Рейтинг
+70.55

ginekologiya

53 üzv, 158 topik

Sonsuzluq və onun müalicəsi

Son zamanlar evli cütlüklərin qarşılaşdığı problemlərdən biri də sonsuzluqdur. Mütəmadi intim əlaqə zamanı bir il müddətinə hamiləlik olmasa, sonsuzluq haqda düşünmək və ər-arvadın müayinəsinə başlamaq lazımdır. Sağlam ər-arvad cütlüyünün 30%-də hamiləlik ilk üç ayda, 60%-də yeddi ayda, 10%-də isə on bir və on ikinci aylarda baş verir. Bir il cütlüyün sonsuz olub-olmamasını müəyyənləşdirmək üçün kifayət zamandır.


Ardı →
 

Sonsuzluq haqqında

1 il ərzində partnyorların qorunmasız cinsi əlaqədə olmasına baxmayaraq hamiləliyin olmaması halına sonsuzluq (infertility) deyilir.Sonsuzluğa yol aça biləcək bir çox psixoloji ve fiziki səbəblər var.Sonsuzluq problemi olan partnyorların təxminən 85-90% ında hər hansısa bir səbəb ortaya qoyula bilir.Uyğun müalicə ilə daha əvvəl heç hamilə qalmayanlarda 50-60% ında hamiləlik meydana gəlməkdədir.Heç müalicə olunmayanların isə 15-20% ı hamilə qala bilməkdədir.


Ardı →
 

Klimaks (menopauza)

Klimakteriya qadınların həyatının çox böyük dövrünü əhatə edir. Qadın həyatının təqribən üçdə bir hissəsini klimakteriya vəziyyətində keçirir. Özü də bu, qadın həyatının ən yaxşı dövrünə düşür. Bu vaxt qadın peşəkar baxımdan formalaşmış, uşaqları artıq böyümüşdür, onlara daimi himayə göstərmək tələb olunmur, bir sıra başqa qayğılar da geridə qalmışdır. Lakin bu dövrdə baş verən klimakterik əlamətlər (tərləmə, nevroz və istilikgəlmə əlamətləri və s.) qadınlarda narahatlıq və diskomfort yaradır. Bəzi qadınlar bu dövrdə onların həyatında baş verən dəyişikliklərə — gecələr tərləmə, yuxunun pozulması, dərinin büzüşüb yığılması kimi əlamətlərə məhəl qoymur, bunları labüd təbii hal kimi qəbul edirlər. Bu hallarda həkimə müraciət etmək və bu əlamətlərin səbəbini aydınlaşdırmaq lazımdır.
Ardı →
 

Sonsuzluq haqqında

Əsrlər boyu insanlar nəsil artırmaq məqsədi ilə ailə qurublar. Ailədə varisin olmaması isə həmişə böyük bədbəxtlik kimi qəbul edilib. Qəribədir ki, min illər boyu sonsuzluqda yalnız qadın günahlandırılıb və zərif cinsin nümayəndələri həmişə sonsuzluğun əsas səbəbkarı kimi cəzalandırılıb. Əfsuslar olsun ki, indi də çoxları sonsuzluğa görə günahı yalnız qadında görürlər. Son dövrün statistikasına görə, sonsuzluqda ər və arvadın hər birinin payı təqribən 40-45% təşkil edir. Qalan 10-15%-i isə onların hər ikisinin vəziyyəti və xəstəliyi nəticəsində olur.
Davamı →
 

Mastopatiya

Yaxın zamanlara qədər mastopatiya orta yaşlı qadınların xəstəliyi hesab olunurdu. Lakin son zamanlar xəstəliyin yaş həddi nəzərə çarpacaq dərəcədə cavanlaşıb. Artıq gənc qızlarda da bu xəstəliyə rast gəlmək mümkündür. Antik əfsanəyə görə, mastopatiyadan ilahə Gera da əziyyət çəkib. Döş nahiyəsindəki dözülməz ağrılar ona əzab verirdi. Xoşbəxtlikdən yunan tibb tanrısı sayılan Asklepiya ona kömək edir. Həkim Geraya dağ bitkilərindən toplanıb hazırlanmış məhlul verir və bununla da Gera tam sağalır.


