13 məhkumun son arzusu

Görəsən, ölümqabağı kimin arzusu nə olar? Adamdan soruşsalar ki, nə yemək hazırladaq sənə kim nə cavab verər? Ağır məsələdir. Və təbii ki, çox adama o sualı da, cavabı da vermək çətin olar.

Amma elə peşə sahibləri var ki, bu sualı verirlər. Hətta aldıqları cavablara əməl eləmək də onların peşə borcudur. ABŞ həbsxanalarında ölümə məhkum olunanlara verilir bu sual. Bu günlərdə amerikalı fotoqraf Henri Harqvis “No seconds” — “Saniyən də yoxdur ” adlı fotoreportaj hazırlayıb bu haqda.

O, 13 ölüm cəzası alan məhbusun son yemək menyusuna nələrin daxil edildiyini fotolarla göstərib. Şəkilaltı məlumatlarda isə məhbusların adları və törətdikləri cinayətlər haqda məlumat yer alıb.


Verciniyalı 41 yaşlı Tereza Levis adam öldürmə və soyğunçuluqda ittiham edilərək, ölümə məhkum olunub. Ondan son yemək menyusuna nə daxil edilməsi haqda soruşularkən, kərə yağında qızardılmış toyuq, almalı tort istəyib.


Florida ştatından olan 55 yaşlı Angel Neves Diaz adam qaçırma və bir neçə qətldə ittiham olunub. Haqqında ölüm hökmü çıxarılıb. Mühafizəçilər son istədiyi yemək haqda soruşanda xüsusi bir şey istəməyib, üstəlik ümumi məhbuslar üçün nəzərdə tutulan yeməkdən də imtina edib.


İllinoisli 52 yaşlı Con Vayne Gac təcavüz və 33 nəfəri qətlə yetirməkdə ittiham olunub. O, KFC-dən qızardılmış xərçəng, qızardılmış kartof və desert olaraq çiyələk istəyib. İstəyinin məhz KFC-dən olmasının səbəbi orda evlərə sifariş aparan işçi kimi çalışması olub.


168 insan ölümündə günahlandırılan İndiana ştatının sakini 33 yaşlı Timotiy Makvekin son yemək menyusu belə olub: Nanəli və şokoladlı dondurma.


İki nəfəri qətlə yetirən arkanzaslı Riki Ray Rektor mühafizəçilərdən ət, qızardılmış toyuq, vişnəli, qazlı su, qozlu tort istəyib. Amma şirniyyatı yeməkdən imtina edib. Yeməməsinin səbəbini soruşan mühafizəçiyə “sonra yeyəcəm” cavabını verib.


Həbsxanadan qaçmaq, oğurluq, silahlı basqın və yeddi nəfərin ölümündə günahlandırılan 49 yaşlı Stefan Anderson iki pendirli tost, qarğıdalı ununda qovurulmuş qarğıdalı dənələri, şaftalı tortu, şokoladlı dondurma və turp istəyib.


Floridalı Ted Bundinin ölümə məhkum olunarkən 43 yaşı olub. O xüsusi bir şey istəməyib. Məhbuslara verilən sadə yeməyi yeyib: Az bişmiş ət, yumurta, qızardılmış çörək, süd, meyvə suyu və mürəbbə.


Ronni le Qardner oğurluq və iki qətldə ittiham olunub. Son yemək istədiyi, quyruq qızartması, ət, bir dilim tort, vanilli dondurma olub. Bir də o yemək zamanı “Üzüklərin əfəndisi” trilogiyasını izləməyi arzulayıb.


“Bu, son yeməyiniz olacaq, nə istəyirsiniz?” sualına 28 yaşlı Viktor Feguer belə cavab verib: Bir zeytun udmaq istəyirəm. “Niyə?” sualını belə cavablandırıb: Mən öləcəm, amma o udduğum zeytun bir ağaca dönüb, sülh simvolu kimi mən basdırıldığım torpaqdan çıxacaq. Mən buna inanıram. O, adam qaçırma və qətldə ittiham edilib.

54 yaşlı Alen le Devis əslən Floridadan olub. Soyğunçuluq və 3 qətldə günahlandırılıb. Soyutma kartof, qızardılmış quyruq, xərçəng, çörək istəyib son olaraq.

36 yaşlı Ferdinand Nikola Sakko və 39 yaşlı Bartolom Vanzetti bir birlərini tanımasalar da yemək istəkləri eyni olub: Şorba, ət, tost, çörək, çay. Onlar bir neçə nəfərin qətlində və oğurluqda günahkar biliniblər. Dəhşətli olanı budur ki, edamdan sonra hər iki nəfərin qeyd olunan cinayətləri törətmədikləri üzə çıxıb. Və həmin cinayət işi bu gün də qapanmamış qalır.

Texaslı 40 yaşlı Ronni Zredgil də bir neçə qətl törətməkdə ittiham edilib. Son istəyi soyutma toyuq əti, souslu kartof püresi, səbzələr, çörək, çay və su olub.

Xatırladaq ki, bu cinayətkarlardan 3-ü elektrik stoluna bağlanma, 3-ü güllələnmə, 7-i isə zəhərli iynə vurulma yolu ilə edam ediliblər.

Hazırladı: Jalə Mütəllimova
 

0 şərh