Qabların hökmləri

Məsələ 233: İt, donuz və ya murdar heyvanın dərisindən hazırlanan bir qabda bir şey yemək və içmək, hər hansı bir rütubət, o şeyin nəcis olmasına yol açdığı təqdirdə haramdır. O qabın dəstəmaz və qüsl kimi, pak şeylə edilməsi lazım olan işlərdə də istifadə edilməsi lazım deyil. İt, donuz və murdar heyvanın dərisini, qab olmasa da, istifadə etməmək ehtiyat müstəhəbbdir.
Məsələ 234: Qızıl və gümüşdən hazırlanan qablarda yemək və içmək və hətta vacib ehtiyata görə, onların hər cür istifadə edilmələri haramdır. Amma onlarla otağı və bənzər şeyləri bəzəmək və onları saxlamağın eybi yoxdur, lakin bunu da tərk etmək ehtiyatdır. Qızıl və gümüş qabların düzəltməyin və yaxud zinət və ya saxlamaq üçün onları alıb-satmağında hökmü eynidir.
Məsələ 235: Qızıl və gümüşdən düzəldilən stəkan tutacağına qab deyilirsə, qızıl və gümüş stəkan hökmündədir.
Əgər ona qab deyilmirsə, istifadə olunmasının bir maneəsi yoxdur.
Məsələ 236: Üzərinə qızıl və gümüş suyu çəkilmiş qabın istifadə edilməsinin eybi yoxdur.
Məsələ 237: Bir filizi qızıl və ya gümüşlə qarışdırıb qab hazırlayarlarsa, qabdakı filizin miqdarı, ona qızıl və ya gümüş deyilməyəcək qədər artıq olursa, istifadə olunmasının maneəsi yoxdur.
Məsələ 238: İnsanın, qızıl və ya gümüş qabda olan yeməyi ayrı bir qaba boşaltmasının, normal olaraq ikinci qab birinci qabdan yemək yeməyə vasitə olmazsa, eybi yoxdur.
Məsələ 239: Qızıl və ya gümüşdən hazırlanmış qəlyanın üfürən yerinin, qılıncın qınının, bıçaq və Quran qabının istifadə olunmasının bir eybi yoxdur, amma qızıl və ya gümüşdən hazırlanmış tiryək qabının, sürmə qabının və ətir qabının işlədilməməsi ehtiyat müstəhəbbdir.
Məsələ 240: Məcburiyyət halında qızıl və ya gümüş qabda zərurəti aparacaq miqdarda, yeyib-içmənin bir eybi yoxdur. Amma bu miqdardan artıq yeyib-içmək caiz deyildir.
Məsələ 241: Qızıl, gümüş və ya digər bir şeydən hazırlandığı bilinməyən bir qabı istifadə etmənin eybi yoxdur.

 

0 şərh