Ardı →
 

Sonsuzluq

Ana olmaq hər bir qadının arzusudur. Təəssüf ki, nikahların ümumi sayında sonsuz nikahların nisbi miqdarının artması ilbəil müşahidə olunur. Bu problemin bir neçə tərkib hissəsi var. Bu gün artıq mübahisəsiz qəbul edilmişdir ki, sonsuzluğun kişilərlə və qadınlarla əlaqədar səbəblərinin nisbəti təxminən eynidir və buna görə də ər və arvadın hər ikisi müayinə olunmalıdır.
Sonsuzluğa gətirib çıxara biləcək amilləri aradan qaldırmağa imkan verən profilaktik tədbirlər çox böyük əhəmiyyət kəsb edir. Sirr deyil ki, hamiləlik prosesinin süni pozulması bu günə qədər doğumun tənzimlənməsinin əsas vasitəsi olaraq qalır. Bu məsələyə məsuliyyətlə yanaşmaq lazımdır.
Bəzən müraciət edilən gün hamiləlik pozulur. Bu zaman tətbiq edilən cərrahi müdaxilə üçün göstərişləri təsdiq etməyə imkan verən müayinələr aparılmadan və bu müdaxiləyə əks göstərişləri (kiçik çanaq orqanlarının iltihabı və digər xəstəlikləri, infeksiya) nəzərə alınmadan, əksər hallarda əsaslandırılmamış müdaxilə aparılarsa, bu, müxtəlif fəsadlara və təkrar cərrahi müdaxilələrə gətirib çıxara bilər. Buna görə də hamiləliyin erkən dövrdə dayandırılmasının medikamentoz, yaxud cərrahi müdaxilə metodundan asılı olmayaraq, əsaslandırılması və abortdan sonrakı dövrdə orqanizmdə ginekoloji statusun bərpa müalicəsinin düzgün və tam aparılması çox vacibdir.
O zaman kı, hamiləlikdən qorunmaq zəruriliyi yaranır bu hallarda orqanizm üçün təhlükəsiz, müasir hormonal kontrasepsiya vasitələrinin tətbiq edilməsi məqsədəuygundur. Bu vasitələrin tərkibindəki hormonların miqdarı minimal dozada, onların əlavə təsirləri isə minimal səviyyədə olur. Onlar xəstələr tərəfindən yaxşı qəbul edilir, hətta uzun müddət istifadə edildikdə də fəsadlara səbəb olmur. Bəzi ginekoloji xəstəliklər zamanı isə (yumurtalıqların disfunksiyası, endometrioz və s.) həmin dərmanların müalicəvi təsiri olur.
Uşaqlıqdaxili kontrasepsiya vasitələrinə gəldikdə isə, ana olmamış cavan qadınların onlardan istifadə etməsi məsləhət deyil. Uşaqlığa yad cisim daxil olması əksər müşahidələrdə xroniki iltihab prosesinə səbəb olur və bu, borudaxili bitişmə prosesində əlavə amilə çevrilə bilər.
Boru-peritoneal sonsuzluğun yaranmasının digər mühüm amili kiçik çanaq orqanlarında aparılan əsassız, xüsusən dölün kəsilməsi metodu ilə cərrahi müdaxilələrdir. Adətən, bu metoddan təxirəsalınmaz ginekoloji xəstəlik hallarında (uşaqlıqdan kənar hamiləlik, yumurtalıq kistasının partlaması və s.) istifadə edilir.
Müayinə və müalicənin mərhələlərində ən yeni texnologiyalardan və əsasən, endoskopik texnologiyadan istifadə edilməsi bir sıra səbəblərə görə məqsədə-uyğundur. Bu, ilk növbədə, qadın orqanlarını qoruyan əməliyyatlar aparmağa və onun reproduktiv funksiyasını qoruyub saxlamağa imkan verir.

