Bəşəriyyətin yaranması

Bütün dövrlərdə bu insanları düşündürən bir sual olmuşdur:

-Kainat necə yaranıb ?

Əsrlər boyu alimlər bu mövzuda tədqiqatlara aparmışlar belə ki, bir sıra nəzəriyyələr yaranmışdır.19-əsrdə əsas fikir belə idi:

-Kainat ölçüsü sonsuz maddələr toplusudur.

Materialist fəlsəfəsinin fundamenti olan bu fikir yaradanın (ALLAHın) varlığını inkar edir,kainatın başlanğıcı və sonu olmadığını irəli sürürdü.«Materializm» varlıq olaraq sadəcə maddəni qəbul edən fikirlər sistemidir.Marks,Engels,Lenin,Trotskiyə görə maddədən savayı heç bir şey mövcud deyildir.Bu fikirlərin mənşəyi yunan antik dövründən gəlməkdədir və 19-cu əsrdə getdikcə yayılaraq Karl Marksun «dialektik materializm» adından tanınmışdır.

 «Fəlsəfənin fundamental prinsipləri» əsərində materialist alim Corc Politzer yazır :

-«kainat yaradılmış bir şey deyil,əgər onu yaradan yaratsaydı onu heç nədən yaradardı».

  Bütün bunlara baxmayaraq,20-ci əsrdə elmin və texnalogiyanın inkişafı bu primitiv materialist fikrini kənarda qoydu.Sübut olundu ki,materialstlərin düşündüyü kimi kainat əbədi deyil.Həmçinin sübut olundu ki, kainatın başlanğıcı vardır və o partlayış nəticəsində 15 milyard il əvvəl yaranmışdır.Hal hazırda bu bütün elm aləmində qəbul olunmuşdur. 

  1929-cu ildə Mont Wilson rəsədxanasında amerikalı astronavt Edwing Hubble astranomiya tarixində böyük bir yenilik etdi.O nəhəng bir teleskopla ulduzları seyr edən zaman müşahidə etdi ki,ulduzlar məsafələrindən asılı olmayaraq qırmızı işıqlar saçır.Bu o deməkdir ki,ulduzlar bizdən uzaqlaşırlar.

  Sonra Hubble başqa əsas bir şeyi kəşf etdi:

-Belə ki, ulduzlar,qallaktikalar təkcə bizdən deyil,özlərindən də uzaqlaşırlar.Bu cisimlər tədricən bir-birlərindən uzaqlaşdıqları üçün belə bir nəticəyə gəlmək olar ki,kainat daima genişlənməkdədir.Bunu başa düşmək üçün kainatı bir anlıq "şar" kimi təsəvvür edin.Şarı şişirtdiyimiz zaman onun səthindəki cisimlərdə bir-birindən uzaqlaşırlar və getdikcə şar genişlənir.Kainatın genişlənməsi nə deməkdir?

  Kainatın mənşəyinə (tarixinə) nəzər salsaq onun vahid bir nöqtədən yarandığını görürük.Bu nöqtədinin sıxlığı sonsuzdur,həcmi isə sıfra bərabərdir.Kainat bir xəyali nöqtənin partlaması nəticəsində əmələ gəlmişdir:

-Bu partlayış Bing-Bangdır və Bing-Bang nəzəriyyəsi adlanır.

  Nöqtin sıfır həcmli olması nəzəri bir ifadədir,burada ondan təsvir məqsədi ilə istifadə edirik.Elm kainatın mənşəyi olan «boşluğu»,«məchulluğu»,onun necə yarandığını izah edə bilmir,çünki bu insan beyninin,dərrakəsinin hüdudlarını aşır.Az əvvəl qeyd etdiyim sıfır həcmli nöqtə «boşluğu»,«məchulluğu» göstərir.Belə ki,kainat «heç nə»dən «boşluq»dan yaranmışdır.Başqa sözlə desək o «yaradılmışdır».

