Yarasanın heyrətamiz yaranışı

Yarasanın yaranışında başqa quşlar və heyvanlarla müqayisədə çoxlu möcüzələr vardır. Əlbəttə onun yaranışı heyvanlara çox yaxındır. Onun da heyvanlar kimi iki uzun qulağı, dişləri və kürkü var. Yarasa da onlar kimi uşaq doğur, uşağına süd verir, bövl edir. O, yol gedəndə dörd əli və ayağı ilə gedir. Bütün bu xüsusiyyətlər heç biri quşlarla uyğun gəlmir.
Yarasa insan üçün çox faydalıdır. Hətta peynindən də dərman düzəltmək üçün istifadə olunur. Onun yaranışında olan ecazkarlıq Xaliqin qüdrətini sübut etmək üçün ən mühüm dəlildir.
Bu quşun hər işi təəccüblüdür. Amma gecə qaranlıqda uçması daha heyrətamizdir. Yarasanın gecə zamanı heç bir maneəyə toxunmadan sürətlə uçması o qədər təəccüblüdür ki, onun haqqında mütaliələr olunsa, digər sirləri də kəşf olunar.
Bu quşun gecə zamanı uçması ilə göy səmada qanad çalan və iti uçan göyərçinin uçması arasında heç bir fərq yoxdur. Əgər yarasanı uzun, ensiz, döngəsi çox və içərisi qara tüstü ilə dolu olan bir tuneldən uçurtsaq, heç bir maneyə toxunmadan və qanadlarının üstündə qara tüstüdən əsər-əlamət qalmayan bir halda qırağa çıxacaqdır. O, bu işlərini hamısını ötürücü siqnal vasitəsi ilə görür.
Yarasanın ötürücü siqnala malikliyini başa düşmək üçün gərək ötürücü siqnalın nə olduğunu bilək. Fizikada «tələffüzün səsi» bəhsi «səsin ardınca gedən siqnal və dalğalar» haqqındadır.Bu dalğaların uzunluğu o qədər coxdur ki, insan onu eşitməyə qadir deyil. Buna görə də həmin dalğaları «səsin ardı» adlandırmışlar. Bu dalğaları güclü bir ötürücünün vasitəsi ilə göndərdikdə irəli yayılırlar. Fəzada bir maneə ilə rastlaşdıqda divara dəyib arxaya qayıdan top kimi geri qayıdırlar. Bu, insanın bir dağ, yaxud uca divar qarşısında qışqırığına bənzəyir. Dalğaların qayıtma zamanını nəzərə almaqla həmin maneəyə nə qədər məsafə qaldığını bilmək olar.
Bir çox təyyarə və gəmilər bu cür hərəkət edirlər. İstədikləri yerə gedirlər. Düşmən təyyarə və gəmisini tapmaq üçün də bundan bəhrələnirlər.
Alimlərin dediyinə görə, yarasada ötürücü siqnal və dalğa var. Əgər onu bir otağa salıb uçurtsalar və həmin otağa dalğaların ardınca olan səsi eşidilən səsə cevirən mikrofon qoysalar, küydən insanın qulaqları cingildəyər. Hər saniyədə yarasadan 30-dan 60-a qədər belə səs eşidiləcək. Burada belə bir sual irəli çıxır: bu dalğa və siqnal yarasanın hansı üzvü ilə səslənir? Yəni, onun ötürücü üzvü hansıdır, qəbuledici hansı?
Alimlər bu suala belə cavab verirlər: bu dalğalar yarasanın boğazındakı güclü səs telləri vasitəsilə yaranır və burun dəliklərindən çıxaraq irəli hərəkətdədir. Qulaqlar da geri qayıdan dalğaları qəbul edirlər.
Rus alimi Yurin apardığı təcrübələr nəticəsində müəyyən etmişdir ki, əgər yarasanın qulaqları kəsilsə, artıq o, heç bir maneəyə toxunmadan uça bilməyəcək. Lakin gözünü çıxarsalar, öz hərəkətindən qalmayacaqdır. Bir sözlə, yarasa gözü ilə yox, qulağı ilə görür. Bu da çox maraqlı bir məsələdir.
İndi fikirləşin, görün, bu iki aparatı (ötürücü və qəbuledici) yarasanın kiçik bədənində kim xəlq etmişdir? Bu aparatlardan istifadə etməyi kim ona öyrətmişdir?

 

 

11 şərh

Ramil

Yarasalar təbiətin xariquladə varlıqlarından biridir. İnanılmaz xüsusiyyətlərə və nümunə bir ictimai həməyliyə sahibdirlər. Hətta yetkin yarasaların, ölmək üzrə olan bir başqasına agızdan qan verib onu qurtardıgları görulmüşdür. İctimai həmrəyliyin bu qədər güclü oldugu az canlı vardir.

Nəşrdə redaktə etsəniz əla olar. Bir də yarasa uşaq yox, bala doğur.

Əməyə hörmət. +

BaRLeLiTa
Mütləq nəşr edərəm,diqqətinizə görə təşşəkür edirəm.
pascal

Bu haqda bilirdim, bir daha təkrarladım.

"İndi fikirləşin, görün, bu iki aparatı (ötürücü və qəbuledici) yarasanın kiçik bədənində kim xəlq etmişdir? Bu aparatlardan istifadə etməyi kim ona öyrətmişdir?"   Ay BaRLeLiTa, sən yarasanı deyirsən, elə insanı de də. Möcüzə deyilmi başdan-başa? Şükür Yaradana.

BaRLeLiTa
Bir gün oralar da gəlib çıxacam :))..Min şÜkÜr Allaha..Möcüzədi insanın yaradılışı, doğrudur pascal…
heyatin-ellerinde
Maraqlıdı.Qismən bilirdim.Həqiqətən deyildiyi kimi çox maraqlı varlıqlardır.Ümumiyyətlə Allahın yaratdığı hər şey ibrətamizdır.
_BUMERANQ_
Bu topik mənə yarasa ilə bağlı bir əhvalatı xatırlatdı.
Deməli mən orta məktəbdə oxuyanda(6-cı sinifdə səhv etmirəmsə) bizim sinifdə  bir qız var idi (adı «x») onların rayonunda belə bir inanc var idi ki, əgər kimsə yarasanın qanadında su içsə o adam dəhşət ağıllı, savadlı olacaq. Və o qız bu şəkildə su içmişdi.(bilirəm iyrəncdi)
Amma bunun heç bir faydasının olmadığını zamanla gördüm. (belə şeylərə inanmırdım, bir daha isbat olundu mənimçün)
Bu əhvalatı bura qeyd etməkdə məqsədim odu ki, əgər kimsə belə bir şey etməyə hazırlaşırsa, etməsin heç bir faydası yoxdu. 

Topik üçün təşəkkür. 
BaRLeLiTa
Olduqca maraqlı əhvalatdı,qızda ki,fərasətə bir baxee :))
Kitab oxuyub əziyyət çəkib bəhrəsini almaq üçün çalışmaqdansa,iyrənc üsüllara əl atmağı üstün tutub.
eşidib görəcəymiz çox şeylər varmış sən demə :))
Ramil
Belə bir inancda var ki, yarasanı tutub diri halda dimdiyini bağlayıb, sandıqda saxlamaq ruzi-bərəkət gətirir.
asel
bu inanca əməl edən var görəsən?
Ramil
Uşaq vaxtlarımda yarasanı bu məqsədlə tutmaq üçün çalışan görmüşəm.
asel
:))))) mən ölsəm də əlimi vura bilməzdim