Sonsuzluğun səbəbləri


Yaş: Qadınların uşaq sahibi ola bilmə şansının ən yüksək olduğu dövr 20-26 yaşlar arası hesab olunur, bu şans 30 yaşından sonra sürətlə azalır.
Tam sağlam bir qadının 18-20 yaş arası hamilə qalma nisbəti 94%, 20-24 yaş arası 91%, 25-29 yaş arası 86%, 30-34 yaş arası 77%, 35-39 yaş arası 60%, 40-45 yaş arası 30%-dir.
Evlilik müddəti: Qeyd etdiyimiz kimi evliliyin ilk birinci ilində hamilə qalma şansı 75% olarkən, bir il artıq gözlədikdə, yəni ikinci ilin sonunda bu nisbət ancaq 10% artaraq 85%-ə qalxır.
Cütlərin uşaq sahibi olma istəyi: Ailədə əgər yoldaşlardan biri istəməzsə o cütün uşaq sahibi olma şansı azalmaqdadır.
Evlənmə yaşı: 16-20 yaşlar arasında evlənmiş qadınlarda ancaq 4.5% nisbətində sonsuzluğa rast gəlinir. 35-40 yaşları arasında evlənmiş olanlarda isə bu nisbət 31.3% -ə yüksəlir. 40 yaşından sonra evlənmiş olan qadınlarda isə bu nisbət 70% ətrafındadır.
Cinsi əlaqə sıxlığı: Uşaq sahibi ola bilmək üçün ən uyğun cinsi təmas həftədə 2-4 dəfədir. Həftədə 2-4 dəfədən çox və ya az cinsi əlaqə uşaq sahibi ola bilmə şansını azaldır. Bununla yanaşı cinsi əlaqə günlərinin, qadının ovulyasiya günlərinə uyğun günlərdə edilməsi də hamiləlik şansını artırır.
Cinsi əlaqə texnikası: Hamilə qala bilmək üçün ən uyğun vəziyyət, klassik olaraq bilinən qadının altda, kişinin üstdə olduğu "üz-üzə" olan vəziyyətdir. Bundan əlavə cinsi əlaqədən sonra bir müddət qadının kürəyi üsdə yatması da hamiləlik şansını artırmaqdadır.
Cinsi əlaqənin ağrılı olması: Ağrılı cinsi əlaqə bəzi xəstəliklərdən qaynaqlana bilər və bu da istəksizlik və qorxuya gətirib çıxararaq cinsi əlaqəyə maneə törədir, hamiləlik şansını azaldar.
Həddindən artıq köklük: Bu vəziyyət ümumiyyətlə həm bir hormonal pozğunluğun nəticəsi ola biləcəyi kimi, həm də normal cinsi əlaqəyə mane olaraq hamilə qalma şansını azalda bilər.
Qidalanma pozğunluqları: Qeyri-kafi və balanssız qidalanma nəticəsində yaranan vitamin çatışmazlıqları da qəti olmasa da sonsuzluq səbəbləri arasında qəbul edilməkdədir.
Zəhərlənmələr: Xüsusilə uyuşdurucu maddələrin səbəb olduğu xroniki zəhərlənmələr də hamilə qalmağa maneə törətməkdədir. Bu maddələrə həddindən artıq siqaret və spirt vərdişləri daxildir.
Gərginlik (Psixi pozğunluqlar, stress): Gərginlik, başda ovulyasiya olmaqla bütün qadın cinsiyyət orqanlarına mənfi təsir edərək, hamiləlik şansını azaldır.
Məlumatsızlıq: Ölkəmizdə cinsi təhsil əksikliyi sonsuzluq səbəbləri arasında əhəmiyyətli bir yer tutur. Məlumatsız edilən cinsi əlaqələr, uşaq olması üçün istifadə edilən dərmanlar, uşaq salma təşəbbüsləri, sonunda ciddi bir şəkildə sonsuzluq səbəbi ola bilməkdədir.
UPD. FaktXeber.com-un verdiyi məlumata görə, Amerikanın Boston universitetinin alimləri, kişilərdə sonsuzluq yaradacaq daha bir amil barədə məlumat yayıb. Alimlərin apardığı araşdırmalar zamanı məlum olub ki, kişilər tərəfindən velosipedlərin həddən artıq və müxtəlif formalarda sürülməsi, onlarda sonsuzluq xəstəliyi yaradır. Təxminən 2 min nəfər üzərində aparılan təcrübədən sonra, velosiped sürən kişilərdə sonsuzluq probleminin sürətləndiyi aşkar olub.
 