     Fizika elminə 20-ci əsrdə bəlli olan bu hadisə,belə 14 əsr bundan əvvəl Quranda təsvir edilmişdir.Quranda Kərimdədə kainatın yaranması belə açıqlanır:“O göyləri və yeri yoxdan var edəndir...” (Ənam surəsi, 101)

     Big-Bang nəzəriyyəsi göstərir ki,başlanğıcda kainatın bütün cisimləri eyni bir elementi yaradıblar və sonra onlar bir-birilərindən ayrılmışlar.Bu fakt da Quranda göstərilmişdir.O dövrdə ki,insanların göy cisimləri haqda bilikləri çox məhdud idi.

Lakin materialist alimlər Big-Bang nəzəriyyəsi ilə razı deyildilər..

      20-ci əsrin ortalarında Fred Hoyle «stasionar vəziyyət» nəzəriyyəsinin əsasını qoyur.Bu nəzəriyyə materializm nəzəriyyəsinə əsaslanaraq zaman baxımından kainatın «daim əbədi olacağını»,ölçü baxımından «sonsuzluğunu» irəli sürürdü.

   1948-ci ildə Corc Gamow Big-Bang partlayışı haqqında digər bir nəzəriyyəni irəli sürdü.O təsdiq etdi ki,Big-Bang partlayışı nəticəsində kainat yarandıqdan sonra bu partlayışın izi olaraq "şüalar" mövcud olmalıdır.Bu şüalar bütün kainat üzərində eyni formada diffuziya etməli (yayılmalıdır).Bu nəzəriyyənin sübutu tezliklə öz yerini tapdı.

  Belə ki,1965-ci ildə Arno Penzias və Robert Wilson bu zonaları təsadüfən kəşf etdilər.Bu kəşfə görə Penzias və Wilson Nobel mükafatına layiq görüldülər.

  Bu şüaları tədqiq etməkdən ötrü 1989-cu ildə NASA kosmosa Koba peykini buraxdı.Koba 8 dəqiqə ərzində bu iki dahi alimin hesablamalarını təsdiqlədi.Bu peyk Big-Bang partlyışının izlərini aşkara çıxardı.

  Bu astranomiya tarixində bugünə qədər ən böyük hadisə hesab olunur və Big-Bang nəzəriyyəsinin izahı sübutunu bir kəz daha göstərdi.Big-Banga başqa sübut olaraq fəzadakı hidrogen və heliumun kəmiyyətini misal çəkmək olar.Belə ki, nəzəri hesablamalara görə,kainatda hidrogen və helium yığını Bing-Bangın mənşəyində olan hidrogen və helium yığınına bərabərdir.

  Yaradıcı qüvvə zaman və məkan məfhumlarından müstəqildir,yəni ALLAH kainatın özü deyil,maddə və zaman ALLAH tərəfindən yaradılmışdır.

  Əvvəlcə qeyd etdiyim kimi,kainat vahid bir nöqtənin partlaması nəticəsində yaranmışdır,bu nöqtə kainatın bütün maddələrini və enerjisini özündə birləşdirir və bu partlayış zamanı cisimlər güclü bir sürət ilə ətrafa yayılmışlar.Bununlada geniş bir tarazlığa tabe olan qallaktikalar,Günəş,ulduzlar,Yer və digər planetlər yaranmışdır.Beləcədə «fiziki qanunlar» yaranmışdır.Bütün kainatda uniformalıq təşkil edən bu qanunlar heç vaxt dəyişmirlər.Bu qanunlar o qədər dəqiqdirlər ki,onlara ediləcək bir dəyişiklik bütün kainatın quruluşunu və konfiqurasiyasını poza bilər.Bu o deməkdir ki,kainat düzgün ardıcıllığa uyğun olaraq sistematik şəkildə nəzarət altında yaradılmışdır.

  Normalda hər hansısa bir partlayışdan sonra düzgün,dəqiq bir ardıcıllıq yarana bilməz.Hər hansısa bir ardıcıllıq düzgün bir qayda üzrə tərtib edilmişsə deməli bunun arxasında «müdaxilə etmiş» bir varlıq durur ki,bu da ALLAHDIR.

