Dünyanın ən hündür «Yolka»ları

Yeni illə əlaqədar dünyanın əksər ölkələrində «Yeni il» atributu olan «Yoka» ağacları qurulur. Ən hündür küknar ağacı San-Pauloda, 58 metr hündürlüyündə qurulur.

1. Nyu-York
Hər il “Rokfeller”göydələninin yanında ABŞ-ın əsas küknar ağacı qurulur. İlk dəfə 1931-ci ildə küknar ağacı qurulub: binanı tikən fəhlələr böyük “yolka” qoyub onu girlyandalarla bəzəyib. Məkan əvvəlki kimidir, amma, küknar ağacı nəzərə çarpacaq qədər dəyişib, gözəlləşib. İndi o 23 metr hündürlüyündədir. Onun zirvəsində “Svarovski” ustaları tərəfindən 2009-cu ildə düzəldilmiş büllur dayanıb. Bundan başqa ağacı ənənəvi olaraq mələklər bəzəyir. “Yolka” yanvarın 7-ə kimi dayanacaq, daha sonra gələn il üçün yığışdırılacaq.


2. Brüssel
Brüsseldə keçən bayramda qalmaqal yaşanmışdı: Brüssel hakim orqanları yerli müsəlmanların xətrinə dəyməmək üçün xristian bayramının simvolu olan “yolka” əvəzinə, rəngbərəng düzbucaqlı plitələrdən ibarət “qış ağacı” qurublar.


3. Varşava
Varşavada küknar ağacı dekabr ayının ilk günllərindən bəzədilir.


4. Sidney
Sidneydə ən hündür küknar ağacı “Martin” meydanında noyabrın sonlarında qurulur, onun hündürlüyü 21 metr olur.


5. Paris
Parisdə küknar ağacı “Galeries Lafayette “ univermağının içində qurulur. Onunda hündürlüyü 21 metr olur. 


6. Xasselt
Keçən il şəhərin əsas meydanında 5000 köhnə boşqab və fincanlardan 9 metrlik küknar ağacı qurulmuşdu.
 

7. Malayziya, Cohor-Baru
Bu şəhərdə keçən il leqolardan metr hündürlüyündə küknar ağacı qurublar.
 

8. Venesiya
Venesiyada 7 il əvvəl şüşələrdən 7.5 m hündürlüyündə küknar düzəldilir. Onun ağırlığı 3 tondur və 1000 süşə borudan yığğılıb. Buna görə də Ginnesin Rekordlar kitabına düşüb.


9. Beyrut
Beyrutda əsas “Yolka”nın qurulandan sonra şəxsən baş nazir gəlib onun işıqlarını yandırır.
 

10. San-Paulo
San-Pauloda, İbirapuera parkında 58 metr hündürlüyündə küknar ağacı bəzədilir. Bu ağac 20 mərtəbəli binaya bərabər olur.

 

0 şərh