Uşaq ginekologiyası

Uşaqların ginekologiya ilə nə əlaqəsi ola bilər? Əgər uşaq ginekologiyası mövcuddursa, o nə ilə məşğul olur? Uşaq və yeniyetmə ginekologiyası qızların normal cinsiyyət funksiyası ilə, həmçinin əsasən uşaq və yeniyetmə dövrlərində cinsiyyət orqanlarının zədələnməsi nəticəsində əmələ gələn xəstəliklərlə, o cümlədən bu xəstəliklərin qarşısının alınması tədbirlərinin həyata keçirilməsi ilə məşğul olur. Axı, nəsilartırma funksiyasının saxlanılmasına yönəldilmiş hər bir tədbir sonradan sağlam ana və uşaq probleminin həllinin rəhnidir.


Ardı →
 

Qadın və doğuş

Hamiləliyin sonuna doğru qadınlar emosional cəhətdən çox dayanıqsız olurlar. Onlar küskün, tez inciyən kövrək olurlar. Artıq onların qəbul etdiyi qərarlar çox vaxt impulsların təsiri altında baş verir. Ona görə də profesionalizm enir. “Sərrast” fikirləşmək qabiliyyəti azalır. Bütün bu dəyişikliklər təbiətin qadına verdiyi doğuşa hazırlıq kompleksinin tərkib hissələridir. Bunlar qadını doğuşu asan keçirmək üçün hazırlayır. Odur ki, bu dəyişiklikləri dayandırmağa, başqa yola yönləndirməyə çalışmayın, müdaxilə etməyin. Qoyun bu təbii proses öz axarı ilə getsin.


Ardı →
 

Arzuolunmaz hamiləlik

Elə qadınlar var ki, onlara ən müasir kontraseptivlər belə qəbul etmək olmaz. İki qadın hormonu — estrogen və progesterondan ibarət olan birləşdirilmiş hormonal preparatların qəbuluna daha çox qadağa şamil olunur. Damarlarında ciddi problemlər  mövcud olan şəxslərə (venaların varikoz genişlənməsi, miqrenlər, hipertoniya və ya ağır ürək xəstəlikləri) bu preparatların köməyi ilə hamiləlikdən qorunmaq və ya müalicə olunmaq olmaz. Trombların əmələ gəlməsinə meylli və ya qanın laxtalanma sistemi pozulmuş insanlara hormonal həblər qəbul etmək qəti qadağandır.


Ardı →
 

Sonsuzluq problemi

Ailə cəmiyyətin ən kiçik nümunəsidir. Buna görə də ailəni kiçik cəmiyyət adlandırırlar. İnsan Allah və onun yaratdıqları qarşısındakı vəzifələrini — böyüklərə hörmət, kiçiklərə şəfqət, mərhəmət və insanlıq borcunu ilk növbədə ailədə öyrənir. Ailə sevgi və tərbiyənin ilk mənbəyidir. Ər və arvad ailənin iki köküdür. Ailənin qurulması, yəni kiçik cəmiyyətin yaranması evlənmək ilə baş verir. Buna görə də Peyğəmbərimiz (s): «Evlənin, çoxalın, çünki mən qiyamət günü başqa ümmətlərə sizin çox olmanızla iftixar edərəm», — buyurur. Amma çoxalmanın da özünəməxsus problemləri var. Son zamanlar ailə quran gənclərin qarşılaşdığı ilk problemlərdən biri də elə sonsuzluqdur.
Davamı →