Рейтинг
+6.45

Fizika

11 üzv, 55 topik

Təbiət

Təbiət hər zaman insanın qarşısında bir tam kimi dayanmışdır. Lakin bu bütövün nədən ibarət olması, strukturu və onun səviyyələri haqqında təsəvvürlər eksperimental təbiətşünaslığa məxsusdur. Təbiətin struktur səviyyələri sadədən mürəkkəbə doğru istiqamətdə təsnif edilir. Təbiətin özünün struktur səviyyələrinin təsnifatı təbiətşünaslığın, yəni təbiət elmlərinin təsnifatının əsasını təşkil edir. Təbiət elmlərinin təsnifatı məsələsi hər zaman elmin diqqət mərkəzində duran məsələlərdən olmuşdur. Hələ 19-cu əsrin I yarısında Fransız alimi və fiziki A.Amper ilk təsnifatlardan birini təklif etmiş və bu təsnifatda 200-dən artıq təbiət elmi göstərilmişdir. Müasir dövrdə təbii-elmi biliklərin təsnifatı konkret kriteriyaya əsaslanır.
Təbiətin fundamental qanun və qanunauyğunluqlarını öyrənən elm – Fizika adlanır.


Ardı →

Nyuton qanunları

İngilis alimi İ.Nyuton 3 qanunu vahid bir sistem təşkil edir. I qanunun mahiyyəti: hər bir maddi nöqtə (cism) ona kənardan başqa bir maddi nöqtə təsir edənədək sükunətdədirsə, sükunət halını, düzxəttli və bərabərsürətli hərəkətdədirsə, bu hərəkət halını saxlayır. Cismin öz halını saxlamağa can atması meylliliyi onun ətalət xassəsi adlanır. Əgər cismə heç bir qüvvə təsir etmirsə, ya sükut vəziyyətində qalır, ya da öz sürətini saxlayır.

Nyutonun II qanununu kəmiyyətcə formula etmək üçün A–təcil, m–kütlə və F–güc anlayışlarından istifadə edilir. Təcil – cismin hərəkət sürətinin dəyişməsi tezliyini xarakterizə edir. Kütlə — maddi obyektlərin əsas özəlliklərindən biri olub, ətalət halını göstərir. Güc – vektorial kəmiyyətdir, cismə kənardan başqa cismlərin, yaxud sahələrin mexaniki təsir ölçüsüdür. Cismdə hərəkət effekti yaradan amildir. Bu təsir sayəsində cism hərəkətə gəlir, yaxud öz forması və ölçülərini dəyişir. Bu qanuna əsasən ətalətli sistemdə maddi nöqtənin aldığı təcil verilən qüvvə ilə düz, onun kütləsi ilə isə tərs mütənasibdir.


Ardı →

Fizika elmi

“Fizika” sözü antik yunan dilindən götürülüb, “təbiət” deməkdir. Təsadüfi deyil ki, Aristotel özünün bütün naturfəlsəfi baxışlarının toplandığı əsəri “Fizika” adlandırmışdır. Bu əsərində Aristotel yazır ki, təbiət haqqında elm (fizika), əsasən, cismləri və onların kəmiyyətlərini, xassələrini və hərəkətlərinin növlərini, bundan başqa, belə varlıqların başlanğıclarını öyrənir. A.Enşteynə görə fizikanın başlıca vəzifəsi dünyanın məntiqi fikrini, panaramasını hasil etmək üçün ən ümumi və elementar qanunları kəşf etməkdən ibarətdir.
Təbiətdən ən sadə və ən ümumi olanı öyrənmək çətin, çətin olduğu qədər də şərəfli işdir. “Ən sadə” sözü altında adətən ilkin obyektlər: molekullar, atomlar, elementar hissəciklər və s., “ən ümumi” dedikdə isə hərəkət, məkan və zaman, enerji, kütlə, güc və s. nəzərdə tutulur. Fizika elmi təbiətin müxtəlif cism və hadisələrini öyrənərkən mürəkkəb olanı sadəyə, konkret olanı ən ümumiyə bərabər edir. Beləliklə də, həqiqiliyi təkcə Yer şəraitində və Yerətrafı aləmdə deyil, həmçinin bütün kainatda təsdiq olunan universal qanunlar müəyyənləşdirir. Fizikanın fundamental elm kimi mühüm özəlliklərindən biri də budur.


Ardı →

Termodinamikanın qanunları

Termodinamika – istilik hadisələri haqqında elmdir. Bu hadisələrdə cismin molekulyar quruluşu nəzərə alınır və onlar termometr, monometr və başqa cihazlarla qeydə alınır. Bu cihazlar ayrı-ayrı molekulların təsirini qeydə almır. Termodinamikanın qazları cismlərin istilik xassələrini, son dərəcə böyük sayda molekullar təsir edir. Belə cismlər makrosistemlər adlanır. (Məs., balonda qaz, stəkanda su, polad ərintisi və s.)
Makrosistemlərin istilik xassələri termodinamik parametrlərlə (hal göstəriciləri – istiliklə, təzyiqlə, xüsusi çəki ilə) müəyyən edilir. Bu parametrlər bəzən sistemin funksiyası adlanır. İstilik – makroskopik sistemin termodinamik tarazlıq halını xarakterizə edən fiziki kəmiyyətdir.


Ardı →

Alternativ enerji мənbələri

Alternativ enerji ənənəvi enerji növlərini əvəz edə bilən enerji mənbələridir. Müəyyən qurğuların yardımı ilə sudan, küləkdən, günəşdən, bioloji tullantılardan, hətta dənizin dalğalarından alınan, heç bir tullantısı olmayan enerjiyə alternativ, yaxud bərpa oluna bilən enerji deyirlər.

Alternativ və bərpa olunan enerji nə deməkdir?

Ötən əsrdən başlayaraq enerjiyə qənaət, israfçılığın qarşısının alınması dedikdə əsasən alternativ enerji başa düşülür. Buna həm də yeni texnologiyalar imkan verir. Məsələn, əvvəllər evi ancaq 100 vatlıq lampa ilə işıqlandırmaq olurdusa, indi daha az enerji aparan, amma daha çox işıq verən lampalar var. Bu gün bazarda 100-lük lampa qədər işıq verən 20 vatlıq lampalar tapmaq mümkündür. Hazırda Almaniyada cəmi 1 vat elekrtik enerjisi sərf edən, amma 60-lıq lampa qədər işıq verən yeni lampa üzərində işləyirlər.
İri avtomobil istehsalçıları — “Mersedes”, “BMW” şirkətləri də bəyan ediblər ki, onlar yeni benzin sərfini bir az da azaldacaqlar. Şirkətlər bu yeniliyi 2015-ci ilədək həyata keçirmək istəyir. 6 min kubsantimertlik mühərrik 1990-cı illərin ortalarına qədər 100 kilometr məsafəni qət etmək üçün 30 litr benzin “içirdi”. Hazırda eyni gücdə olan mühərrik 100 kilometrə 18 litr benzin aparır. Yenilik ondan ibarət olacaq ki, 2015-ci ilə qədər bu rəqəm 10 litrdən də aşağı həddə salınacaq.


Davamı →