Boa ilanları

 Tutduğu qurbanları əzərək öldürən boa ilanları qurbanlarını nə qədər sıxacağını hiss edə bilir. Qurbanının ürək döyüntülərinin zəiflədiyini hiss edən boa ilanları ancaq ürək döyüntüsü dayandıqdan sonra qurbanlarını yeyir.
 İlanların davranışlarını analiz edən tədqiqatçılar boa ilanlarının zənn edildiyindən daha çox toxunma qavrayışına sahib olduqlarını müəyyən etdilər.
 Təxminən 30 il ömür sürən boa ilanları 4 metr uzunluğunda olur. Zəhərləri olmayan boa ilanları qurbanlarını kiçik, qarmağa bənzər dişləri ilə tutur və bədənlərini qurbanlarına dolayaraq əzirlər.
 Gəmiricilər, meymunlar və hətta çöl donuzları ilə qidalanan boa ilanlarının çənə sümükləri bir-birinə çox elastik bağlarla bağlandığı üçün qurbanını bütünlüklə udur.

 

5 şərh

pascal
Sevmədiyim bir çox heyvan var, ən başında ilanlar gəlir. Şəklini görəndə belə diksinirəm. :)
Someone
Mənim də heç sevmədiyim heyvandı. Ümümiyyətlə sürünənləri sevmirəm. Google da bu topikə şəkili axtarmaq üçün ilan şəkillərini gördükcə bir təhər olurdum :))
name
Bu şəkil xüsusilə qorxuludur. Bu varlıqları sevən kimsə var görəsən?
member
Məncə var. Çünki təhlükəli belə olsa Allahın yaratdığı hər şey sevilməyə layiqdir.