bilməyəcəyini, hətta əmizdirdiyi süd müqabilində muzd almaq haqqına da sahib olduğunu nümayiş etdirir.Bu hökmün qadınların hüquqsuz olduğu bir cəmiyyətdə necə dərin təsirə malik olduğu şübhəsizdir.
İslamın dünya qadınlarının boynunda böyük haqqı vardır.Çünki onları tarix zülmkarlarının zülmündən xilas etdi.Bir şərtlə ki, İslamın bu zəmində olan qanunlarına, nöqtə-vergülünə qədər əməl olunsun.

 

18 şərh

seyidova
Amma indiki dövrde de qadınların üquqlarını tapdalayan,görmezden gelen kişiler var.Hemişe olub olacaqda.Amma Türkiyede qadınlara qarşı çox zorakılıq var hüquqlarını tapdalayır,onlara fiziki ve menevi zerbeler vurulur.Bizde de var amma mence çox deyil.Sadece bizim kişilerin bir fikri var qadın işlememelidir,qadın beynelxalq işlerde yer almamalıdır.ümumiyyetle onuda deyimki kişiler özünden ağıllı qadını sevmirler bu faktdı )))
seyidova
Qadını sadece bozbaş bişirib,uşağa baxan kimi gören kişileri qınıyıram 
Ferbara
Ətraflı izah verilmişdir. Əsas da sonuncu abzas. Təşəkkür edirəm.
JAVIER_ZANETTI
Salam olsun sizə ey Kayzenimzin ailəsi. İlk öncə Filoloq təşəkkür edirəm cooox böyük və dərin mənali yazin üçün. Yaziya və yazidaki kəlmələrə hətta nöqtə vergülünə qədər raziyam. Və bu gün 8mart olduğu üçün dimək isdiyirəmki, İslamda belə bir bayram yoxdur, həmçinin mənim aləmimdə də, belə bir bayrama yer yoxdu ama ola bilsinki Kayzen ailəmizdə elə xanim userlərimiz olsunki bugünki günü bayram kimi qebul etsinlər və həmin xanim userlərimizə: Bəzi şeylər sevilir,çünki onlar dəyərlidir, bəzi şeylər dəyərlidir çünki onlar sevilir. Əziz və hörmətli xanim userlərimiz sizlər hər ikisinə layiqsiniz. Dəyəriniz, dəyərlilərinizin yaninda, sevginiz, sevdiklərinizin yaninda (əsas da ONUN yaninda :-)) ) həyatiniz hər zaman sevgi ilə dolu olsun… Qadinlar gününüz mübarək olsun..! 
filoloq
salam  mən 8 martı öz dinimə görə bayram hesab etmirəm. sadəcə yazdım bunu. Həm nəyə görə tək 8 martda qadınlarımızı xatırlayırıq. onların qədrini bilirik.bu haqsızlıqdır. Qadın həmişə qadındır.
JAVIER_ZANETTI
Seyidova (icazenizlə həddimi aşmaq kimi saymayin rica edirəm) sizi düşündürən və narahat edən sualiniza cvb: 
Qadının evdən bayırda işləməsi, cəmiyyətlə ünsiyyəti İslamda necə dəyərləndirilir?


Cavab: Qurani-Kərim ayələri və rəvayətlərdən aydın olur ki, İslam yalnız müstəsna hallarda naməhrəm kişi və qadının ünsiyyətinə icazə verir. Adi halda naməhrəm qadınla kişinin ünsiyyəti, görüşü qəti şəkildə qadağan edilir. Çünki bu görüşlər cəmiyyət üçün ciddi problemlər yaradır, qeyri-qanuni əlaqələr və ailələrin dağılması ilə nəticələnir. Amma zəruri hallarda qadın evdən kənarda bəzi şərtlər ödənməklə işləyə bilər. Ən önəmli şərt budur ki, idarə və müəssisələrdə qadınlarla kişilərin çalışdığı fəza ayrı olsun və iki naməhrəm tənhalıqda qalmasın.

