Dünyanın ən böyük gəmisi


Dünyanın ən böyük konteyner daşıyan gəmisi «CMA CGM Marco Polo» Britaniya sahillərinə yan alıb.
 The Guardian nəhəng gəmi indi Sauthempton limanında olduğunu bildirir.Ölçüləri 5 «Airbus 380» təyyarəsi və ya 4 futbol meydançası olan gəmi birdəfəyə 16 mindən artıq konteyner daşıya bilir.
Bu gəmi «Queen Mary 2» kruiz gəmisindən 51 dəfə böyükdür. 
Cənub-Şərqi Asiya ölkələrindən yük gətirmiş gəmi boşalandan sonra Almaniyadakı Hamburq limanına yollanacaq.

Cənubi Koreyadakı «Daewoo Shipbuilding Marine Engineering» korporasiyasının tərsanələrində inşa edilmiş gəmi nəhəng olsa da, yanacağı qənaətlə işlədir.

Mənbə:Milli.Az
 

0 şərh