Рейтинг
+34.55

Fəlsəfə

63 üzv, 248 topik

Dialektika

Dialektikanın özünəməxsus tarixi vardır. Qədim Yunanıstanda dialektika dedikdə (yunanca mübahisə aparmaq sənəti, mühakimə yürütmək deməkdir) elmi müsahibə, mübahisə etmək sənətini başa düşürdülər. Qərb fəlsəfəsində və elm məktəbində sübut nəzəriyyəsi kimi mövcud olmaqdadır. Dialektika ideyaları fəlsəfənin bütün tarixi ərzində inkişaf etmişdir.


Ardı →

Məkan və zaman – materiyanın bir forması

Dünyada mövcud olan bütün predmet və hadisələrə müəyyən tərəflərdən ölçü anlayışını tətbiq etmək mümkündür. Cisimlərin malik olduğu xassə və münasibətlər məkan kateqoriyasının məzmununu təşkil edir. Obyekt və proseslərin sürəkliyi və onlar arasında «gec», «tez» qəbildən olan münasibətlər zaman kateqoriyasının mahiyyətini təşkil edir. Deməli, məkan və zaman varlığın, materiyanın mövcudluğunun obyektiv real formalarıdır.


Ardı →

Fəlsəfədə şüur problemi

Şüur fenomeni ən müəmmalı, çoxlu mübahisə və diskussiyalara səbəb olan problemlərdəndir. Bu isə şüurun öz təbiəti ilə əlaqədardır. Şüur insanın varlığı ilə əlaqədardır. Şüurun ən mühüm xassəsi onun ideal olmasıdır. Şüura materialist baxışa görə o, insan beyninin fəaliyyəti prosesidir, beynin funksiyası olmaq etibarı ilə ondan kənarda mövcud deyildir. Beyin isə fikir orqanı, materiyasıdır, özünəməxsus şüur aparatıdır. Şüur beynin fəaliyyətinin məhsuludur.


Ardı →

İdrak və onun formalaşması

İnsanın ətraf aləmdə düzgün oriyentasiya götürməsi gerçəkliyin şüurda yenidən hasil edilməsini, cisim və hadisələrin beyində adekvat inikasını tələb edir. İdrak nəzəriyyəsi — idrakın mənşəyi və mahiyyəti, biliyin strükturu və inkişaf qanunları, onun əsası və meyarı, idrakın pillələri və əsas formaları, elmi tədqiqatın prinsipləri, metod və üsulları haqqında bütöv bir fəlsəfi təlimdir. İdrak nəzəriyyəsi üçün müstəsna əhəmiyyətkəsb edən məsələlərdən biri praktika problemidir.


Ardı →

Fəlsəfədə varlıq və materiya problemi

Müxtəlif fəlsəfə məktəbləri və cərəyanlarının kateqoriya apparatı sistemində
sistemində varlıq kateqoriyası mərkəz yeri tutur. Varlıq sözü müxtəlif dünya dillərində təxminən «var olmaq», «mövcud olmaq», «üzə şıxmaq», «reallıq» mənalarını verir. Müasir fəlsəfə ədəbiyyatında varlıq anlayışı iki mənada:
1) Dar mənada şüurdan asılı olmadan mövcud olan obyektiv reallıq;
2) Geniş mənada materiya, şüur, ideyalar, hisslər, insanların fantaziyaları kimi işlədilir.


Ardı →

Şəxsiyyətin strukturu və tipləri

Şəxsiyyət mürəkkəb strüktura, element tərkibinə və müxtəlif xüsusiyyətlərə malik olan bütöv bir sistemdir. Şəxsiyyət öz rolunu yalnız ictimai münasibətlər sistemində yerinə yetirə bilər.
V.Şekspir vaxtı ilə yazmışdır ki, bütün dünya teatr tamaşasından ibarət olan bir səhnədir. Orada kişi və qadınların hamısı aktyorlardan ibarətdirlər. Bu dramda yeddi səhnədə körpələr, məktəblilər, gənclər, sevgililər, əsgərlər, hakimlər və qocalar iştirak edirlər.


Ardı →

Orta əsr Qərbi Avropa fəlsəfəsi

Orta əsrlər dövründə həm Qərbdə, həm də Şərqdə feodalizm cəmiyyətinin hakim ideologiyası dindən ibarət olmuşdur. Fəlsəfi fikrin əsas çıxış nöqtəsini və obyektini müqəddəs yazıların ehkamları təşkil edirdi. Orta ğsrlər dövrünün fəlsəfi fikri isə öz kökləri ilə monoteizmlə, təkallahlılıqla bağlıdör. Fəlsəfənin inkişafı udaizm, xristianlıq və islam dini ilə bilavasitə bağlıdır. Qədim dövrlərin fəlsəfəsindən fərqli olaraq orta əsrlər fəlsəfəsi monoteizmə əsaslanan teosentrik xarakter daşıyır. Burada bütün mövcud olanların əsasında təbiət deyil, ilkin əsas və səbəb olan Allah durur.


Ardı →

İslam fəlsəfəsi

İslam və ya müsəlmançılıq, 3 dünya dinlərindən biri olmaqla 7-ci əsrdə Ərəbistanda yaranmışdır. İslamın əsasını Məkkə qəbiləsi, Küreyştlərə mənsub haşimilər tayfasından olan Məhəmməd tərəfindən qoyulmuşdur.Müsəlman dini təliminin əsas mənbəyi «Quran» əzəli, yaradılmamış vəhy kimi başa düşülür. Dinin digər mənbəyi «Sünnə»dir (peyğəmbərin həyatından və fəaliyyətindən, nitqindən bəhs edən kitab). Sünnə mətnlər-hədislər toplusundan ibarətdir. İslamın ən mühüm prinsiplərindən biri qəti təkallahlıqdan ibarətdir və bu prinsipin islamda tam və şərtsiz xarakter daşıyır. Müsəlman dininin ən mühüm anlayışları bunlardır: «İslam», «Din», «İman».


Ardı →

Azərbaycanda maarifçilik fəlsəfəsi

XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanda sosial-tarixi inkişaf müxtəlif ziddiyyətli meyllərdən ibarət olan bir dövr idi. Bütün bu proseslər Azərbaycanın elmi-fəlsəfi fikrinin inkişafına da öz təsirini göstərmişdi. Bu dövrdə gec də olsa Azərbaycanda maarifçilik zəminli ictimai-siyasi təlimlər yaranmış M.Nəvvab, İ.Qutqaşınlı, A.A.Bakıxanov, M.F.Axundov kimi maarifçı mütəffəkirlər özlərinin maarifçilik ideyalarını, fəlsəfi-etik və materialist təlimlərini irəli sürmüşdülər.


Ardı →

Orta əsr Şərq fəlsəfəsi

Fəlsəfi fikir orta əsrlərdə Şərq ölkələrində də geniş surətdə inkişaf etmişdir. Bizansda görkəmli filosof İoann Damaskin fəlsəfənin 6 mühüm tərifini vermişdir:
1) fəlsəfə varlığın təbiəti haqqında bilikdir;
2) fəlsəfə ilahi və bəşəri işlər, yəni bütün gözə görünən və görünməyənlər haqqında bilikdir;
3) fəlsəfə ölümdə məşqlərdən ibarətdir;
4) fəlsəfə Allaha oxşamaqdan ibarətdir;
5) fəlsəfə bütün elm və incəsənətin başlanğıcıdır;
6) fəlsəfə hikmətsevərlikdən ibarətdir.
Davamı →