Atlar və insanlar

Bəzi atlar həm ağılları, həm də iradələri ilə seçilirlər. Onları seçmək üçün at təlimçiləri horseqəribə bir üsuldan istifadə edirlər. Atlara ancaq fit səsi eşidəndə su içməyi öyrədirlər. Bu mərhələdən sonra atları günəşin altında tikdikləri tövləyə salırlar və atları susuzluqdan yanana qədər bu tövlədə saxlayırlar. Sonra təlimçilər tövlədən bir qədər kənara(üstəlik, atları görə biləcəyi bir yerə) su qoyurlar və atları tövlədə bir qədər də saxlayırlar. Nəhayət, təlimçilər tövlənin qapısını açırlar və qapı açılar-açılmaz atlar suya tərəf qaçırlar. Ancaq bir neçəsi başlarını qaldıraraq gözləyirlər. Ta ki… Ta ki fit səsini eşidənə qədər. Artıq bu atlar seçmə atlardır və onları yetişdirmək olar. Əslində, insanlar üçün də bu belədir. Məsələn, bir çempionu çempion edən onun gücü və əzələsi deyil, ağlı və iradəsidir…
 

11 şərh

Venera
Maraqlı yazı idi.Həqiqətən də çox gözəl heyvandır. Kaş mənim bir dənə qara atım olardı.Çox saqol Həmidə )
velili_hemide
Siz sağolun, dəyməz, Venera 8)
gapgara

Çox gözəl üsuldur, at muraddir deyirlər, məqalə də maraqlı oldu mənimçün.

velili_hemide
Hə, at muraddır deyirlər. Bəyəndiyinizə sevindim, qapqara :)
lamka555
atlardan otru ureyim gedir 
— I LOVE YOU ,, AT,, 
Ramil
Atlar haqqında maraqlı faktlardan biri də ayaq üstə yatmalarıdır.
velili_hemide
və biri də balaları ölərkən gözlərindən yaş axmasıdır
Ramil
ok. Mövzuya görə minnnətdaram. 
VeliyevaMahizer
Vəlili Həmidə, bu yazı da digərləri kimi çox maraqlı idi. Minnətdaram )
velili_hemide
Veliyeva Mahizer 8) , diqqətinizə görə təşəkkür edirəm. Çox sağolun