Hamiləlikdən qorunma üsulları

Arzu olunmayan hamiləliklərin qarşısını almaq üçün tətbiq olunan metodlar kontrasepsiya adlanır. Kontrasepsiyanın əsas məqsədi yumurta hüceyrə ilə spermatozoidlərin birləşməsinin qarşısını almaq, həmçinin artıq döllənmiş yumurtanın uşaqlığa birləşməsinə mane olmaqdır. Müasir tibb hamilə qalmaq üçün bir çox effektiv metodlar təklif edir. Bunlar arasında həm qadınlar, həm də kişilər üçün fərqli yollar var.

Qadınlar üçün hamiləlikdən qorunma üsulları

  1. Təqvim üsulu

    Daha çox əvvəllərdən bu günə qədər hamiləlikdən qorunmaq üçün bu üsuldan qadınlar geniş istifadə ediblər. Burada əsas məqsəd ovulyasiya (yumurtlama, follikulun partlaması) günündə qorunmaqdır. Bildiyimiz kimi qadında ayda 1 dəfə menstruasiya halı baş verir. 28 günlük menstruasiya dövrü yaşayan bir qadında təxmini siklin 14-cü günündə folikulun partlaması baş verir. Follikul partlaqdıqdan sonra folikuldan xaric olan yumurta hüceyrə nəzərə alsaq ki, 48 saata qədər yaşaya bilir, yəni mayalanma xüsusiyyətinə qadir olur. Həmin günlər cinsi əlaqədən qorunmaq məsləhət görülür. Kişi spermatozoidinin 72 saat, bəzən isə 120 saata qədər yaşaması mümkündür ki, bunu nəzərə alaraq, yəni qadınlara ovulyasiyadan 4-5 gün öncə qorunmaları tövsiyə olunur. 28 günlük menstrual sikli olan qadına təxminən menstruasiyanın 10-17-ci günləri qorunmaları tövsiyə oluna bilər.
  2. Uşaqlıq borularının sterilizasiyası (bağlanılması) (99%)

    Hamiləlikdən qorunmaq üçün orqanizm üçün ən ziyansız üsullardan biri də uşaqlıq borularının cərrahi yolla bağlanmasıdır. Bu üsulla hamilə qalma şansı sıfıra endirə və ən ziyansız olaraq istifadə edilə bilər.
  3. Vaginal şamlar

    Hamiləlikdən qorunmağın yolları arasında vaginal şamlar da istifadə edilir. Bu zaman həmin şamlar uşaqlıq yoluna istifadə edilir. Kişi sperması uşaqlıq boşluğuna keçmədən uşaqlıq yolunda məhv olur. Bu üsul hamiləlikdən 100 % qorumur, təxmini 80-85% hallarda qoruyuculuq effektə malikdir. Vaginal şamlar cinsi əlaqədən 15-60 dəqiqə öncə uşaqlıq yoluna yeridilməlidir.
  4. Dəri altı implant

    Dəri altı implant tərkibində progestron hormonu olan 4sm uzunluğunda yad cisimdir. Təsir mexanizmi servikal seliyi artıraraq spermatozoidin uşaqlıq boşluğuna daxil olmasına maneə yaratmaqdan və endometriumu qalınlaşmağına mane olmaqdan ibarətdir. Təsir müddəti 3 ilə qədərdir, həkim tərəfindən dəri altına yeridilir və çıxardılır.
  5. Hamiləlikdən qorunma həbləri

    Hamiləlikdən qorunma üsulları arasında həblər də yer almaqdadır. Bu həblərin içərisində estrogen və progestron hormonları olur. Bu hormonlar qadın yumurtalığından ifraz olunan hormonların sintetik bənzəridir .Təsir mexanizmi yumurta hüceyrənin inkişafina və spermanın hərəkətinə mane olmaqdır. Menstruasiyanın 1-ci günündən qəbuluna başlanılmalıdır, həftənin günlərinə uyğun olaraq gündə 1 həb olmaqla 21 gün (28 gün) qəbul edilir, 7 gün fasilə verilir, 8-ci günündən yenidən qəbul edilməyə başlanılır, bir gün unutduqda xatırladığınız zaman qəbul edin, iki gün unudarsınızsa, hamilə qalma şansınız artığından 7 gün ərzində qorunun.
  6. Təcili kontrasepsiya (Postinor)

    Qorunmamış cinsi əlaqədən sonra 72 saat ərzində qəbul edilir.
  7. Laktasion amenoreya

    Laktasion amenoreya ananın körpəyə süd verdiyi zaman menstruasiyanın kəsilməsidir. Ana uşağa yalnız süd verirsə, (gündə azı 6-8 dəfə əmizdirirsə) əmizdirmə zamanı ifraz olunan prolaktin hormonu mayalanmanın qarşısını alır və ana 6 aya kimi (südü kəsmədiyi halda) hamiləlikdən qorunmuş olur. Orqanizmin bərpa olunması və körpənizə daha yaxşı baxmaq üçün hamiləlik arası dövr iki il olmalıdır!

