Dünyanın ən bahalı avtoqrafları

1. Dünyanın ən bahalı avtoqrafı məşhur dramaturq Vilyam Şekspirə məxsusdur. Onun cəmi 5 original imzası vardır. Qiyməti 5.000.000 dollar
 

2. İkinci yer ABŞ-ın on altıncı prezidenti Avraam Linkolna aiddir. Onun ən məşhur avtoqrafı qulların azadlığına dair Bəyannamədə imzalanmışdır. 1991-ci ildə həmin avtoqraf auksionda 748.000 dollara satılmışdır.

3. Con Lenon — «The Beatles» qrupunun yaradıcısı və müğənni. Con lenon XX əsrin ən uğurlu və məşhur bəstəkarlarından biri idi. Onun onlarla məhur hitləri, milyonlarla pərəstişkarı vardır. Con həmişə öz vallarının üzərini imzalayırdı. Onlardan biri 2003-cü ildə 525.000 dollara satılmışdı. 


4. Cimmi Peyc — əfsanəvi rok qrup olan «Led Zeppelin»-də gitaraçı və prodüser. İmzasını gitara üzərinə atırdı. İmzaladığı qitara auksionda 49.000 dollara satılmışdır. 


5. Enşteynin məşhur fotosu üzərində imzası 2003-cü ildə 74.324 dollara satılmışdır. 


6. Ölümündən bir neçə saat əvvəl Con Kennedi «Texas» Hotelində çalışan adi qulluqçu Cen Uayta avtoqraf verir. Və bu avtoqraf nadir şeyə çevrilir. Bir neçə ildən sonra məşhur kolleksioner Cozef Maddalena avtoqrafı 37.837 dollara alır. 


7. Erkən və faciəvi ölümü ilə bütün fanatlarını məyus edən məşhur aktyor Ceyms Dinanın 1953-cü ildə imzaladığı avtoqraf 36.000 dollara satılmışdır. 


8. Şahzadə Diana hər «Sevgililər Günü»ndə açıqcalar imzalayırdı.  Belə açıqcalardan biri 12.400 dollara satılıb. 

Mənbə: azens.az
 

4 şərh

volter

maraqlı idi təşəkkür...

pascal
İmzanın da atraksiyonu keçirilərmiş... 
Apollon
Bundan da mənasız auksionlar olub. 
Xüsusi marağı olan insanlar üçün maraqlıdı bu tip hərraclar.
JAVIER_ZANETTI
Bugündən etibarən əlimi hər nəyə uzatsam onun üzərinə imzamı atım ki bəlkə gələcəkdə 1.000.000.000.000.000 qiymətə satıb bəhrəsini görən olar ))))