Fotoqraf balerina

Kayli Sparr gözəllik haqqında gördüklərini baletdən fotoqrafiyaya ötürdü. “Həyatımın bir neçə ilini professional balerina olmağa həsr etdim. Təhsilimi bitirdikdə isə bunun əslində mənim yolum olmadığını anladım. Və daxilimdə yaşayan yaradıcılığımı gerçəkləşdirməyin başqa yollarını axtarmağa başladım.

İllər öncə fotoqrafiyanı kəşf etdim. Elə o vaxtdan sürrealist və simvolik şəkillər yaradaraq, fotoqrafiyanı həyatımım mühüm bir parçasına çevirmişəm. Şəkillərin süjeti mənim düşüncəm, müşahidələrim və şəxsi təcrübələrimdən doğur. Mən gözə görünməyənləri görməyə, hələ deyilməmiş sözləri eşitməyə, insanlar və ətraf mühit münasibətini müşahidə etməyə çalışıram". Kayli Sparrın işlərindən biri rəsm müsabiqəsində “Eksperimental foto” kateqoriyasında xüsusi mükafata laiq görülmüşdür.
 

0 şərh