    Süd vermə hamiləlikdən qoruyurmu?
    Əgər gün ərzində 6 dəfədən az olmayaraq körpənizə süd vürirsinizsə, bu sizi 98% hamiləlikdən qoruyacaq. Ancaq ana südü verirsiniz, amma menstrual sikl bərpa olunubsa, hamiləlik şansı artmış olur. Ana südü ilə yanaşı körpənizə əlavə qida verirsinizsə hamiləlik şansı artmış olur. Doğuşdan 6 ay sonra menstruasiya bərpa olunmasada hamiləlik şansı yüksək olur

    Süd vermə dövründə hamiləlikdən necə qorunmalı?
    Uşaqlıq borularının bağlanması.
    Vazektomiya: kişilərdə qadınların boru bağlanma əməliyyatına uyğun əməliyyatdır.
    UDS (spiral): təbii doğuşdan 4-6 həftə sonra,keysəriyyə əməliyyatından – 4ay sonra taxıla bilər. Qoruyuculuq effekti 97-99% təşkil edir.
    Kombinə olunmuş hormonal həblər: tərkibində estrogen olduğundan südün miqdarını azaltdığı və laxtalanma riskini artırdığı üçün istifadəsi məsləhət görülmür.
    Kondom (prezervativ) 90% qoruyuculuq effekti var.
    3 aylıq iynələr: yalnız progesterondan ibarət.
    1 aylıq iynələr.
    Dəri altı implant: 3 illik.
    Uşaqlıq boynu diafraqması: Doğuşdan 6 həftə sonra istifadə olunur,qoruyuculuq 92-96% təşkil edir.
    Vaginal tabletlər(spermisidlər): uşaqlıq yolunda quruluğu artırdığından istifadəsi uyğun olmaya bilər.
  8. Uşaqlıq daxili vasitə (spiral)

    Uşaqlıq daxili spirallar müxtəlif tərkibdə olur: hormonal, mis, qızıl, gümüş, propolis. Spiralllar hamiləlikdən 99% hallarda qoruyur. Spiralın xüsusi fəsadı yoxdur. İstifadəsindən sonra aybaşının xarakterini 3 aya qədər dəyişə bilir (qanaxma, ləkələnmə və s.), bu hallar təxmini 3 aya keçir. Amma davamlı, çoxlu miqdarda qanaxmalar, ağrılar olarsa mütləq olaraq həkimə müraciət etmək lazımdır. Hormonal 5 ilə qədər qala bilər, hormonsuz spirallar isə 10 ilə qədər.
  9. İynələr

    3 ayda bir qol əzələsinə vurulur. Kok (kombinə olunmuş oral kontrasepsiya) və ya UDS (uşaqlıq daxili vasitə) istəməyənlərə tətbiq edilə bilər. Menstruasiyanın ilk 7 günü vurulur.
    1 aylıq – progestron
    3 aylıq – progesteron
    Əlavə təsir, menstruayia sikliknin pozulması, olmaması
    Spemisitlər 91% hallarda qoruyur. Bioloji qorunma 60%, diafraqma 94% 6 saat öncə 8-24 sonra çıxarılır. Kondom 98%
  10. Temperatura nəzarət metodu

    Bu metodun əsasında bədənin bazal temperaturunun ölçülməsi durur. Bazal temperatur anusa termometr daxil edilməklə yoxlanılır. Menstrual dövrün əvvəlində qadın bədəninin istiliyi adətən, ovulyasiya olan günlərdən fərqli olaraq aşağı olur. Temperatur dəyişikliyinə nəzarət edərək, cinsi əlaqə üçün təhlükəsiz və təhlükəli günlər seçilir.

Kişilər üçün hamiləlikdən qorunmağın yolları

  • Vazektomiya – sperm kanalının bağlanması (qadınların uşaqlıq borularının bağlanması əməliyyatına uyğun)
  • Prezervativ

Kimlərə olmaz:

  1. 35 yaşdan yuxarı
  2. Laxtalanma
  3. Qaraciyər xəstəliyi
  4. Anormal uşaqlıq qanamaları
  5. Hamiləlik şübhəsi olduqda
  6. Süd vəzi xərçəngi
 

0 şərh