 
Mənbə: Seyid Məhəmməd Təbatəbai, «Cavablar”
Ferbara
Şərhi əlavə etməzdən əvvəl "öncəbaxış" düyməsindən istifadə edin.
JAVIER_ZANETTI
Ferbara xanim bağişlayin gələn dəfə öncəbaxaram sonra yazaram… Və ayrica TŞKLƏƏƏR..!
seyidova
Aha indi oxuya bildim.Yaxşı sitat getirmisiz Qurani-Kerimden.eger qadının exlaqı yerindedirse ve ancaq öz işi ile meşğul olursa burda işlememek üçün heç bir sebeb görmürem.En azından qadın müellime,hekim ola biler.Sizin sözünüzden bele başa düşdüm ki sizcede qadın ancaq evlenib,uşağa baxmaq,ev işleri ile meşğul olmaq,yemek bişirmek ve heyat yoldaşını memnun etmek üçün yaradılıb.Çox teessüflenirem bele düşünen kişilere göre.
JAVIER_ZANETTI
Bir daha hər kəsə Salam olsun. Seyidova necəsiz? )) Xeyir mən dimirəm qadin evdə oturmalidi, mən dimirəm qadin elm almali deyil, mən dimirəm qadin proqramlaşdirilmiş robotdur. İcazənizlə loru dildə qisa və qəti olaraq fikirlərimi yazim. Azərbaycan Respublikasında, bu cəmiyyətdə yaşayan kişilərin ən nifrət etdiyi mövzu diyim, problem diyim bilmirəm necə isdiyirsiz elədə qebul edin. Qadinın bu cəmiyyətdə, ələxsusda bu zamanda işləməsinə kişilər ona görə narazıdır ki artiq kişilərin çöldəki həmcinsllərinin qeyrətinə, namusuna (namus deyərkən kişinin namusundan söhbət gedir) şübhəsi var. Yəni Seyidova və digər xanim userlərimiz anlayacağiniz əvvələrdə belə olub indi isə daha qətiləşib bu mövzu ki, heç bir oğlan bacisinin işləməsini istəmir. Heç bir ər, arvadinin işləməsini istəmir. Heç bir kişi qızının işləməsini istəmir. Yaşamaq nəqədər  çətin olsada, ailəni dolandirmaq nəqədər qəliz olsada, kişilər istmir evində olan qadin işləsin. Ona görə yox ki, qadinina inami yoxdu, qadinina şübhəsi var, vəya əxlaqina, namusuna şübhəsi var. Xeyir qadina deyil əksinə kişilərin çöldə olan həmcinslərinə şübhələri var, onlarin qeyrətinə, namusuna, vicdanina, insanliğina, kişiliklərinə şübhəsi var. İndi çöldə hicabda olan möminə bacilarimiza söz atan dirnaqarasi oğlanlari gördükcə, qizi yaşinda olan dayilarin, əmilərin, babalarin qizlara süzdürə süzdürə baxmaqlarini gördükcə, şəhvət sütunlari üzərinə qurulmuş sevgi adi ilə gündə iki qizla taniş olan «oğlanlari» gördükcə, onlarla deyil, yüzlərlə deyil, minlərlə gəlinləri yoldan çixardan, azdiran oğraş müdirlərin sayi artdiqca və bizlərdə bunlari hər gün ətrafimizda gördükcə və təəssuflərlə offulduya offulduya inkar jesti olaraq başimizi yelləyərək əlimizdən heçnə gəlmirmişkimi (əslində əlimizdən son bir şey gəlirki elə oğraşlari öldürmək. ağzı kor bicaqla başlarini bədənlərindən üzmək gəlir əlimizdən, bax qadinlarin işləməsinin sonu belə bitməsi ilə nəticələnir, nəticələnib, təəssüflər artiq bir neçə ildən sonra nəticələnməyəcək) seyr etdikcə, ay Seyidova xanim söylə bilək, necə rahatliqla (no problem ürəyin nə vaxt istiyir işə başliya bilərsən) söylüyə bilərik?! Bax yuxaridaki şərhimdə yazilan problemlər olduğu müddətcə ən yaxşisi qadinlarin isti evində oturub yemək bişirməsi övladina tərbiyə verməsi yemək bişirməsinin sonu daha böyük xoşbəxtliklə nəticələnir deyəsən?!
seyidova
Onda bir söz deyim yoldaşını işlemeye qoyan kişiler pisdi?mümkünse bu sualıma cavab verin
JAVIER_ZANETTI
Estağfirullah. ))) bu nə sual, nə kəlmə idi belə?!  Xeyir pis deyil. Qadinin işləməsinə minlərlə həyat sinağlari saymaq olarki, sinaqlar bitməzki bitməz (bu başqa məsələdir) ama qadinin işləməsini Peyğəmbərimiz (s.a.v.v.) pisləmiyib sadəcə olaraq pis nəsə bilib ki o cür bölüşdürüb və bunada sübüt olaraq pis niyyətli kəslərin niyyətlərini əməllərini qisa olaraq yazdim oxuduz. Nə bilmək olar bəlkədə o hədis elə bu zamanə üçün  esasi olaraq buyrulub?!
seyidova
YAXŞI başa düşdüm :))) Bele dolğun ve etraflı melumatlara göre teşekkürler :)))
JAVIER_ZANETTI
Estağfirullah sizədə təşəkürlər… )
JAVIER_ZANETTI
Və bu şerhinizə "ümumiyyetle onuda deyimki kişiler özünden ağıllı qadını sevmirler bu faktdı )))...." cvb isə: 
Bəli kişilər özündən çox bilmiş qadini sevmir və elə buna da (sevilməməklərinə) səbəb həmin o qadinlar özüləri olmasin.
Aslanin erkeyi, dişisi olmaz bəli ama bir qadinki kişisindən hər hansi bir mövzuda vəya hansisa istedatda 0.000000001 qədər belə üstün olsa vay o kişinin halina bax o zaman, o kişi həmin an çevrilib olur dişi aslan ))))… Bu gün qadinlardan çox danişdim qaliba?! Qadin mövzusunu bağlasam yaxşidir bugünlük. Və düşünürəmki, sonda nöqtəni bir statla bitirsəm lap yerinə düşər. "
Qadin ömürdən şirin və ölümdən acıdır" Peyğəmbər Həzrəti Süleyman əleyhissalam.
 