  Materialist alimlərdən bəziləri — Sir Fred Hoyle,Dennis Sciama neçə illər sonra Bing-Bang nəzəriyyəsini qəbul etmişdir.

   Bizdə ateist insanların bu böyüklükdə həqiqətə göz yummamaq diləyi ilə onları Tək ALLAHlılığa,İslam dininə dəvət edirik.Gördüyünüz kimi neçə illər aparilan araşdırılmalardan sonra bu həqiqət öz yerini tapır amma Qurani kərimdə isə 14 əsr bundan əvvəl bu məsələ öz həllini tapmışdır.

Oxuculardan maraqlı və məntiqli düşüncəli şərhlərinizi gözləyirəm...

 

 

15 şərh

Old_Baku_
Əvvəla -4 səsinizə görə təşəkkür edirəm..Big Bang Nəzəriyyəsi sübut olunmuş nəzəriyyədir..Mənə hansısa sosial şəbəkədəki kiminsə ağlına və ya düşüncəsinə görə yazdığı məqalə və ya elmi müzakirə lazım deyil...Big-Bang nəzəriyyəsi bütün elm dünyasında qəbul olunmuş nəzəriyyədir... 
Old_Baku_
Həmin səhifədə şəkilə görə birdə dahi adminin və onun kimi «stasionar vəziyyət» nəzəriyyəsinin tərəfkeşı olan alimlər üçün ortada partlayış yoxdur amma  kosmosda  şüaları tədqiq etməkdən ötrü 1989-cu ildə NASA kosmosa Koba peykini buraxdı.Koba 8 dəqiqə ərzində  Penzias və Wilsonun  hesablamalarını təsdiqlədi.Bu peyk Big-Bang partlyışının izlərini aşkara çıxardı.Rus fiziki Aleksandr Fredman və belçikalı kainat alimi Georges Lemaytr keçən əsrin əvvəllərində kainatın fasiləsiz hərəkət halında olduğunu və genişləndiyini nəzəri olaraq hesabladılar. Bu həqiqət 1929-cu ildə müşahidələrlə sübut olundu. Amerikalı astronom Edvin Habbl istifadə etdiyi nəhəng teleskopla göy üzünü araşdırarkən ulduzların və qalaktikaların sürətli olaraq bir-birilərindən uzaqlaşdıqlarını kəşf etdi. Hər şeyin davamlı olaraq bir-birindən uzaqlaşması isə kainatın sürətlə ''genişlənməsi'' demək idi. Kainatın genişlənməkdə olduğu sonrakı illərdəki müşahidələrlə yəqinlik qazandı.Neçə il əsr bundan əvvəl ALLAH (c.c) isə Qurani Kərimdə buyurmuşdu halbuki:
«Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik» (Zəriyət surəsi 47) 
azadmamedov90
maraqli idi, ama tenbellikden hec oxumadim, bele melumatlarin video formatin yerlesdirsez daha yaxsi olardi…
Old_Baku_
Medikamentoz mənim topiklərimə  «ok» kimi mənasız və məntiqsiz şərhlər yazmayın zəhmət olmasa.Azadmamedov nəzərə alarıq.  
Medikamentoz
Sizin şərhlərə qadağa qoymaq imkanınız var,bu funksiyadan istifadə edə bilərsiniz.Məktubuma ətraflı cavabınızdan Ok-sözünün Sizə kifayət edəcəyini düşündüm,qıcıqlandırmışamsa üzr istəyirəm.Gələcəkdə nəzərə alaram.
Medikamentoz
Sizin inancınızla bir işim yoxdur və buna ən azı Haqqımın çatmadığını düşünərəkdən hörmət edirəm.Sadəcə bir həmvətən məsləhəti olaraq sadəcə maraq xatirinə də olsa Steven Hawkinsin əsərlərinə bir göz atmağınızı məsləhət görürəm.İstəməsəniz,yenə də öz işinizdir. :)
Old_Baku_
