Müstəhəbb qüsllər

Məsələ 651: Müqəddəs İslam şəriətində müstəhəbb olan qüsllər çoxdur. Aşağıdakıları misal göstərmək olar:
1. Cümə qüslü: onun vaxtı sübh azanından sonra ta günəşin qürubuna qədərdir. Ən yaxşı odur ki, zöhrə yaxın əmələ gətirilsin (əgər zöhrə qədər əmələ gətirilməsə, ən yaxşı odur ki, qüruba qədər əda və qəza niyyətsiz əmələ gətirsin). Əgər cümə günü qüsl etməsə müstəhəbbdir ki, şənbə günü sübhdən qüruba qədər onun qəzasını əmələ gətirsin. Cümə günü su tapa bilməyəcəyini yəqin edən şəxs, qüslünü cümə axşamı günü rəca qəsdi ilə yerinə yetirə bilər. Cümə qüslündə bu duanı oxumaq müstəhəbbdir:"Əşhədu ənla dahə illəllah vəhdəhu lə şərikə-ləh və ənnə Muhəmmədən əbduhu və rasuluhu əllahumməsəlli əla Muhəmmədin və ali Muhəmməd vəcəlni minət-təvvabin vəcəlni minəl-mutəhhərin".
2-7. Ramazan ayının 1-ci, 17-ci, 19-cu, 21-ci, 23-cü və 24-cü gecələrinin qüslü.
8-9. Fitr və Qurban bayramı gününün qüslü. Onun vaxtı sübh azanından qüruba kimidir. Ən yaxşı odur ki, bayram namazından əvvəl əmələ gətirilsin.
10 — 11. Zilhiccənin 8-ci, 9-cu günləri. Daha yaxşı odur ki, 9-cu günün qüslünü zöhr vaxtı əmələ gətirsin.
12. Bədəninin bir yerini qüsl verilmiş meyitin bədəninə yetişdirən şəxsin qüslü.
13. Ehram qüslü
14. Hərəmi-Məkkəyə daxil olmaq qüslü
15. Məkkəyə daxil olmaq qüslü
16. Kəbə evinin ziyarəti qüslü
17. Kəbəyə daxil olmaq qüslü
18. Nəhr və zibh üçün qüsl (Nəhr — dəvənin, zibh — qoyunun başının kəsilməsidir ki, Məkkədə, Həcc ziyarətində əmələ gətirilməsi üçün edilən qüsl).
19. Həlq üçün edilən qüsl. (Həlq — Həcc ziyarətində baş qırxdırmaq və ya tükün azaldılmasıdır ki, bundan qabaq qüsl olunar).
20. Mədineyi-Münəvvərin hərəminə daxil olmaq qüslü.
21. Mədineyi-Münəvvərəyə daxil olmaq qüslü
22. Peyğəmbər (s.ə.v.)-in məscidinə daxil olmaq qüslü
23. Peyğəmbər (s.ə.v.)-in pak qəbrinin vida qüslü
24. Düşmənlə mübahilə üçün edilən qüsl
25. Dünyaya təzə gələn uşağa verilən qüsl
26. İstixarə üçün edilən qüsl
27. İstisqa üçün edilən qüsl.
Məsələ 652: Fəqihlər müstəhəbb qüsl kimi bir sıra qüsllər bəyan ediblər ki, onlardan bəziləri bunlardır:
1.  Ramazan ayının tamam tək gecələri və axırıncı on günlüyün tamam gecələrinin qüslü və başqa qüsl onun axır 23-cü gecəsi.
2. Zilhiccənin 24-cü gününün qüslü.
3. Novruz bayramının, şəbanın 15-ci və rəbiəl-əvvəlin 9-cu və 17-ci gecələri zil-qədənin 25-ci gününün qüslü.
4. Ərindən özgəsi üçün xoş ətir vuran qadının qüslü.
5. Məst halda yatan şəxsin qüslü.
6. Dara asılanın tamaşasına gedib onu görən şəxsin qüslü. Amma əgər təsadüfən və ya çarəsizlikdən gözü sataşsa yaxud məsələn, şəhadət vermək üçün getsə, qüsl etmək müstəhəbb deyildir.
7. Yaxından ya uzaqdan, məsumların ziyarəti üçün edilən qüsl. Amma əhvət odur ki, bu qüslləri qəsdi rəca ilə əmələ gətirsinlər.
Məsələ 653: Əgər insan 651-ci məsələdə zikr edilən müstəhəbb qüslləri edərsə, namaz kimi dəstəmazı gərək olan işləri görə bilər. Amma rəca qəsdilə edilən qüsllər dəstəmaz əvəzində kifayət etməz
Məsələ 654: Əgər bir neçə qüsl bir şəxsə müstəhəbb olsa, hamısının niyyətinə bir qüsl etsə kifayətdir.

Oxşar məqalələr

 

0 şərh