seyidova
JAVIER_ZANETTI evvela verdiyiniz açıqlamaya göre teşekkür.Sonrası da ki,onu demeliyem ki, ilk yazdığınızı oxuya bilmedim qara olduqna göre.Diger yazınıza qalandaysa gerek taylı tayın tapsın.Amma kişinin qadından ağıllı olmasının xeyiri var ki zereri yoxdu.Siz demiş vay o günden ki qadın daha ağıllı olsun...Onuda qeyd edim ki qadınlarda kişiler kimi insandı qadınlar dünyaya yemek bişirib,ev yığışdırsınlar deye gelmeyib o heç ki bu qadına aiddi men demirem elememelidir.Sadece cemiyyet içine çıxmaq,meslehet görülen yerlerde işlemek qadının haqqıdı.Biz boş-boşuna universiteti oxumamalıyıq.Hem gelecekde övladımıza yaxşı terbiye,tehsil vermekçün,hem cemiyyet içinde sözümüzü demekçün,ve yeri gelende işlemekçün oxuyuruq.
JAVIER_ZANETTI
Seyidova xanim Peyğəmbərimiz Hz. Muhəmməd (s.a.v.v.) işləri belə bölüşdürüb. Qadinlar ev işlərini, kişilər çöl işlərini yerinə yetirsinlər. İndiki bu bölgünü Peyğəmbərimiz (s.a.v.v) edib, o zaman nə kişiyə, nədə qadina həmin bölgünün qarşisina bir kəlmə belə qoymasina bir lüzum yoxdur məncə?! Gerisinə qarişmiram boyumu aşar… Sizədə ayrica üzdən deyil, dərindən hörmətlər, təşəkkürlər… )
seyidova
Düzdü peyğemberimiz ele deyenden sonra bis söz dmek olmur.Sizede teşekkürler.