Nəcasatın hökmləri

Məsələ 136: Quranın xəttini və vərəqini nəcis etmək sözsüz haramdır. Əgər nəcis olsa, gərək dərhal suya çəkilsin. Hətta vacib ehtiyata əsasən hörmətsizlik olmasa da nəcis etmək haram və suya çəkmək vacibdir.
Məsələ 137: Əgər Quranın cildi nəcis olsa və bu Qurana hörmətsizlik hesab edilsə, onu suya çəkmək lazımdır.
Məsələ 138: Quranı qan və murdar kimi eyni nəcisin üstünə qoymaq (eyni nəcis quru olsa da) ona hörmətsizlik olduğu halda, haramdır.
Məsələ 139: Nəcis mürəkkəblə Quran yazmaq, hətta bir hərf olsa belə, onu nəcis etmək kimi bir şeydir. Əgər yazılmışdırsa, ya suya çəkməklə, ya da buna bənzər bir yolla həmin yazı aradan qaldırılmalıdır.
Məsələ 140: Quranı kafirə vermək (Qurana hörmətsizlik sayıldığı təqdirdə) haram və ondan almaq vacibdir.
Məsələ 141: Əgər Quranın vərəqi, ya Allahın, Peyğəmbərin (s.ə.v) və imamların adı üstünə yazılan kağız kimi, hörməti lazım olan şey tualetə düşsə, onu çıxartmaq və suya çəkmək vacibdir (hərçənd xərci də olsa). Əgər onu çıxartmaq mümkün deyilsə, o tualetə vərəqin çürüməsini yəqin etməyənə kimi getmək olmaz. Həmçinin tualetə türbət düşsə və çıxardılması mümkün olmasa, çürüməsi yəqin edilməyənə kimi oraya getmək olmaz.
Məsələ 142: Nəcis bir şeyin yeyilib-içilməsi və başqasına da yedirdilib-içirdilməsi haramdır. Amma uşaq və dəliyə yedirdilməsi zahirən caizdir. Yenə əgər uşağın və dəlilin özü, nəcis olmuş bir yeməyi yeyərsə və ya əli ilə yeməyi nəcis etdikdən sonra yeyərsə, onun qarşısını almaq lazım deyil.
Məsələ 143: Paklanması mümkün olan nəcis bir şeyi satmağın və ya başqasına icarəyə vermənin eybi yoxdur. Amma aşağıdakı iki şərtlə qarşı tərəfə o şeyin nəcis olduğunu söyləməlidir:
1.  Tərəfin, əməl edilməsi gərək olan bir hökmə əməl etməmək imkanı varsa, məsələn, onu yeməkdə və içməkdə işlədəcəyi bilinərsə, ona bildirilməlidir. Amma əgər belə olmazsa lazım deyil. Məsələn, tərəf onunla namaz qılmaq istəsə belə, ona libasının nəcis olduğunu bildirməsi lazım deyil. Çünki, libasın pak olması əsil şərt deyildir.
2. Tərəfin, onun sözünə etina edəcəyinə ehtimal verməlidir. Amma əgər tərəfin onun sözünə etina etməyəcəyini bilirsə, söyləməsi lazım deyil.
Məsələ 144: İnsan, birisinin nəcis bir şeyi yediyini və ya nəcis libasla namaz qıldığını görürsə, ona söyləməsi lazım deyil.
Məsələ 145: Əgər evinin və ya xalçasının bir yeri nəcis olan bir kimsə, onun evinə girən şəxslərin bədən, libas və ya başqa bir şeylərinin rütubətli olaraq o nəcis yerə dəydiyini görürsə, onun özü buna səbəb olmuşsa, əvvəlinci məsələdə açıqlanan iki şərtlə məsələni onlara söyləməlidir.
Məsələ 146: Əgər ev sahibi, yemək yemə zamanında yeməyin nəcis olduğunu anlayarsa, 143-cü məsələdə ikinci şərtlə vəziyyəti qonaqlara söyləməlidir. Amma qonaqlardan biri başa düşsə, digərlərinə söyləməsi lazım deyil. Lakin onlarla bağlı, onlara söyləmədiyi halda özünün də nəcis olaraq lazım hökmə müxalifət etməyə mübtəla olacağı halda, söyləməsi vacibdir.
Məsələ 147: Əgər insanın kirayə etdiyi bir şey nəcis olarsa, 143-cü məsələdə keçən iki şərtlə, onun sahibinə söyləməlidir.
Məsələ 148: Əgər uşaq, bir şeyin nəcis olduğunu və ya nəcis bir şeyi yuduğunu söyləyərsə, sözü qəbul edilməməlidir. Amma həddi-buluq çağına az qalmış olan bir uşaq bir şeyi yuduğunu söyləyərsə, əgər o şey onun istifadə etdiyi bir şey olursa və ya onun sözündən insana xatircəmlik gəlirsə, sözü qəbul edilməlidir. Həmçinin bir şeyin nəcis olduğunu söyləyərsə də qəbul edilməlidir.

Oxşar məqalələr

 

0 şərh