Mitraizm

Qnostik inanca yaxın olan dinlərdən biri də Mitraizm olmuşdur. Mitraizm Roma imperiyasında Xristianlıqla bərabər yayılan və onunla rəqabət aparan İran məşəli bir din idi. İran mənşəli qnostik təlimlər dünyanı Zülmətlə Nurun mübarizəsi kontekstində görür və izah edirdilər.
Mitra arilərin panteonunun 91 tanrılarından biri idi. Yaxın Şərqdə bir çox xalqlar ona ibadət edirdi. Qədim arilər onu “Səhər işığının tanrısı” adlandırırdılar. Onların inanclarına görə, Mitranın qüdrəti dünyada həyatın mövcudluğunu təmin edir. Daha sonra iranlılar inanırdılar ki, Mitranı xeyir tanrısı olan Ahura-Məzda yaradıb və ona ibadət etmək vacibdir. Bu barədə “Avesta” da Mitr-Yaşt babının əvvəlində verilir.
M. ö V — VI yüzillikdə Mitra inancı unudulmuş, ancaq sonra bu kult yenidən bərpa olunmuş və İranda, Babilistanda, Pontda, Friqiyada, Kappadokiyada və başqa regionlarda yayılmışdır. Daha sonra Mitraya Romada da ibadət edirdilər. Mitra dininə tapınanlar inanırdılar ki, bu tanrı qara qüvvələrlə mübarizə aparır və insanlara xidmət edir. Eyni zamanda, Mitra dünyanın yaradıcısıdır. Ancaq, qnostiklərdən fərqli olaraq o Xeyrin təcəssümü kimi təsəvvür edilirdi.
Xristianlığın Mitraizmlə bir sıra oxşar cəhətləri vardır. Məsələn, 274-cü ildən başlayaraq, hər ilin 25 dekabr günü imperator Avrelianın əmri ilə günəş tanrısı Mitranın anadan olan günü kimi qeyd edilirdi. Sonralar isə IV əsrdən başlayaraq bu günü İsanın anadan olan günü kimi qeyd etməyə başlamışdılar. Bu adət bizim dövrümüzə qədər davam etməkdədir.
Xristianlıq və Mitraizmin oxşar cəhətlərində biri də Mitra və İsanın xilaskar olmasıdır. Onların hər ikisi Tanrı ilə insanlar arasında olan vasitəçidir. Onlar Atanın buyruqlarını yerinə yetirirlər. Bu baxımdan İsa kimi Mitra da axirətdə insanları mühakimə edəcəkdir. Hətta, Xristianlığın rəmzi olan xaç da mitraizmin simvollarından biri olmuşdur. Onlar xaçı dairənin içində təsvir edirdilər. Mitraizmdə Xristianlıqda olduğu kimi bu dini qəbul edənlərin xaç suyuna salma mərasimi də keçirilirdi. Bu barədə tanınmış xristian ilahiyyatçısı Tertulian da məlumat vermişdir.

Mövzu ilə əlaqəli suallar:

    1. Romalılar nəyə inanırdılar, dinlərinin əsasını nə təşkil etmişdir?
    2. Roma kahinlərinin vəzifəsi nədən ibarət olmuşdur?
    3. Roma imperiyasında hansı dinlər yayılmışdır?
    4. Hermetizmin əsasları hansılardır, adı nə ilə bağlıdır?
    5. Hermetizmin hansı dini və fəlsəfi təlimlərə təsiri olmuşdur?
    6. Hermetizmin hansı yazılı ədəbiyyatı vardır, onların məzmunu nədir?
    7. Hermetizmə görə dünyanın başlanğıcında nə durur, dünya quruluşu necədir?
    8. Hermetizmə görə insan necə yaranmışdır, onun hansı təbiətləri vardır, xilası nədədir vardır?
    9. Yeni pifaqorçuluq qədim pifaqorçuluqdan nə ilə fərqlənir?
    10.Yeni pifaqorçuluğun dualizmi nədən ibarət olmuşdur?
    11.Yeni pifaqorçuluqda rəqəmlərə nə kimi yer verilirdi?
    12.Yeni pifaqorçuluqda tanrı təsəvvürü necə olmuşdur?
    13.Publius Fiqulusun fəaliyyəti nədən ibarət olmuşdur?
    14.Tianalı Apollonius kim olmuş, nə kimi fəaliyyəti göstərmişdir?
    15.Apollioniusu hansı məqsədlə İsa ilə müqayisə edirdilər?
    16.Apolloniusun inancı nəyin üzərində qurulmuşdur?
    17.Gerasalı Nikomaxusun rəqəmlər fəlsəfəsinin məzmunu nədən ibarət olmuşdur?
    18.Apameyalı Numeniusun fikrincə varlığın neçə əsası vardır, onlar hansılardır?
    19.Numenius dinləri birləşdirmək üçün hansı fikirlərlə çıxış etmişdir?
    20.Qadesli Moderatus varlığın birliyi və eyni zamanda üçlüyünü necə təsəvvür edirdi?
    21.Qnostisizm nədir, mahiyyəti nədən ibarətdir?
    22.Qnostisizmin yaranmasının səbəbləri hansılar olmuşdur?
    23.Qnostisizmdə dünyanın yaranması necə təsvir olunur?
    24.Qnostisizmə görə dünya kim tərəfindən idarə olunur?
    25.Qnostisizmə görə insan hansı yolla dünyanın zülmətindən qurtara bilər?
    26.Mitraizmin tarixi və təlimi nədən ibarətdir?

Ədəbiyyat:

    1. Davis, Tenny L. The Emerald Tablet of Hermes Tristmegistus: Three Latin versions which were current among later Alchemists. Journal of Chemical Education, Vol. 3, № 8, 1926.
    2. Frances A. Yates: Giordano Bruno and the Hermetic Tradition. The University of Chicago Press Book, 1964.
    3. Hart G. The Routledge Dictionary of Egyptian Gods and Goddesses. New York: Routledge. Oxon, 2005.
    4. Jonas. H. The Gnostic Religion. Boston: Beacon Press, 2005.
    5. Poemandres, The Shepherd of Men // Thrice-Greatest Hermes by G.R.S. Mead. Vol. 2. London, 1906.
    6. Publius Nigidius Figulus // Encyclopedia Britanica, 1911.
    7. The Miscellanies; or, Stromata // Ante-Nicene. Christian Library. The Writings of the Fathers Down to A. D. 325. Vol. IV. Clement of Alexandria. Vol I. Edinburgh: T. and T. Clarc, 1867.
    8. Евсевий Памфил. Евангельское приготовление. Книга XI / Перевод А. Ястребова // Богословский сборник. М.: Православный Свято-Тихоновский богословский институт, 2001.
    9. Модерат // Античная философия: энциклопедический словарь / Составитель Е. В. Афонасин. М.: Прогресс-Традиция, 2008.
    10. Неопифагореизм // Малый энциклопедический словарь Брокгауза и Ефрона: В 4 томах. СПб., 1907-1909.
    11. Новопифагореизм // Энциклопедический словарь Брокгауза и Ефрона. СПб, 1890-1907.
    12. Нумений // Философский энциклопедический словарь / Гл. ред. Ильичев Л. Ф., Федосеев П. Н. и др. М.: Советская энциклопедия, 1983.
    13. Ранович А. Б. Первоисточники по истории раннего Христианства. Античные критики Христианства. М.: Политиздат, 1990.
    14.Теологумены арифметики // Философское антиковедение и классическая традиция. Т. 3. Вып. 1, Новосибирск, 2009.
    15. Тертуллиан. О крещении V, 1 / Общая редакция и составление А. А. Столярова. М.: Издательская группа «Прогресс»-«Культура». Москва, 1994.
 
 
Müəllif: AYDIN ƏLİZADƏ
Mənbə: Antik fəlsəfə tarixi. Ali məktəblərin tələbələri üçün dərs vəsaiti. Bakı-2016, 288 s. İSBN -5-89968-061-X
 

0 şərh