Əgər topiklərimdə «ok» kimi mənasız şərhlərin olmadığı halda topiklərimdə şərhlərə qadağa qoymağada ehtiyac qalmayacaq.Xeyr qıcıqlandırmamısınız.Sadəcə topiklərimdə belə şərhləri sevmirəm.Qaldı ki Stephen Hawking düzdür indiyə qədərr ən parlaq terik fizikçi olaraq görülür amma oda «stasionar vəziyyət» nəzəriyyəsinin tərəfkeşi idi kainatın bir sonu olmadığını iddia edirdi amma yuxarda qeyd etdiyim kimi texnologiyanin yüksək inkişafda olduğu vaxtta BİG-BANG nəzəriyyəsi qəbul olundu hal hazırdada bütün elm aləmində qəbul olunmuşdur..Onun üçündə məndə sənə «Arno Penzias» və «Robert Wilson» məsləhət görürəm .Materalist alimləri «Sir Fred Hoyle» «Dennis Sciama» bu nəzəriyyəni sonradan qəbul etdiyi halda sıradan insanların qəbul etməməsi insanda istər istəməz təbəssüm yaradır…
Old_Baku_
Yuxarda «teorik» yazmaq istəmişəm.Klaviaturada tez-tez yazdığıma görə yazı xətası olub.
Medikamentoz
Mütləq izləyərm,istiqamətləndirmə üçün təşəkkürlər.
Old_Baku_
Bir şey deyil.
Medikamentoz
Bu Sizin üçün kiçik bir addımdır,bəlkə Mənim üçün böyük bir sıçrayış,bir şey deyib keçməyin,hər şey ola bilər.
shahlar_alakbar
Nəzərinizə çatdırım ki, bu nəzəriyyə kainatın yaranması ilə bağllı yeganə və tamamilə sübut olunmuş nəzəriyyə deyil. Bir çox nəzəriyyələr mövcuddur. Amma bu nəzəriyyə yaradılışa uyğun gəldiyi üçün dindarlar hər yerdə bunu təbliğ edirlər. Bu mövzuya çox girmək istəmirəm. Demək istədiyim başqa şeydir. Yazırlar ki, görürsünüz elmin hələ təzə-təzə sübut etdiyi bu fakt 1400 il əvvəl Quranda yazılıb. Mən bir sual vermək istəyirəm. Tutaq ki, elm bir neçə il sonra daha da inkişaf etdi və sübut etdi ki, əslində Big-Bang nəzəriyyəsi yanlış imiş. Hubble səhv edib. Elmdir də, hər gün inkişaf edir. Yeni elmi kəşflər edilir. Belə bir şeyin də olması hər zaman ehtimal daxilindədir. Nə isə, tutaq ki, bu da baş verdi. O zaman bu nəzəriyyəni hər yerdə müdafiə edən, doğruluğuna əsla şübhə etməyən dindarlar nə deyəcəklər, maraqlıdır? İndi elm deyəcək ki, ay qardaş bu nəzəriyyə səhvdi də, sübut etdik. Onsuz da başdan bəri ona qarşı çıxan ciddi nəzəriyyələr mövcud olub. Heç biri də tam sübut olunmayıb. Amma artıq bunun doğru olmadığını sübut etmişik. Hətta bu nəzəriyyənin tərəfdarı olan alimlər belə bunu qəbul ediblər. Bəz onda dindarlar neynəyəcəklər? Deyəcəklər yox elm düz demir? Bəs düz deyirdi? Sübut eləmişdi axı Big-Bangi. Onda niyə elmə inanırdılar? Amma indi inanmırlar? Təkcə bu məsələ ilə bağlı deyil fikrim. Quran möcüzələri adlı bir veriliş var. Orda deyirlər ki, filan elmi kəşfi sən demə filan il bundan qabaq Quran xəbər veribmiş. O qədər elmi kəşflər olub ki, sonradan daha yaxşı araşdırmalar nəticəsində o kəşfin əslində yanlış olduğu sübut olunub. Bəs onda necə olacaq?
azadmamedov90
hmmm...maraqli fikirler idi, hem de deyerli...ama her sey bizim ve sizin dusunduyunuz ve gorduyumuz kimi deyil…